Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qurbanov Çərkəz Hüseyn oğlu 20 yanvar 1941-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olub. Orta təhsilini 1948–1959-cu illərdə həmin kən

Çərkəz Qurbanlı

  • Ana Səhifə
  • Vikipediya
  • Çərkəz Qurbanlı

Çərkəz Qurbanlı (20 yanvar 1941, Saral, Hamamlı rayonu – 5 may 2014, Bakı) — tərcüməçi-alim.

Çərkəz Qurbanlı
Doğum tarixi 20 yanvar 1941(1941-01-20)
Doğum yeri
  • Saral, Hamamlı rayonu, Ermənistan SSR, SSRİ
Vəfat tarixi 5 may 2014(2014-05-05) (73 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Elmi dərəcəsi
  • professor
Təhsili
  • Azərbaycan Dövlət Xarici Dillər İnstitutu (1960–1965)

Mündəricat

Həyatı

Qurbanov Çərkəz Hüseyn oğlu 20 yanvar 1941-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olub. Orta təhsilini 1948–1959-cu illərdə həmin kəndin orta məktəbində alıb. 1960–1965-ci illərdə M. F. Axundov adına ADPDİ-nin Qərbi Avropa fakültəsinin Alman dili şöbəsində təhsil alıb.

1980-ci ildə filologiya üzrə elmlər namizədi elmi adını alıb. 1990-ildə dosent elmi adı alıb.

Çərkəz Qurbanlı bir vaxtlar Heydər Əliyevin alman dili üzrə tərcüməçisi kimi də çalışıb. O, Alman dili ilə yanaşı, rus, türk, ingilis və erməni dillərini bilirdi.

Çərkəz Qurbanlı 5 may 2014-cü ildə vəfat etmişdir.

Fəaliyyəti

1965–1966-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasında alman dili üzrə tərcüməçi işləyib. 1966-cı ildə M. F. Axundov adına APDİ-də müəllimlik fəaliyyətinə başlayıb. 1973-cü ildə həmin institutda Alman dili kafedrasında baş müəllim vəzifəsini tutub.

1986-cı ildə Tərcümə kafedrasının müdiri vəzifəsinə keçib. 1993-cü ildə Tərcümə fakültəsinin dekanı, daha sonra yenidən Tərcümə və axşam təhsili fakültəsinin dekanı olub. 1993–1994-cü illərdə I prorektor əvəzi vəzifəsində çalışıb.

2000-ci ildə ADU-nun Alman dilinin leksikası və üslubiyyatı kafedrasına müdir seçilib. 2004–2008-ci illərdə ADU-nun Alman dili fakültəsinin dekanı vəzifəsində çalışıb.

2011-ci ildə Alman dilinin leksikası və üslubiyyatı kafedrasında professor vəzifəsini tutub. 2009–2014-cü illərdə ADU-nun nəzdində bir sıra dil laboratoriyalarında aparıcı elmi işçi kimi də çalışıb.

Araşdırmaları

Tərcüməçi-alim Çərkəz Qurbanlı Məhəmməd Əsəd Bəyin Azərbaycandakı araşdırıcılarından olub. O, Əsəd bəyin 6 əsərini, o cümlədən "Əli və Nino" romanını alman dilindən Azərbaycan dilinə tərcümə edib. Çərkəz Qurbanlı XX əsr dünya ədəbiyyatına böyük təsir göstərmiş alman dilli Avstriya yazıçısı Frans Kafkanın əsərlərinin tərcüməsinə görə Avstriya hökumətinin mükafatını alıb.

Tərcümələri

  1. Frans Kafka "Qəsr"
  2. Əsəd Bəy "Allahu Əkbər"
  3. Əsəd Bəy "Məhəmməd Peyğəmbər"

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çərkəz Qurbanlı haqqında məlumat. Çərkəz Qurbanlı nədir? Çərkəz Qurbanlı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Axısqa türkləri

  • Fevral 26, 2026

    Udin dili

  • Fevral 27, 2026

    Xaraton

  • Fevral 28, 2026

    Toxmaqlı oymağı

  • Fevral 23, 2026

    İsanın dirilməsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst