Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bəylərov Xıdır İbrahim oğlu (fevral 1926, Hoçaz, Laçın rayonu – 15 iyun 2011, Bakı) — Laçın rayon Soveti İcraiyyə Komitəsi sədrinin müavini (1962–1964), Laçın r

Xıdır Bəylərov

  • Ana Səhifə
  • Vikipediya
  • Xıdır Bəylərov

Bəylərov Xıdır İbrahim oğlu (fevral 1926, Hoçaz, Laçın rayonu – 15 iyun 2011, Bakı) — Laçın rayon Soveti İcraiyyə Komitəsi sədrinin müavini (1962–1964), Laçın rayon Soveti İcraiyyə Komitəsinin sədri (1965–1969), Laçın rayon Xalq Marifi şöbəsinin müdiri (1969–1976), Plan Komitəsinin sədri (1976–1987)

Xıdır Bəylərov
Laçın Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
1965 – 1969
ƏvvəlkiMuradxan Cabbarov
SonrakıÜmid Allahverdiyev
Laçın Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini
1962 – 1964
Şəxsi məlumatlar
Doğum tarixi fevral 1926(1926-02)
Doğum yeri
  • Hoçaz, Laçın rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 15 iyun 2011(2011-06-15) (85 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Təhsili
  • Bakı Dövlət Universitetinin Tarix fakültəsi
Uşağı
  • İlqar Bəylərov

Mündəricat

Həyatı

Xıdır Bəylərov fevral 1926-cı ildə Laçın rayonunun Hoçaz kəndində anadan olub. müharibə illərində orta məktəbi və pedaqoji kursu bitirdikdən sonra 1943–1944-cü illərdə Mişni və Hoçaz kənd 7 illik orta məktəbində müəllim işləmiş, 1944-cü ildən 1950-ci illərin əvvəllərinə kimi Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur.

Ali təhsillidir Bakı Dövlət Universitetinin tarix fakultəsini bitirmişdir.

İctimai-siyasi fəaliyyəti

Ordudan tərxis olunduqdan sonra Laçın rayon partiya komitəsində təlimatçı, sonra isə rayon soveti icraiyyə komitəsində katib işləmişdir.

1953–1956-cı illərdə Ali partiya məktəbinin müdavimi olmuş, təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra Laçın rayon partiya komitəsində təşkilat şöbəsinin müdiri, 1958-ci ildən 1962-ci ilə qədər "Laçın" qəzetinin, sonra isə Laçın, Qubadlı, Zəngilan rayonları üzrə Azərbaycan SSR Mərkəzi Partiya Komitəsinin "Kənd həyatı" qəzetinin redaktoru işləmişdir. 1962–1964-cü illərdə Laçın rayon Soveti İcraiyyə Komitəsi sədrinin müavini, 1965–1969-cu illərdə isə Laçın rayon Soveti İcraiyyə Komitəsinin sədri işləmişdir.

1969–1976-cı illərdə Laçın rayon Xalq Marifi şöbəsinin müdiri, 1976–1987-ci illərdə Plan Komitəsinin sədri, eyni zamanda rayon icraiyyə Komitəsinin sədr müavini vəzifəsində işləmişdir. 1987–2000-ci illərdə Əhalinin Sosial Müdafiə mərkəzi adlanan rayon İctimai Təminat Şöbəsinin müdiri olmuşdur.

Mükafatları

Xıdır Bəylərov müxtəlif illərdə fəaliyyətinə görə orden və medallarla təltif edilmişdir.

Kitabları

  • "Yurd həsrəti"
  • "Dağlar, a dağlar"
  • "İnsan vətənsiz olmaz"
  • "Qəlbimin harayı"
  • "Ömür yollarım"

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xıdır Bəylərov haqqında məlumat. Xıdır Bəylərov nədir? Xıdır Bəylərov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Diferensial hesabı

  • Fevral 23, 2026

    Lək-lək (jurnal)

  • Mart 01, 2026

    Əsl ananas

  • Fevral 27, 2026

    İtaliya mətbəxi

  • Fevral 27, 2026

    TÜRKSOY

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst