Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həsən Səbri (tam adı: Həsən Əmənulla oğlu Əbdülzadə) — Ümumittifaq partiya konfranslarının, Zaqafqaziya partiya təşkilatlarının VI qurultayının, Tiflis partiya

Həsən Əbdülzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Həsən Əbdülzadə

Həsən Səbri (tam adı: Həsən Əmənulla oğlu Əbdülzadə) — Ümumittifaq partiya konfranslarının, Zaqafqaziya partiya təşkilatlarının VI qurultayının, Tiflis partiya təşkilatının, IX konfransının təşkilatçılarından biri, "Yeni fikir" qəzetində redaksiya heyətinin təlimatçısı və redaktoru, Gürcüstanın Azərbaycandakı jurnalisti.

Həsən Səbri
Həsən Əmənulla oğlu Əbdülzadə
Doğum yeri
  • Aşağı Qoşakilsə
Fəaliyyəti jurnalist, baş redaktor
Partiyası
  • Sovet İttifaqı Kommunist Partiyası

Həyatı

Borçalı qəzasının Aşağı Qoşakilsə kəndində anadan olmuşdur. Atası Əmənulla kişi ailəsini dolandırmaq üçün Cənubi Azərbaycandan Rusiyaya getmişdir. Gənc Həsən özünə məslək dostları axtararaq Borçalıda Sovet hakimiyyəti uğrunda mübarizə aparan Əşrəf Yüzbaşovla, Məmməd Cəfərli ilə, Həsən Qapalovla dostlaşmış, 1919-cu ildə bolşeviklər partiyasının sıralarına qəbul edilmişdir. O, 1921-ci ilin iyununda Qafqaz Ordusu Kəşfiyyat Şöbəsinin ştatında işə qəbul edilmişdir. Bir müddət çalışdıqdan sonra Azərbaycan Xarici İşlər Nazirliyindən məktub almış və Bakıya getmişdir.

Fəaliyyəti

Həsən Səbri Bakıdan RSFSR-in İrandakı baş səfirliyinin sərəncamına göndərilmiş, iki aydan sonra Gürcüstan K(b)P MK-ya çağırılmışdır. Ona Mk-nın orqanı olan "Yeni fikir" qəzetinin redaktoru təyin olunduğu xəbərini verirlər. Qəzet 1923-cü il yanvarın 15-dən "Yeni fikir" Zaqafqaziya Ölkə Komitəsinin (ZÖK) orqanına çevrilmişdir. Həsən Səbri Tiflisdə fəaliyyəti zamanı gürcü, Azərbaycan və erməni xalqının ictimai-iqtisadi, elmi-mədəni həyatı ilə yaxından tanış olmuş və jurnalistlik fəaliyyətini getdikcə genişləndirmişdir. O, 1923-cü ilin iyunundan 1924-cü ilin yanvarınadək Zaqafqaziya Ölkə Komitəsinin göndərişi ilə Moskva Jurnalistika İnstitutunun dinləyicisi olmuşdur. Sonralar Həsən Səbri "Yeni fikir" qəzetində redaksiya heyətinin təlimatçısı vəzifəsində işləmiş, ZÖKnin tapşırığı ilə yerli mətbuatı yoxlamaq üçün Naxçıvana göndərilmiş və Zaqafqaziyada nəşr olunan bütün mətbuat orqanlarına rəhbərlik etmişdir. Sonra Bakıya ezam olunmuş, Azərbaycan Dövlət Nəşriyyatının vəziyyətini yoxlamışdır. Həsən Səbri 1925-ci ilin iyulunda Baş Mətbuat İdarəsinin ədəbiyyat şöbəsində baş redaktor vəzifəsində işləməyə göndərilir. O, 1926-cı ilin sentyabr ayından 1927-ci ilin sonunadək Moskva Kommunist Akademiyasının nəzdindəki Marksizm-Leninizm kurslarının dinləyicisi olur. O, Gürcüstan K(b) P MK-nın 1928-ci il 28 iyul tarixli qərarı ilə M-nın nəzdində azlıqda qalan Millətlər Sovetinin sədr müavini, həmin il sentyabr ayının 13-də isə 26-lar adına Zaqafqaziya Kommunist Universitetinin ÜİK (b) P tarixi üzrə mühazirəçi təyin edilmişdir. ÜİK (b) P ZÖK-nin ona təqdim etdiyi sənədlə (bilet № 2) Həsən Səbri bütün Ümumittifaq partiya konfranslarının, Zaqafqaziya partiya təşkilatlarının VI qurultayının (22 nömrəli mandat), Tiflis partiya təşkilatının IX konfransının (68 nömrəli mandat) təşkilatçılarından biri olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Həsən Əbdülzadə haqqında məlumat. Həsən Əbdülzadə nədir? Həsən Əbdülzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Enterosit

  • Fevral 28, 2026

    Chlorophyta

  • Fevral 23, 2026

    Səri-Pul

  • Mart 01, 2026

    ABŞ azərbaycanlıları

  • Mart 01, 2026

    Pərvan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst