Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fətullayev Eynulla Emin oğlu (25 sentyabr 1976, Bakı) — tanınmış azərbaycanlı jurnalist, "haqqın.az" və "virtualaz.org" saytlarının baş redaktoru,"Gündəlik Azər

Eynulla Fətullayev

  • Ana Səhifə
  • Vikipediya
  • Eynulla Fətullayev

Fətullayev Eynulla Emin oğlu (25 sentyabr 1976, Bakı) — tanınmış azərbaycanlı jurnalist, "haqqın.az" və "virtualaz.org" saytlarının baş redaktoru,"Gündəlik Azərbaycan" qəzetinin (2005–2007) baş redaktoru. Tənqidi yazılarına görə Azərbaycan hökuməti tərəfindən təqib olunmuşdur. Azərbaycan Respublikasının əməkdar jurnalisti.

Eynulla Fətullayev
Doğum tarixi 25 sentyabr 1976(1976-09-25) (49 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti jurnalist
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 20202020
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Eynulla Fətullayev 1976-cı il sentyabrın 25-də Bakıda anadan olub. Jurnalistikaya gənc sosial demokrat, "İstiqlal" qəzetinin yazarı kimi gəlmişdir. 1990-cı illərin ortalarında Yeni Azərbaycan Partiyasına üzv olub, bir müddət əmək və əhalinin sosial müdafiəsi nazirinin köməkçisi işləyib. YAP-dan istefa verəndən sonra müstəqil yazarlığa başlayıb. Azərbaycan Silahlı Qüvvələrində xidmət edənədək bir müddət ANS televiziyasında analitik proqramların aparıcısı olan E. Fətullayev sonradan Elmar Hüseynovun nəşr etdiyi "Monitor" jurnalında çalışıb.

2005-ci ildə E. Hüseynovun qətlindən sonra "Monitor" bağlananda E. Fətullayev "Realnı Azerbaydjan", "Gündəlik Azərbaycan" qəzetlərini və "Azerbaydjan v mire" jurnallarını yaradıb. 2006-cı ilin oktyabrında o, davamlı təzyiqləri əsas gətirərək nəşrlərini bağladığını elan edib. Ancaq iki ay sonra "Realnı Azerbaydjan", "Gündəlik Azərbaycan" qəzetlərini yenidən buraxmağa başlayıb.

Həbsi

E. Fətullayev 2007-ci il aprelin 20-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Bu həbsə Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiası səbəb olub. Jurnalist 2005-ci ildə qələmə aldığı "Qarabağ gündəliyi" adlı silsilə yazılarında xocalıları təhqir etməkdə günahlandırılıb və ona 2 il 6 ay həbs cəzası verilib.

Tutulandan bir ay sonra Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E. Fətullayevin rəhbərlik etdiyi KİV-də getmiş məlumatlarla əlaqədar cinayət işi başlanıb. Söhbət "Realnı Azerbaydjan" qəzetində yerləşdirilən, ABŞ-nin İrana hərbi təcavüzü ilə bağlı ehtimalların səsləndirildiyi məlumatlardan gedir. Bu məlumatların Azərbaycanda işləyən xarici ölkə vətəndaşları və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunub.

MTN-də başlanan istintaqla əlaqədar E. Fətullayev Bayıldakı istintaq təcridxanasından MTN-in təcridxanasına köçürülüb. Burada ona qarşı Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb. Sonradan istintaq E. Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.

2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə E. Fətullayevi 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdir. O, 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılmışdır.

E. Fətullayev tutulandan az sonra onun nəşrləri fəaliyyətini dayandırmağa məcbur olub.

11 noyabr 2010-cu ildə AR Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə üzərinə qoyulan məhkumiyyətdən bəraət almışdır.

Eynulla Fətullayev 26 may 2011-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılmışdır.

Mükafatları

2014-cü ildə Ali Media Mükafatının 2-ci dərəcəsi ilə təltif edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Eynulla Fətullayev haqqında məlumat. Eynulla Fətullayev nədir? Eynulla Fətullayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Chloranthales

  • Fevral 27, 2026

    Karakalla

  • Fevral 27, 2026

    Bayat nahiyəsi

  • Fevral 27, 2026

    Aymak

  • Fevral 28, 2026

    İvan Kosıx

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst