Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Coystik (ing. Joystick; "oyun çubuğu") — adətən, kompüter oyunlarında istifadə olunan populyar qurğu. Coystikin, adətən, kvadrat və ya düzbucaqlı plastmas korpu

Coystik

  • Ana Səhifə
  • Vikipediya
  • Coystik

Coystik (ing. Joystick; "oyun çubuğu") — adətən, kompüter oyunlarında istifadə olunan populyar qurğu. Coystikin, adətən, kvadrat və ya düzbucaqlı plastmas korpusu olur və ora şaquli tutacaq bərkidilir. Tutacağın neytral vəziyyətdən müxtəlif istiqamətlərə hərəkət etdirilməsi ekranda kursorun və ya obyektin nisbi hərəkətini idarə edir, tutacağı buraxdıqda isə obyekt dayanır. Düymələr proqramın müxtəlif funksiyalarını aktivləşdirir və ya başladır. İstehsalatın avtomatlaşdırılmış idarəolunması sahəsində obyektin mütləq yerdəyişməsini idarə etmək üçün, adətən, coystikdən istifadə olunur. Bəzi modellərdə coystiklərdə təzyiq vericisi montaj edilir. Bu halda istifadəçi dəstəyi nə qədər qüvvətli sıxırsa, kursor displeyin ekranında o qədər cəld hərəkət edir.

Videooyun coystikinin elementləri: 1. çubuq, 2. özək, 3. tətik, 4. əlavə düymələr, 5. avtoatış düyməsi, 6. drossel, 7. hat switch (POV hat), 8. vakuum ayaqcıqları.

Oyun manipulyatorlarının "ulu babası" olan bu qurğudan simulyatorlarda, arkad tipli kompüter oyunlarında, oyun konsollarında geniş istifadə olunur. Bəzi coystiklərdə tutacaq hərəkət etməklə yanaşı, öz oxu ətrafında fırlana da bilir. Coystiklərin analoq və rəqəmsal növü vardır.

Elektron oyunlarda tətbiqi

İlk ev kompüterlərində istifadə edilən CH Products Mach 2 analoq coystiki.

Televiziya videooyunlarının və 1972-ci ildə çıxan Magnavox Odyssey oyun konsolunun yaradıcısı Ralf Baer ilk videooyun coystikini 1967-ci ilə yaradıb. Həmin coystiklər ekranda göstərilən obyektin şaquli və üfüqi hərəkətini təmin edirdilər. Atəşaçma düyməsi olan ilk məlum elektron oyun coystiki Sega şirkətinin 1969-cu ildə buraxdığı "Missile" şuter simulyator oyunu olmuşdur. 1970-ci ildə oyun Şimali Amerikada Midway Games tərəfindən S. A. M. I. adı ilə satışa çıxarıldı.

Həmçinin bax

  • Baş barmaq təkərciyi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Coystik haqqında məlumat. Coystik nədir? Coystik nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Gürgan şəhristanı

  • Fevral 27, 2026

    III Abbas

  • Mart 01, 2026

    Krotos

  • Fevral 27, 2026

    Kadzuo İsiquro

  • Mart 01, 2026

    Polineopteralar

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst