Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Böyükağa Hüseynov (7 mart 1926, Bakı – 31 may 1983, Bakı) — filologiya elmləri doktoru (1974), professor (1980), AMEA-nın müxbir üzvü (1980).

Böyükağa Hüseynov

  • Ana Səhifə
  • Vikipediya
  • Böyükağa Hüseynov

Böyükağa Hüseynov (7 mart 1926, Bakı – 31 may 1983, Bakı) — filologiya elmləri doktoru (1974), professor (1980), AMEA-nın müxbir üzvü (1980).

Böyükağa Hüseynov
Doğum tarixi 7 mart 1926(1926-03-07)
Doğum yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 31 may 1983(1983-05-31) (57 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Elmi dərəcəsi
  • filologiya elmləri doktoru
Elmi adı
  • professor
İş yerləri
  • AMEA Dilçilik İnstitutu,
  • AMEA Şərqşünaslıq İnstitutu
Təhsili
  • BDU Şərqşünaslıq fakültəsi,
  • Moskva Şərqşünaslıq İnstitutu
Üzvlüyü
  • Azərbaycan Milli Elmlər Akademiyası

Mündəricat

Həyatı

Böyükağa Hüseynov 7 mart 1926-cı ildə Bakıda anadan olub. Orta təhsilini 150 saylı məktəbdə alıb. Ali təhsilini Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində başa vurduqdan sonra Moskva Şərqşünaslıq İnstitutunun İran şöbəsində təhsilini davam etdirib.

Əmək fəaliyyəti

Böyükağa Hüseynov Bakıya qayıtdıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda və Kommunist Partiyası MK-nın Təbliğat şöbəsində və SSRİ EA-nın Asiya İnstitutunda məsul vəzifədə çalışıb. O, 1962–1981-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktor müavini vəzifəsini icra edib. Həmçinin 1966-cı ildən ömrünün sonuna kimi həmin institutun İran filologiyası şöbəsinə rəhbərlik edib.

Elmi fəaliyyəti

Böyükağa Hüseynov 1962-ci ildə Moskva şəhərində "Mütərəqqi İran poeziyasında sovet mövzusu" adlı namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə doktoru, 1974-cü ildə doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsini alıb. 1980-ci ildə professor elmi adını alan Böyükağa Hüseynov elə həmin il Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Doktorluq dissertasiyalarının müdafiəsi üzrə Asiya və Afrika xalqları ədəbiyyatı İxtisaslaşdırılmış Müdafiə Şurasının sədri olub. O, Moskvada, Parisdə, Berlində, Praqada keçirilmiş Beynəlxalq konqres və simpoziumlarda məruzələr edib. O, 1970-ci ildə İranda, 1980-ci ildə Türkiyədə elmi ezamiyyətdə olub.

Monoqrafiyaları

  • "Mütərəqqi fars poeziyasında Sovet mövzusu", Bakı, 1961;
  • "Rəvayətli ifadələr", Bakı, 1961;
  • "İran şairləri Sovet İttifaqı haqqında", M., 1965;
  • "XX əsr İran poeziyasında ənənə və novatorluq", Bakı, 1975;
  • "Sovet Azərbaycanında şərqşünaslıq", Bakı, 1964 və s.

Böyükağa Hüseynov bir neçə əsərin tərcüməçisi və 10-dan artıq əsərin elmi redaktoru, həmçinin 100-ə qədər elmi, 30 elmi-məlumat xarakterli məqalənin müəllifidir. Onun elmi əsərləri Azərbaycandan başqa İran, Türkiyə, Çexoslovakiya, Rusiya və başqa ölkələrdə çap olunub.

Böyükağa Hüseynovun rəhbərliyi altında 14 nəfər elmi işçi, aspirant və dissertant namizədlik dissertasiyası müdafiə edilib. Eyni zamanda ömrünün son 5 ili ərzində Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində müəllim işləmişdir.

Ədəbi fəaliyyəti

İctimai, elmi, pedaqoji fəaliyyətilə yanaşı, Böyükağa Hüseynov bədii yaradıcılıqla da məşğul olub. O, şeirlərini və satirik hekayələrini "Böyükağa Faiq" təxəllüsü ilə "Ədəbiyyat və incəsənət", "Bakı" qəzetlərində, "Kirpi" jurnalında dərc etdirirdi. Alim Şərq dünyasının ədib və şairlərinin, mütəfəkkirlərinin əsərlərini dilimizə tərcümə edib. Nasir Xosrov, Ömər Xəyyam, Seyidəddin Urfi, Ehsan Təbəri, Nizari, Lahuti, Jalə, Nadir Nadirpur kimi fars-tacik müəlliflərinin yaradıcılığını araşdıran Böyükağa Hüseynov, eyni zamanda Q. Aristovun "Torpaq və Günəş", D. Sidorovun Xurafata inanmağın zərəri haqqında" adlı kitabların müəllifidir.

Ölümü

Böyükağa Hüseynov 31 may 1983-cü ildə Bakıda vəfat edib.

Əsas elmi əsərləri

  • "Mütərəqqi fars poeziyasında fars mövzusu". Bakı, 1961.
  • "XX əsr fars şeirində ənənə və novatorluq". Bakı, 1975.
  • "Поэты Ирана о Советском Союзе". Москва, 1965.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Böyükağa Hüseynov haqqında məlumat. Böyükağa Hüseynov nədir? Böyükağa Hüseynov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Britaniyalılar

  • Fevral 27, 2026

    Embilər

  • Mart 01, 2026

    Turgenyevlər

  • Mart 01, 2026

    La-Roş-Qiyon

  • Fevral 27, 2026

    H1N1

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst