Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qara pişik — tükü qara rəngdə olan ev pişiyidir. Onlar ya xüsusi bir cinsə aid ola bilər, ya da heç bir xüsusi cinsə aid olmayan, qarışıq cinsli adi ev pişiklər

Qara pişik

  • Ana Səhifə
  • Vikipediya
  • Qara pişik

Qara pişik — tükü qara rəngdə olan ev pişiyidir. Onlar ya xüsusi bir cinsə aid ola bilər, ya da heç bir xüsusi cinsə aid olmayan, qarışıq cinsli adi ev pişikləri ola bilər. Əksər qara pişiklər melanin piqmentinin yüksək olması səbəbindən qızılı rəngli gözlərə malikdirlər.

Qara pişiklər miflərdə, əfsanələrdə və xurafatlarda tez-tez rast gəlinən varlıqlardır. Onlar Avropa folklorunda cadugərlər, həmçinin uğur və ya uğursuzluqla əlaqələndirilmişlər.

Mündəricat

Tarixi əlaqələr

Bəzi mədəniyyətlərdə qara pişiklər uğurlu və ya uğursuz sayılır. Kelt ölkələri və İngiltərədə qara pişiyin yol kəsməsi uğur əlaməti hesab olunur. Şotland folkloruna görə, qara pişiyin yeni evə gəlməsi rifah və bolluq gətirir. Uels əfsanələrində isə qara pişik ailəni xəstəliklərdən qoruyur.

Uels atalar sözü (1896):

Qara pişik, eşitmişəm ki, o, həm də cadugərlik edə bilir və yaşadığı ailəni hər cür xəstəliklərdən qoruyur.

Xurafatlar və folklor

Qara pişiklər Halloween və cadugərlik ritualları ilə assosiasiya olunur. Lakin bəzi yerlərdə qara pişiklər müsbət enerji və uğur rəmzi sayılmışdır. Dənizçilər qara pişiklərin gəmiyə uğur gətirdiyinə inanırdılar. Balıqçı arvadları onları evdə saxlayırdı, çünki onların ərini dənizdə qoruyacağı düşünülürdü. Çilidə qara pişik xəzinə axtarışında istifadə edilən əsas elementlərdən biri hesab edilirdi. Yaponiyada qara pişiklər uğur və xoşbəxtlik gətirir. Latviyada qara pişiklər bolluq və yaxşı məhsul ilini simvolizə edir. İtaliyada qara pişik görmək yaxşı əlamət sayılır. Almaniyada qara pişik soldan sağa keçərsə, uğur gətirir.

Sahiblənilməsi və xüsusi günlər

Bir zamanlar qara pişiklərin sığınacaqlarda daha az sahiblənildiyi iddia edilsə də, bu mif olduğu ortaya çıxmışdır. Əksinə, onlar digər rənglərə nisbətən daha çox övladlığa götürülür. Lakin bəzi heyvan sığınacaqları Halloween ərəfəsində qara pişik sahiblənilməsini dayandırır, çünki onların ritual qurbanları ola biləcəyi barədə narahatlıqlar var. Bununla belə, bu iddialar elmi və ya tarixi sübutlarla təsdiqlənməmişdir. Qara pişiklərə həsr olunmuş günlər:

  • 27 Oktyabr – Böyük Britaniyada "Qara Pişik Günü" (Cats Protection təşkilatı tərəfindən)
  • 17 Avqust – ABŞ-da "Qara Pişikləri Qiymətləndirmə Günü" (Ueyn H. Morris tərəfindən)
  • "Black Friday" kampaniyası – ABŞ və Kanadada qara pişiklərin pulsuz sahibləndirilməsi təşviq edilir.

2018-ci ildə "Qara pantera" filmi yayımlandıqdan sonra, qara pişiklərin sahibləndirilməsində artım müşahidə olundu və bir çox insan pişiklərinə "T’Çalla" və "Şuri" kimi adlar qoydu. Buna baxmayaraq, heyvan sığınacaqları moda dalğası ilə sahiblənilən pişiklərin sonradan atılmaması üçün ciddi seçim meyarları tətbiq etdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qara pişik haqqında məlumat. Qara pişik nədir? Qara pişik nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Nikel

  • Fevral 27, 2026

    Toyuq qutabı

  • Fevral 27, 2026

    Kimi Rəykkönen

  • Fevral 27, 2026

    Hipotez

  • Fevral 27, 2026

    Futbol tarixi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst