Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1947–52-ci illərdə Frayburqda V. Qurlittdən və Göttingendə R. Herberdən dərs almışdır. Harmonik tonallığın genezisi problemləri üzrə professorluq dissertasiyası

Karl Dalhauz

  • Ana Səhifə
  • Vikipediya
  • Karl Dalhauz

Karl Dalhauz (Carl Dahlhaus) — alman musiqişünası və musiqi filosofu.

Karl Dalhauz
Carl Dahlhaus
Ümumi məlumatlar
Doğum tarixi 10 iyul 1928
Doğum yeri
  • Hannover, Hannover[d], Prussiya[d]
Vəfat tarixi 13 mart 1989 (60 yaşında)
Vəfat yeri
  • Berlin
Musiqiçi məlumatları
Fəaliyyəti Musiqişünas, musiqi filosofu
Təhsili
  • Göttingen Universiteti
Mükafatları Pour le Mérite
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

1947–52-ci illərdə Frayburqda V. Qurlittdən və Göttingendə R. Herberdən dərs almışdır. Harmonik tonallığın genezisi problemləri üzrə professorluq dissertasiyası (1966) və musiqi ritminin tarixinə dair bir sıra araşdırmaları Dalhauza beynəlxalq şöhrət gətirmişdir. 1967–89-cu illərdə Texniki Universitetin (Qərbi Berlin) musiqişünaslıq fakültəsinin professoru olmuşdur.

Fəaliyyəti

H. Rimanın musiqi lüğətinin 3-cü nəşrinin hazırlanmasında H.H. Eggebrextlə əməkdaşlıq etmişdir; terminoloji hissənin bir sıra məqalələrinin müəllifi (1967), personalilərə həsr olunmuş əlavə cildlərin redaktoru (1972–75); R.Vaqnerin əsərlərinin tam külliyyatının baş redaktoru (1970–; nəşri davam edir). Alman Musiqişünaslıq Cəmiyyətinin prezidenti (1977–79); “Musiqişünaslıq üzrə yeni dərslik” seriyasının (c.1–13, 1980–95) və “Musiqili teatr ensiklopediyası”nın (c. 1–16, 1989–97) redaktoru olmuşdur.

Əsərləri

Ensiklopedik təhsilli alim olan Dalhauz kitablarında və çoxsaylı məqalələrində (“Analiz və dəyərlilik mülahizəsi”, 1970; “Musiqi tarixinin əsasları”, 1977; “Mütləq musiqi ideyası”, 1978;, “Şönberq və başqaları”, 1978; “Musiqi realizmi”, 1982 və s.) Avropa musiqi nəzəriyyəsi, tarixi və estetikası problemlərini başlanğıc mərhələsindən müasir dövrədək araşdırmışdır.  

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Karl Dalhauz haqqında məlumat. Karl Dalhauz nədir? Karl Dalhauz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mişkinaz Cavid

  • Fevral 27, 2026

    Əllamə Hilli

  • Mart 01, 2026

    Nəvə

  • Fevral 27, 2026

    Differensial (riyaziyyat)

  • Fevral 27, 2026

    NGC 7089

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst