Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qorxmaz Həsi oğlu Quliyev (9 iyul 1941, Bakı və ya Azərbaycan) — Azərbaycan ədəbiyyatı tarixçisi, filologiya elmləri doktoru (1990), professor (1992), Azərbayca

Qorxmaz Quliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Qorxmaz Quliyev

Qorxmaz Həsi oğlu Quliyev (9 iyul 1941, Bakı və ya Azərbaycan) — Azərbaycan ədəbiyyatı tarixçisi, filologiya elmləri doktoru (1990), professor (1992), Azərbaycan Dövlət Dillər İnstitutunun rektoru (1993–2001).

Qorxmaz Həsi oğlu Quliyev
Doğum tarixi 9 iyul 1941 (84 yaş)
Doğum yeri Bakı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi filologiya
Elmi dərəcəsi filologiya elmləri doktoru (1990)
Elmi adı professor (1992)
İş yeri Azərbaycan Universiteti
Alma-mater Azərbaycan Dillər Universiteti
Təhsili
  • Azərbaycan Dillər Universiteti
Tanınır Azərbaycan ədəbiyyatı tarixçisi kimi

Mündəricat

Haqqında

Qorxmaz Quliyev 1941-ci Bakı şəhərində ildə anadan olub. Suraxanı rayonu 101 saylı məktəbi bitirib. O, 1965-70-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunun fransız dili fakültəsində təhsil alıb. 1970–80-ci illərdə Əlcəzairdə fransız-rus dili tərcüməçisi, Strasburq Universitetində mühazirəçi kimi fəaliyyət göstərib. Quliyev 1983-cü ildə Azərbaycan Dillər Universitetində ədəbiyyat nəzəriyyəsi sahəsində elmlər namizədliyi dissertasiyasını və 1993-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan ədəbiyyatı sahəsində doktorluq dissertasiyasını müdafiə etmiş, 2013-cü ildə professor elmi adını alıb.

Quliyev 1981-1990-cı illərdə Azərbaycan Dillər Universitetində müəllim və kafedra müdiri işləyib. Azərbaycan Dillər Universitetində Elm işləri üzrə prorektor (1990-1991) və Tədris işləri üzrə prorektor kimi çalışıb. 1993-2001-ci illərdə Azərbaycan Dillər Universitetinin rektoru olub. 1999-cu ildən Azərbaycan Universitetinin professorudur.

Q.Quliyevin "Azərbaycan ədəbiyyatının poetikası" (1992) monoqrafiyasında Cəlil Məmmədquluzadənin "Ölülər", "Dəli yığıncağı", "Poçt qutusu" əsərləri təhlil olunmuşdur. "Statistikadan dinamikaya" adlı məqaləsində o, Azərbaycan ədəbiyyatında fərdi daxili xarakterin ilk dəfə C. Məmmədquluzadənin yaradıcılığında meydana gəldiyini dəlillər və elmi təhlil yolu ilə sübut edir.

"Dəlidən doğru xəbər" (1999) kitabındakı "Absurd teatr. Məmmədquluzadənin "Dəli yığıncağı" faciəvi komediyası Ö. İoneskonun "Kərgədanlar" komik faciəsi işığında" məqaləsində C. Məmmədquluzadənin yaradıcılığı XX əsrin 50-ci illərində təşəkkül tapmış və bu gün Avropa dramaturgiyasında aparıcı meyllərdən biri olan absurd teatr konsepsiyası kontekstində araşdırılır.

Professor Qorxmaz Quliyev eyni zamanda XX əsrin əvvəllərində Qərb ədəbiyyatşünaslığında hakim mövqe tutan ədəbi-estetik konsepsiya və cərəyanları ilk dəfə Azərbaycan ədəbiyyatşünaslığına təqdim edən alimlərdən biri, Qərb ədəbiyyatının Azərbaycandakı ən məşhur tədqiqatçılarındandır. Görkəmli alim, filosof, tərcüməçi, ədəbiyyatşünas Qorxmaz Quliyev 6 elmi monaqrafiya, 2 dərs vəsati, 150-dən artıq elmi məqalənin müəllifidir.

Əsərləri

  • Multukulturalizmin əsasları, Dərs vəsaiti, Bakı, 2017
  • Xüsusidən ümumiyə (məqalələr toplusu), Bakı, 2016
  • XVIII – XIX əsrlərdə Amerika ədəbiyyatı: Tarixi oçerklər, Dərslik, Bakı, 2016
  • XX əsrin görkəmli ədəbiyyatşünas alimləri, Dərs vəsaiti, Bakı, 2014
  • XX əsr ədəbiyyatşünaslıq konsepsiyaları, Dərs vəsaiti, Bakı, 2014
  • XX əsr Amerikan ədəbiyyatşünaslığında aparıcı cərəyanlar, Dərs vəsaiti, 2011
  • Становление индивидуального стиля, monoqrafiya, 2000
  • Dəlidən doğru xəbər, monoqrafiya, 2000
  • Azərbaycan ədəbiyyatının poetikası, monoqrafiya, 1992
  • Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı.2008. səh.157.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qorxmaz Quliyev haqqında məlumat. Qorxmaz Quliyev nədir? Qorxmaz Quliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Enn Bronte

  • Fevral 27, 2026

    Həştpər

  • Mart 01, 2026

    Pol Dumer

  • Mart 01, 2026

    Sakkara

  • Fevral 27, 2026

    İfrazat sistemi

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst