Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

2hollis (əsl adı: Hollis Freyzer-Herndon; 5 yanvar 2004, Çikaqo, İllinoys) — ABŞ müğənnisi, repçi və prodüser. O, ilk böyük uğurunu 2022-ci ildə "White Tiger" a

2hollis

  • Ana Səhifə
  • Vikipediya
  • 2hollis

2hollis (əsl adı: Hollis Freyzer-Herndon; 5 yanvar 2004, Çikaqo, İllinoys) — ABŞ müğənnisi, repçi və prodüser. O, ilk böyük uğurunu 2022-ci ildə "White Tiger" adlı albomunun buraxılışı ilə əldə etmişdir. İfaçının "Poster Boy" adlı kompozisiyası 2023-cü ildə "EA Sports FC 24" videoyununun rəsmi saundtrekinə daxil edilmişdir. 2024-cü ildə "crush" və "jeans" adlı sinqlların, eləcə də üçüncü studiya albomunun təqdimatından sonra ifaçının yaradıcılığı daha geniş auditoriya tərəfindən rəğbətlə qarşılanmışdır.

2hollis
Ümumi məlumatlar
Doğum tarixi 5 yanvar 2004(2004-01-05) (22 yaş)
Doğum yeri
  • Çikaqo, Kuk[d], İllinoys, ABŞ
Musiqiçi məlumatları
Fəaliyyəti repçi, müğənni, musiqi prodüseri, mahnı yazarı[d]
Janrlar eksperimental hip-hop[d], klaud rep[d], elektronik rəqs musiqisi[d]

2024-cü ildə rəsmi olaraq elan edilmişdir ki, Hollis Ken Carson-un "The Chaos Tour" ("Xaos Turu") konsert proqramının açılış ifaçısı qismində çıxış edəcəkdir. Bunun davamı olaraq, Hollis Şimali Amerika regionunda keçiriləcək ilk solo turnesini - "Leg One"ı ictimaiyyətə təqdim etmişdir.

2025-ci ildə Hollis Eddison Rey, Katseye və Mk.gee kimi tanınmış incəsənət nümayəndələri ilə birlikdə Amerika Birləşmiş Ştatlarının nüfuzlu "Ones to Watch" nəşri tərəfindən 2025-ci ildə diqqət mərkəzində olacaq 26 perspektivli sənətçi siyahısına daxil edilmişdir.

Mündəricat

Şəxsi həyatı

Hollisin valideynləri sənət aləminin tanınmış simalarıdır. Atası musiqiçi Con Herndon ("A Grape Dope" təxəllüsü ilə məşhurdur) "Tortoise" ansamblının zərb alətləri ifaçısıdır. Anası Ketrin Freyzer isə "Biz 3" kollektivinin yaradıcısı və "Owsla" şirkətinin təsisçilərindən biri olmaqla yanaşı, tanınmış elektron musiqiçisi Skrillex-in meneceridir. Hazırda o, həyat koçu və reyki ustası kimi fəaliyyət göstərir, həmçinin UCLA-nın Herb Alpert Musiqi Məktəbində pedaqoji fəaliyyətlə məşğuldur. Hollis öz musiqi karyerasına 2018-ci ildə "Drippysoup" təxəllüsü altında prodüser və ifaçı kimi başlamışdır.

Diskoqrafiya

Studiya albomları

  • White Tiger (2022)
  • 2 (2023)
  • Boy (2024)
  • Star (2025)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, 2hollis haqqında məlumat. 2hollis nədir? 2hollis nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bentos

  • Fevral 24, 2026

    C vitamini

  • Mart 01, 2026

    Rəhimli

  • Fevral 23, 2026

    Mehriban Əliyeva

  • Fevral 27, 2026

    Nardaran qalası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst