Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Asketizm (yun. άσκητής; azərb. təmrin, məşq edən, təcrübə keçən‎) — Dini, yaxud mənəvi məqsədlər naminə ehtiyacların ödənilməsinin könüllü surətdə məhdudlaşdırı

Asketizm

  • Ana Səhifə
  • Vikipediya
  • Asketizm

Asketizm (yun. άσκητής; azərb. təmrin, məşq edən, təcrübə keçən‎) — Dini, yaxud mənəvi məqsədlər naminə ehtiyacların ödənilməsinin könüllü surətdə məhdudlaşdırılması, həzzdən imtina olunması, əziyyətlərə dözümlülük göstərilməsi. Asketizm təcrübəsi müxtəlif mədəniyyətlər də eyni məqamları – özünü qidada məhdudlaşdırmanı (oruc), seksual münasibətlərdən qorunmanı (nikahsızlıq, yaxud selibat), tənhalığa çəkilməyi, susmağı, daha ifrat formalarda isə səfilliyi (sərgərdanlıq, dərvişlik), özünə əzab verməyi və s. ehtiva edir.

Hinduizm dinində asketizm təsirlərini göstərən təsvir. Hindust-asket qadın milli-dini geyimdə.

Tarixi

Asketizmin motivləri də müxtəlif ola bilər: onların bəziləri bir-birini tamamlayır, digərləri bir-birini istisna edir. Fövqəltəbii qüvvələrin mənbəyi olan asketizm təsəvvürü şamanların aclıq, yuxu suzluq və s. vasitəsilə ruhlarla ünsiyyətə hazırlığın ibtidai praktikasına dayaqlanır. Bu motiv hind tantrizmi ənənəsi üçün xüsusilə səciyyəvidir. Lakin teist dinlər də asketizm motivi möcüzəyaratma yolu kimi ya dəyişilmiş şəkildə, ya da dini şüurun məişət periferiyasında üzə çıxır.

Dərviş həyatı sürən müsəlman asket. (Benqaliya, 1860)

Asketizmin qədim motivasiyası özünün, yaxud başqasının günahlarına görə əzab çəkməkdən məmnun olmaq ideyasıdır. Ən arxaik mədəniyyətlərdə belə icmaya xeyir-bərəkət gətirməyin, şər qüvvələri zərərsizləşdirməyin və dini-mənəvi qadağaların pozulması nəticəsində dağılmış dünya nizamını bərpa etməyin ən güclü vasitəsi kimi qurbanvermə konsep siyası məlum idi. Mədəni inkişaf prosesində insanı qurbanvermə praktikası tədricən aradan qalxdıqca, onun hansısa ekvivalentinə ehtiyac yaranırdı: məsələn qədim Spartada gənc oğlanlar artıq öldürülmür, əvəzində Artemida Ortinin qurbangahına qanları tökülənədək bədənləri qamçılanırdı; bu mərasimin təyinatında ritual-magik məqam mənəvi məqamdan ayrılmazdır.

Spirituallaşmış anlamda bu motiv mühüm dəyişikliklərə uğramadan xristianlıq tərəfindən qəbul edilə bilərdi; katolik ənənəsi üçün bu cəhət xüsusilə səciyyəvi idi. Misal olaraq 17 əsrin əvvəllərində Limadan olan Santa-Rosa özünün, bütün canlıların və ölənlərin günahlarına görə gündə üç dəfə özünü qamçılayırdı. Sakral funksiyaların yerinə yetirilməsi şərti kimi çox zaman nikahsızlıq praktikasını əsaslandıran ritual təmizliyin qorunması motivi də qədimdən geniş yayılmışdır. Hətta asketizmin səciyyəvi olmadığı dinlərdə belə dini ayini yerinə yetirməzdən əvvəl, ilahi qarşısında durmağa hazırlaşarkən nikah əlaqələrindən qorunmaq tələb edilirdi; buradan asanlıqla belə nəticəyə gəlinirdi ki, bütün həyatlarını müqəddəs varlıqla qırılmaz əlaqədə keçirən insanlar ümumiyyətlə nikaha daxil olmamalıdırlar.

Katolik rahibinə daim müqəddəs ayinləri, ilk növbədə messanı yerinə yetirmək üçün selibat vacibdir. Bu motivlə bir sıra digər motivlər, məs., insanın müqəddəs sayılan hansısa bir iş naminə öz dünyəvi maraqlarından imtina etməsi motivi də əlaqəlidir. Digər motiv mistik həyəcanlanmalara hazırlıq, meditasiya və ekstaz üçün şəraitin yaradılmasıdır. Teist dinlərdə asketizm praktikası insanın allaha olan sevgisini sübut etməyin və cavab sevgisi xahişini ona çatdırmağın ən inandırıcı vasitəsidir. Son orta əsrlər dövrü katolik mistikasında asketizm pafosu öz kralı (İsa Məsih) və qadını naminə bilərəkdən üzərinə çətin şücaətlər öhdəliyi götürən cəngavərin əxlaqi cəhətlərini əxz edir.

Özünün və başqalarının günahlarına görə əzab çəkməkdən məmnun olmaq motivi ilə yanaşı, bu motiv də xristianlıq üçün səciyyəvi olan digər motivlə – İsanın günah bağışlayıcı əzablarına şərik olmaq səyləri ilə bağlıdır. Əhdi-Cədidin mistik təliminə görə, dindar məhrumiyyətləri öz üzərinə könüllü götürməklə və nagahan məşəqqətlərə səbrlə dözməklə öz cismi ilə "İsa əzablarının çatışmayan hissəsini doldurur". Bu təsəvvürü protestantizm dəki İsanın Qolqofada özünü birdəfəlik qurban verməsininin mütləq müstəsnalığı tezisi sıxışdırmışdır.

Azadolma kimi asketizm motivi müxtəlif dini və fəlsəfi-əxlaqi dünyagörüşləri üçün ümumi cəhətdir; bu motiv Budda rahiblərinin və rahibələrinin nəğmələrində (Theraqatha və Theriqatha) hakim mövqe qazanmış, yunan fəlsəfəsinə, xüsusilə Antisfenə və kiniklərə məlum olmuş, xristian ənənəsində xeyli iz buraxmış, Yeni dövrün bəzi ideoloji hərəkatlarında yeni məna kəsb etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Asketizm haqqında məlumat. Asketizm nədir? Asketizm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Xanlar Səfərəliyev

  • Mart 01, 2026

    Cəm şəhristanı

  • Fevral 27, 2026

    Nankauri

  • Fevral 27, 2026

    Rene Zellveqer

  • Fevral 27, 2026

    Mənsur Həllac

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst