Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məmməd Əhməd oğlu Sadıqov (2 may 1913, Bakı – 28 may 1987, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1943).

Məmməd Sadıqov

  • Ana Səhifə
  • Vikipediya
  • Məmməd Sadıqov

Məmməd Əhməd oğlu Sadıqov (2 may 1913, Bakı – 28 may 1987, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1943).

Məmməd Sadıqov
Doğum adı Sadıxov, Sadıqzadə
Doğum tarixi 2 may 1913(1913-05-02)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 28 may 1987(1987-05-28) (74 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti teatr aktyoru, kino aktyoru
Fəaliyyət illəri 1931–1987
Teatr Bakı Türk İşçi Teatrı;
Akademik Milli Dram Teatrı
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1943
"Əməkdə fərqlənməyə görə" medalı — 19591959

Mündəricat

Həyatı

Məmməd Sadıqov 2 may 1913-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1926-cı ildə Pedaqoji məktəbə qəbul olunmuş, lakin təhsilini yarımçıq qoymuşdur. 1931–1932-ci illərdə Bakı Türk İşçi Teatrının aktyor truppasının yaradıcı heyətində işləmişdir. 1 fevral 1933-cü ildən M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasında çalışmışdır. Bu teatrda səhnəyə çıxarkən ilk rolu Cəfər Cabbarlının "1905-ci ildə" pyesindəki Karapet obrazı olmuşdur. Gənclik illərində "Sadıqzadə" soyadı ilə də çıxış etmişdir.

20-dən çox Azərbaycan filmində rol alan Məmməd Sadıqov xüsusi səs tembriylə seçilmişdir. O, 28 may 1987-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Mükafatları

  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943
  • "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959

Teatr səhnəsindəki rolları

  • "1905-ci ildə" — Karapet (Cəfər Cabbarlı)
  • "Müsyö Jordan və dərviş Məstəli şah" — Dərviş Məstəli şah (Mirzə Fətəli Axundov)
  • "Lənkəran xadının vəziri" — Xacə Məsud (Mirzə Fətəli Axundov)
  • "Hacı qara" — Qəhrəman (Mirzə Fətəli Axundov)
  • "Xırs quldurbasan" — Namaz (Mirzə Fətəli Axundov)
  • "Cehizsiz qız" — Qavrilov (Aleksandr Ostrovski)
  • "Almaz" — Avtil (Cəfər Cabbarlı)
  • "Oqtay Eloğlu" — Mazandaranski (Cəfər Cabbarlı)
  • "Aydın" — Mirzə Cavad (Cəfər Cabbarlı)
  • "Vaqif" — təlxək (Səməd Vurğun)
  • "Xəyyam" — Bədəvi ərəb (Hüseyn Cavid)
  • "Xoşbəxtlər" — usta Segah (Sabit Rəhman)
  • "Toy" — Mirzə Hüseyn (Sabit Rəhman)
  • "Həyat" — Pardon Qurbanəli (Mirzə İbrahimov)
  • "Közərən ocaqlar" — Məmmədəli (Mirzə İbrahimov)
  • "Rəqs müəlimi" — Kornexo (Lope de Veqa)
  • "Müfəttiş" — poçt müdiri (Nikolay Qoqol)
  • "Fırtına" — qoca (Uilyam Şekspir)
  • "Unudulan adam" — qoca (Nazim Hikmət)
  • "Hind gözəli" — hamamçı (Y. Osnos, V. Vinnikova)
  • "Səyavuş" — Kosa (Hüseyn Cavid)
  • "Dəlilər" — Tomas (Lope de Veqa)
  • "Əcəb işə düşdük" — Nadirov (Şıxəli Qurbanov)
  • "Əliqulu evlənir" — Səfər (Sabit Rəhman)

Filmoqrafiya

  • Ağasadıq Gəraybəyli (film, 1974)
  • Aygün (film, 1960)
  • Bakıda küləklər əsir (film, 1974) – Manuçarov
  • Bəxtiyar (film, 1955) – Mirhəmid
  • Bizim Cəbiş müəllim (film, 1969) – Səngər qazan
  • Dəli Kür (film, 1969) – kəndli
  • Evlənmək istəyirəm (film, 1983)
  • Əmək və qızılgül (film, 1962)
  • General (film, 1970)
  • İyirmialtılar (film, 1966) – ruhani
  • "Kazbek" qutusu (film, 1958)
  • Qanun naminə (film, 1968)
  • Qayınana (film, 1978)
  • Qızmar günəş altında (film, 1957)
  • Mən mahnı qoşuram (film, 1979) – kənd sakini
  • Min birinci söz (film, 1997)
  • O olmasın, bu olsun (film, 1956)
  • Od içində (film, 1978) – dərviş
  • Sehrli xalat (film, 1964) – baş münəccim
  • Sən niyə susursan? (film, 1966) – qarmonçalanın atası
  • Topal Teymur (film, 1983)
  • Yenilməz batalyon (film, 1965) – uryadnik
  • Həmyerlilər (film)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məmməd Sadıqov haqqında məlumat. Məmməd Sadıqov nədir? Məmməd Sadıqov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Stiks (okeanida)

  • Fevral 27, 2026

    Qutuy Xatun

  • Fevral 27, 2026

    Siçankimilər

  • Mart 01, 2026

    Çeroki dili

  • Fevral 27, 2026

    Açxoy-Martan rayonu

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst