Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

«Livan bayrağı iki qırmızı və 1 ağ zolaq olmaqla 3 zolaqdan ibarətdir. Ağ zolaq qırmızı zolaqların ortasında yerləşir. Ağ zolağın eni qırmızı zolaqların enləri

Livan bayrağı

  • Ana Səhifə
  • Vikipediya
  • Livan bayrağı

Livan bayrağı (ərəb. علم لبنان‎) - Livan Respublikasının bayrağı

Livan Respublikasının Dövlət Bayrağı
Təfərrüatlar
Proporsiya 2:3
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Livan Konstitusiyasında

Livan konstitusiyasının 5-ci maddəsi dövlət bayrağı haqqındadır.

Konstitusiyada yazılıb:

«Livan bayrağı iki qırmızı və 1 ağ zolaq olmaqla 3 zolaqdan ibarətdir. Ağ zolaq qırmızı zolaqların ortasında yerləşir. Ağ zolağın eni qırmızı zolaqların enləri cəminə bərabərdir. Ağ zolağın mərkəzində sülh və uzunömürlülük rəmzi olan Sidr ağacı yerləşir.»

Tarixi

Livan uzun illər boyunca müxtəlif ölkələrin təsiri altında olmuşdur. Nəticədə həmin ölkələrin bayraqları bir müddət Livanın bayrağı olmuşdur. Osmanlılardan ayrıldığı ilk vaxtlarda ağ parça üzərində Livan sidrinin təsviri olan bir bayraq idi. 1 noyabr 1943-cü ildə Fransa mandatlığında Livan parlamenti üzvlərinin imzaları ilə təsvir olunmuş bir bayraq təsdiqləndi. Bu Livanın ilk rəsmi bayrağı idi. Fransa mandatlığında Livanın təsdiqlənmiş növbəti bayrağı isə Fransa bayrağına çox oxşayırdı. Fransa bayrağının daxilindəki ağ zolaqda Livan sidri təsvir edilmişdi. Müasir Livan bayrağı 1967-cü ildə 1 fevral tarixində qəbul edilmişdir. Ortada yerləşən Livan sidrinin gövdə və buaqlarının qara və ya çəhrayı rənglərlə boyasalar da, Ölkə konstitusiyasına görə bu hissə tamamilə yaşıl olmalıdır.

Bayrağın simvolları

Livan sidri

Livan bayrağı yuxarıdan aşağıya doğru qırmızı-ağ-qırmızı ardıcıllığı ilə düzülmüş üç üfüqi zolaqdan ibarətdir. Qırmızı zolaqlar eyni ölçüdə olmaqla ağ zolağın üstündə və altında yerləşir. Ağ zolağ digər zolaqlardan böyükdür və üzərində Livan sidrinin təsviri yerləşir.

Livan bayrağında yerləşən rənglərin müxtəlif mənaları vardır:

  • Qırmızı rəng: Qırmızı rəng ölkənin müstəqilliyini göstərir. Müstəqillik uğrunda axıdılan qanları təsvir edir.
  • Ağ rəng: Sülh və Livan dağlarında yerləşən qarın təsviridir.
  • Livan sidri: Əbədiyyəti və sabitliyi göstərir.

Livan bayraqları

  • 1918-1920-ci illərdə Livan bayrağı
    1918-1920-ci illərdə Livan bayrağı
  • 1920-1943-cü illərdə Livan bayrağı
    1920-1943-cü illərdə Livan bayrağı
  • 1943-1967-ci illərdə Livan bayrağı
    1943-1967-ci illərdə Livan bayrağı
  • Müstəqil Livan Respublikasının bayrağı
    Müstəqil Livan Respublikasının bayrağı

Həmçinin bax

  • Livan
  • Livan sidri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Livan bayrağı haqqında məlumat. Livan bayrağı nədir? Livan bayrağı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ranço

  • Fevral 27, 2026

    Remarka

  • Fevral 27, 2026

    Geta (imperator)

  • Mart 01, 2026

    Shanxi

  • Mart 01, 2026

    Yaycı (Gorus)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst