Çənlibel (əvvəlki adı: Çardaxlı, Çardaqlı) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
| Çənlibel | |
|---|---|
| 40°45′24″ şm. e. 45°52′45″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 1.289 m |
| Saat qurşağı |
|
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | AZ5700 |
| Nəqliyyat kodu | 57 |
![]() Çənlibel | |
Tarixi
Rusiya imperiyası dövründə kənd Yelizavetpol Quberniyası Yelizavetpol uyezdinə daxil idi. 1908-ci ilin əhali siyahıya alınması nəticələrinə görə kəndin əhalisi 1862 nəfər olmaqla əsasən ermənilərdən ibarət idi. Çardaxlı kəndinə ermənilər 1830-cu illərdə Tiflisin Avlabar adlı ərazisindən köçürülmüşdür.
Qarabağ münaqişəsi ilə əlaqədar kəndin bütün erməni əhalisi, təxminən 310 ailə kəndi tərk edərək Ermənistanın Tavuş regionunda yerləşən Yuxarı Körpülü (Zorakan) kəndinə köçmüş, həmin kəndin azərbaycanlı əhalisi isə Çardaxlıya köçmüşdür. Kəndin adı dəyişdirilərək, 1990-1991-ci illərdən sonra Çənlibel adlandırılmışdır.
Əhalisi
Qarabağ müharibəsinin başlamasınadək kəndin əhalisini əsasən ermənilər təşkil etmişdir. Hazırda kəndin əhalisi azərbaycanlılardan ibarətdir.
İqtisadiyyatı
Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Təhsil
Kənddə S.Vəliyev adına 1 saylı tam orta məktəb və R.Pirnəzərov adına 2 saylı tam orta məktəb yerləşir.
Tanınmış şəxsləri
- İvan (Hovannes) Baqramyan (1897-1982) - Sovet İttifaqı marşalı.
- Amazasp Babacanyan (1906-1977) - Sovet İttifaqı Qəhrəmanı.
- Rəmal Aslanov (d. 1992) - Azərbaycan Kikboksinq Federasiyasının vitze-prezidenti və kapitanı, eləcə də Azərbaycan Prezidenti mükafatçısıdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çənlibel haqqında məlumat. Çənlibel nədir? Çənlibel nə deməkdir?
