Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Striboq — qədim slavyan mifologiyasında mühüm tanrılardan biri hesab olunur. O, küləklərin, tufanların və müharibələrin tanrısı kimi qəbul edilirdi. Lakin müasi

Striboq

  • Ana Səhifə
  • Vikipediya
  • Striboq

Striboq — qədim slavyan mifologiyasında mühüm tanrılardan biri hesab olunur. O, küləklərin, tufanların və müharibələrin tanrısı kimi qəbul edilirdi. Lakin müasir tədqiqatçılar onun mənşəyini daha dərin şəkildə izah edirlər. Striboq qədim Rusiyada tanrılar panteonunda mühüm yer tutur, Vladimir tərəfindən Kiyevdə qurulan əsas tanrı heykəlləri arasında onun da adı çəkilir.

Striboq
Cinsi kişi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Adın etimologiyası

Striboq adının mənşəyi barədə bir neçə versiya mövcuddur:

  1. Bir versiyaya görə, adın kökü qədim slavyan dilindəki "стрити" — "dağıtmaq" sözünə əsaslanır. Bu halda Striboq dağıdıcı, məhv edici qüvvə simvoludur.
  2. Başqa etimoloji yanaşmaya əsasən, ad "стрый" — "qoca, ağsaqqal" sözündən törəmişdir. Bu halda o, "Qoca tanrı", Böyük ata" və ya "Göy atası" mənalarını daşıyır.

İlahi statusu

Ən çox yayılan baxışa görə, Striboq küləklərin tanrısı sayılırdı. Bu fikir, xüsusilə "İqor dəstəsi haqqında dastan" (Слово о польку Игореве) əsərindəki məşhur sitatdan qaynaqlanır:

" Вот ветры, стрибожьи внуки, веют с моря на храбрые полки Игоря "

Lakin bir çox müasir tədqiqatçılar bu sitatı Striboqun bilavasitə küləklərin tanrısı olması deyil, onların ulu əcdadı, yəni üstün tanrı olaraq qəbul edilməsinin göstəricisi kimi izah edirlər.

Alternativ nəzəriyyəyə görə, Striboq müxtəlif küləklərin və təbiət hadisələrinin deyil, Göyün və ilahi qüdrətin təcəssümüdür, yəni o, ilkin və ali simvoludur.

Tarixi

Striboq Vladimir Svyatoslaviç tərəfindən Kiyevdə qurulan əsas tanrı panteonuna daxil idi. O dövrdə Perun, Xors, Dajdboq və s. ilə birlikdə xalqın rəsmi tanrılarına çevrilmişdi. Onlara qurbanlar verilir, ibadətlər edilirdi.

Striboqun ayrıca heykəlinin qurulması, lakin Svaroq və Rodun heykəllərinin qurulmaması onun bu tanrılardan biri olması faktını dəstəkləyir. Məşhur slavist alim Boris Rıbakov da bu versiyanı dəstəkləyir və Striboqu Svaroq və Rod ilə eyniləşdirir.

Müasir baxışlar

Tədqiqatçılar T. V. Qamkrelidze və V. V. İvanov Striboq adını hind-Avropa köklü dievas-peter "Tanrı ata" ifadəsi ilə əlaqələndirirlər. bu erimoloji xətdə dievas("göy"), tədricən baga ("tanrı") ilə, peter isə stroy ilə əvəz olunmuş ola bilər. Bu izah Striboqun sadəcə "külək tanrısı" deyil, tanrıların tanrısı, ilk və son tanrı olduğunu göstərir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Striboq haqqında məlumat. Striboq nədir? Striboq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xəstə

  • Fevral 27, 2026

    Adekvat

  • Fevral 27, 2026

    Françesko

  • Fevral 27, 2026

    Arpa xan

  • Fevral 27, 2026

    E.ə. 180

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst