Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

General Yadigarov qardaşları Borçalının Təkəli kəndindən olublar. Borçalıda olanda ağsaqqalların əksəriyyəti fəxrlə dedilər ki, kəndin binasını da Yadigaroğulla

Yadigarovlar

  • Ana Səhifə
  • Vikipediya
  • Yadigarovlar

Yadigarovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.

Yadigarovlar
Titul Bəy
Əcdadı Yadigar bəy
Qohum soylar Vəkilovlar
Qorçubaşovlar
Mənşəyi Borçalı
Təbəəliyi Kaxeti çarlığı,
Rusiya İmperiyası Rusiya imperiyası

Mündəricat

Soyun yaranması

General Yadigarov qardaşları Borçalının Təkəli kəndindən olublar. Borçalıda olanda ağsaqqalların əksəriyyəti fəxrlə dedilər ki, kəndin binasını da Yadigaroğulları qoyublar. Ona görə də kəndin adına çox vaxt "Ağalıq" da deyirlər. Bu nəslin 1701-ci ildə I İrakli, 1707-ci ildə II David, sonralar Anna, Konstantin, II Teymurazdan ağalıq imtiyaznamələri vardır. Sınıq körpüdən bəri kəndlər Yadigaroğullarına verilmişdir. O sıradan Yadigaroğlu Mirzə Bağır bəy I İrakli sarayının mustofisi (xəzinadarı), Yadigaroğlu Bahadır bəy 1730-cu illərdə gürcü valisinin naib-eşikağasıbaşı, Borçalı mahalında böyük mülk yiyəsi olmuşdu. Məhəmməd Sadıq bəy Yadigaroğlu Mustafa bəyin oğludur. 1780-ci ildə İrakli Sadıq bəyə, onun oğlanları Ağacan-Mamacana, Mustafa bəyə, Allahverdi bəyə və onların varislərinə Tiflisdə Meydan məhəlləsində məscid yanında beş dükan bağışlamışdı. 1787-ci ildə şahzadə Georginin buyruğu ilə Loridəki Ağöyü kəndi də Sadıq bəyə verilmişdi. Sadıq bəy ora öz rəncbərlərini yerləşdirmişdi. Əsrin axırlarında Sadıq bəyin böyük oğlu Ağacan Baydar sultanı olub, öz elini oraya köçürüb Çələbili obasını qurmuşdu. 1797-ci ildə şah İraklinin Sadıq bəyə, onun oğlanları Ağacana, Mustafaya, Allahverdiyə, İsmayıla və onların varislərinə verdiyi imtiyaznamə: "…Ağa Məhəmməd xan Tiflisi odlara qalayıb virana qoyanda sən bizimləydin və nə qədər bacardın bizə kömək elədin, oğulların Ağacan, Allahverdi bizi Araqviyəcən bələdlədilər və bizə sadəqətlə xidmət göstərdilər. Tiflis dağıdılan vaxt sən çox şey itirdin, xatırlanan imtiyaznamələri də o vaxt itirdin. Canidillə, sədaqətlə xidmətini nəzərə alıb, həmin imtiyaznamələrin qüvvəsini bərpa edirik və Sınıq körpü əhalisini rəiyyət kimi sənə bağışlayırıq".

Soyun tanınmış nümayəndələri

  • Nadir bəy Yadigarov — Qafqaz canişinliyində poruçik rütbəsində hərbi müşavir.
  • Abuzər bəy Yadigarov — Qafqaz canişinliyində poruçik rütbəsində xidmət edib.
  • Əli bəy Yadigarov — Aşağı Acariyanın Batumi şəhərində milis rəisi.
  • İsrafil bəy Yadigarov — Rusiya Çar Ordusunda xidmət etmiş Azərbaycan əsilli ilk yüksəkrütbəli hərbçi, general-leytenant. Yadigarlı Qarapapaq sülaləsinə mənsub Borçalı ağası.
  • Əsədulla bəy Yadigarov — azərbaycanlı hərbçi, general-mayor.
  • Ağa bəy Yadigarov — Rusiyada ali təhsil almış ilk azərbaycanlı.
  • Kərim bəy Yadigarov — Qafqaz süvari diviziyasının 17-ci Nijni Novqorod draqun alayının korneti.
  • Davud bəy Yadigarov — Rusiya imperiyası və Azərbaycan Xalq Cümhuriyyəti ordusunda qulluq etmiş hərbçi, general-mayor.
  • İsrafil bəy Yadigarov — Rusiya və Polşa ordusunda xidmət etmiş azərbaycanlı hərbçi.
  • Vəli bəy Yadigarov — Rusiya və Polşa ordusunda xidmət etmiş azərbaycanlı hərbçi, polkovnik.
  • Arçil bəy Yadigarov — Rusiya və Polşa ordusunda xidmət etmiş azərbaycanlı hərbçi.
  • Məsumə xanım Yadigarova — Zaqafqaziya Qadın Xeyriyyə Cəmiyyətinin üzvü, Mirkazım bəy Talışxanovun həyat yoldaşı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yadigarovlar haqqında məlumat. Yadigarovlar nədir? Yadigarovlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Vard Kanninqem

  • Mart 01, 2026

    IV Henri

  • Mart 01, 2026

    Varxan

  • Mart 01, 2026

    Kedrovu

  • Fevral 12, 2026

    Suriya

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst