Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kamil Aslan oğlu Rüstəmbəyov — Azərbaycan kinorejissoru, vaxtilə Azərbaycan Televiziyasının baş rejissoru, ssenari müəllifi.

Kamil Rüstəmbəyov

  • Ana Səhifə
  • Vikipediya
  • Kamil Rüstəmbəyov

Kamil Aslan oğlu Rüstəmbəyov — Azərbaycan kinorejissoru, vaxtilə Azərbaycan Televiziyasının baş rejissoru, ssenari müəllifi.

Kamil Rüstəmbəyov
Doğum tarixi 1924
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 1991 (66–67 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti rejissor
Fəaliyyət illəri 1955–1991
Təhsili
  • Azərbaycan Teatr İnstitutu[d]
IMDb ID1190908

Mündəricat

Həyatı

1953-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunu bitirmişdir. 1956-cı ildə Bakı televiziyası fəaliyyətə başlayanda Kamil Rüstəmbəyov məsul redaktor vəzifəsində çalışır, televiziyasının ilk yaradıcılarından biri olmuşdur. Sonradan böyük rejissor, baş rejissor işləmiş, bir sıra maraqlı verilişlər hazırlamışdır.

1960-cı ildə milli televiziyanın tarixində ilk dəfə olaraq şair Səməd Vurğunun "Aygün" poeması üzrə çəkilən eyni adlı tammetrajlı bədii filmə quruluş vermişdi. Telestudiyada "Zəncirlənmiş adam" bədii televiziya və bir sıra sənədli televiziya filmlərini, film-konsertlər çəkmişdir.

1966-cı ildə Kamil Rüstəmbəyov C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına işə dəvət olunmuş, burada "Dağlarda döyüş", "Axırıncı aşırım", "Dərviş Parisi partladır" (Şamil Mahmudbəyovla birgə), "Gözlə məni" bədii filmlərinə, "Mahnı qanadlarında" film-konsertinə quruluş vermişdir. Bütün bu filmlər ümumittifaq ekranında göstərilmək üçün qəbul olunmuşdur. "Axırıncı aşırım" kinoromanı isə 1972-ci ildə Tbilisidə keçirilən V Ümumittifaq kinofestivalında nümayiş etdirilmiş, aktyorlardan Adil İsgəndərov Kərbəlayı İsmayıl, Həsən Məmmədov isə Abbasqulu bəy rollarını ifa etdikləri üçün ən yaxşı kişi rollarının ifasına görə mükafata layiq görülmüşlər.

Kamil Rüstəmbəyov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur.

Xatirəsi

2024-cü ildə Azərbaycan Dövlət Film Fondunda Kamil Rüstəmbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Filmoqrafiya

  1. Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — quruluşçu rejissor
  2. Aygün (film, 1960)
  3. Bakıya xoş gəlmisiniz (film, 1965)
  4. Dağlarda döyüş (film, 1967)
  5. Dərviş Parisi partladır (film, 1976)
  6. Gözlə məni (film, 1980)
  7. Xalq nəğməkarı (film, 1963)
  8. Konsert (film, 1961)
  9. Konsert proqramı (film, 1964)
  10. Konsert proqramı (film, 1965)
  11. Konsert proqramı (film, 1967)
  12. Mahnı qanadlarında (film, 1972)
  13. Respublikanın panoramı (film, 1962)
  14. Sənə sevinc bağışlayım (film, 1978)
  15. SSRİ Xalqlarının Spartakiadası (film, 1966)
  16. Tofiq Əhmədovun orkestrinin konserti (film, 1962)
  17. Zəncirlənmiş adam (film, 1964)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kamil Rüstəmbəyov haqqında məlumat. Kamil Rüstəmbəyov nədir? Kamil Rüstəmbəyov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Marneuli

  • Fevral 27, 2026

    Xorasan türkləri

  • Fevral 27, 2026

    İbn Heysəm

  • Fevral 10, 2026

    Asiya

  • Fevral 27, 2026

    Qariə surəsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst