Kornet — Çar və ADR ordusunda hərbi rütbə. Çar Rusiyası ordusunda kavaleriyada əsilzadələr üçün ilkin zabit rütbəsi idi. İtalyanca corno — buynuz, hərbi şeypur sözündən alınıb. Əsasən atlı dəstənin rütbəli zabitlərinə (Kazak dəstəsindən başqa) verilirdi. Çariça Anna İvanovna 1731-ci ildən rus ordusuna tətbiq edib. 1765-ci ildə II Yekaterina bu rütbəni ləğv etmişdi. 1798-ci ildə I Pavel yenidən bərpa etdi. 1884-cü ildə ordu quruculuğunda kornet XII klas çininə dəyişildi. Həmin dövrdən podporuçik paqonu ilə eyniləşdi. Bu baxımdan atlı dəstədə podporuçik rütbəsi yox idi.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kornet haqqında məlumat. Kornet nədir? Kornet nə deməkdir?