Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çəmənli bələdiyyəsi — Azərbaycan Respublikasının Ağdam rayonunda 1999-cu ildən fəaliyyət göstərən bələdiyyə.

Çəmənli bələdiyyəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Çəmənli bələdiyyəsi

Çəmənli bələdiyyəsi — Azərbaycan Respublikasının Ağdam rayonunda 1999-cu ildən fəaliyyət göstərən bələdiyyə.

Bələdiyyə
Çəmənli bələdiyyəsi
Azərbaycan Respublikasının Ağdam rayonunun Çəmənli bələdiyyəsi
Bayraq
Bayraq
Ölkə
  •  Azərbaycan
Daxildir Ağdam rayonu
Bələdiyyənin ünvanı Çəmənli kəndi, Ağdam Rayon İcra hakimiyyətinin Çəmənli kənd İƏD üzrə nümayəndəliyinin binası
Bələdiyyə sədri Qliyev Mobil Məhəmməd oğlu
Tarixi və coğrafiyası
Yaradılıb 1999
Sahəsi
  • 34,73 km²
Əhalisi
Əhalisi
  • 6.058 nəf. (2025)
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Statistik kodu 60922007
ələdiyyə ödənişləri üçün vergi kodu 3202
VÖEN 3200044891
Telefon kodu +994 26
Avtomobil nömrəsi 02
cemenlibelediyyesi@gmail.com

Mündəricat

Tarixi

07.12.1999-cu il tarxili 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin redaksiyasının "Ağdam rayonu" bölməsinnə əsasən yaradılan ilk 8 bələdiyyədən biri də Ağdam rayonunun Çəmənli bələdiyyəsi olub. O zaman tərkibinə aşağıdakı inzibati ərazi vahidləri aid edilib: Ağram rayonunun Çəmənli, Sarıcalı və Şükürağalı kəndləri.

20.02.2000-ci il tarixli 02 nömrəli Protokolunda təsbit edilmiş Qərarı ilə bu Bələdiyyənin ilk Nizmanaməsi qəbul edilib və həmin Nimzanamə 21.04.2025-ci il tarixli 05 nömrəli Protokolunda təsbit edilmiş 3-cü Qərarı ilə ləğv edilib.

18.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə uyğun olaraq Quzanlı qəsəbəsində yaradılmış "Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurası"nın üzvülüyünə qəbul edilib.

2003 – 2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi) və Bərdə Regional Ədliyyə İdarəsi həyata keçirib.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.

29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunla Ağdam bələdiyyələrində ağağıdakı dəyişikliklər edilib: "Çəmənli bələdiyyəsinin əhatə etdiyi Sarıcalı və Şükürağalı kəndlərində Sarıcalı bələdiyyəsi" təşkil edilib. Bununla da Ağdam rayonunun Çəmənli bələdiyyəsinin tərtibində bir tək Çəmənli kəndi qalıb.

2020-2024-cü illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirir.

18.11.2024-cü il tarixli 50-VIIQ və 51-VIIQD nömrəli qanunlarla aşağıdakı dəyişikliklər edilib: "7.2. Çəmənli və Sarıcalı bələdiyyələrinin əhatə etdiyi Çəmənli, Sarıcalı və Şükürağalı kəndlərində Çəmənli bələdiyyəsi;" yenidən təşkil edilib.

21.04.2025-ci il tarixli 05 nömrəli Protokolunda təsbit edilmiş Qərarı ilə bu Bələdiyyənin yeni Nizamnaməsi qəbul olunub.

Mərkəzi və ərazisi

Nizamnaməsinin 1.5-ci bəndinə əsasən Ağdam rayonunun Çəmənli bələdiyyəsinin mərkəzi Ağdamın Çəmənli kəndidir.

Bələdiyyənin ünvanı: Çəmənli kəndi, Ağdam Rayon İcra hakimiyyətinin Çəmənli kənd İƏD üzrə nümayəndəliyinin binası.

Bu Bələdiyyənin ərazisinə aşağıkılar aiddir:

Bələdiyyənin tam adı VÖEN Bələdiyyə ödəyiciləri üçün vergi kodu Bələdiyyənin statistik kodu Ərazisi (km²) İnzibati ərazi dairəsinin adı İƏD statistik kodu İnzibati ərazi vahidinin adı İƏV statistik kodu
Ağdam rayonunun Çəmənli bələdiyyəsi 3200044891 3202 60922007 34,73 Çəmənli kənd iəd 60922005 Çəmənli kəndi 60922018
Sarıcalı kəndi 60922038
Şükürağalı kəndi 60922028

Ağdam rayon icra hakimiyyətinin məlumatına əsasən 2025-ci il yanvar ayı üçün Bələdiyyə ərazisində 1533 ev təsərrüfatı fəaliyyət göstərməklə, 6058 nəfər yaşayır.

Bələdiyyə ilə bağlı digər məlumatlar

2024-cü il üçün bu Bələdiyyə öz gəlirlərinə görə Ağdamın ən zəngin bələdiyyəsi olub.

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirir.

"Bələdiyyə qulluğu haqqında" Qanuna uyğun olaraq, Bələdiyyədə mühasib və digər bələdiyyə qulluqçuları fəaliyyət göstərir.

Bələdiyyə sədri barədə məlumatlar Bələdiyyələrlə İş Potalında dərc edilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çəmənli bələdiyyəsi haqqında məlumat. Çəmənli bələdiyyəsi nədir? Çəmənli bələdiyyəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Pol Xlebnikov

  • Fevral 27, 2026

    Nişanlama dili

  • Fevral 27, 2026

    Striboq

  • Fevral 23, 2026

    Rəbiüləvvəl

  • Fevral 27, 2026

    Çarli Kallas

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst