Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nazan Əhməd qızı Ölçər (1942, İstanbul) — Türkiyə sənət tarixçisi, muzeyşünas, elmlər doktoru, professor, Xalça və kilim sahəsində dünya miqyasında tanınmış bir

Nazan Ölçər

  • Ana Səhifə
  • Vikipediya
  • Nazan Ölçər

Nazan Əhməd qızı Ölçər (1942, İstanbul) — Türkiyə sənət tarixçisi, muzeyşünas, elmlər doktoru, professor, Xalça və kilim sahəsində dünya miqyasında tanınmış bir mütəxəssis, 1978–2003-cü illərdə Türk və İslam Əsərləri Muzeyinin müdiri kimi fəaliyyət göstərmişdir. 2003-cü ildən etibarən Sakıp Sabancı Muzeyinin müdiri.

Nazan Ölçər
türk. Nazan Ölçer
Şəxsi məlumatlar
Doğum tarixi 1942(1942) (83–84 yaş)
Doğum yeri
  • İstanbul, İstanbul ili, Türkiyə
Fəaliyyəti sənətşünas
Atası Əhməd Cəfəroğlu
Həyat yoldaşı
  • Cüneyt Ölçər

Mündəricat

Həyatı və fəaliyyəti

Nazan Ölçər 1942-ci ildə İstanbulda anadan olmuşdur. Atası Azərbaycanın görkəmli mühacir alimi, İstanbul Universitetinin professoru Əhməd Cəfəroğludur. Türk etnoqrafiyası sahəsində dərin biliyə malik olan atasının yanında xalça və kilim bilgiləri aldı. Orta mktəbi və lisey təhsilini Sankt Georg Avstriya Qız Lisesində tamamlamışdır.

1962–1969-cu illər arasında Almaniyanın Münxen Lüdviq Maximilian Universitetində etnologiya, erkən dövr tarixi, Yaxın Şərq tarixi və mədəniyyətləri sahələrində təhsil almşdır. Hans Joachim Kisslingin elmi rəhbərliyi ilə doktorluq dissertasiyası müdafiə etmişdir. Universitet təhsili dövründə Münxen Universiteti Etnologiya Bölümü kolleksiyalarında muzeyçilik çalışmalarına başlamışdır. Universiteti bitirdikdən sonra Münxen və Vyana Etnologiya Muzeyləri, habelə Berlin İslam Sənətı Muzeyində təcrübə keçmişdir.

Türkiyəyə döndükdən sonra Anadolunun müxtəlif bölgələrində sosial və kulturoloji dəyişimi əhatə edən sahə çalışması və araştırmalar, arxeoloji təmsilçilikləri, Türkiyə, Avstriya və Almaniya Elmi Film Arxivləri için ənənəvi el sənətlərini sənədli film çalışmaları ilə Yıldız Üniversiteti Şehircilik Bölümü ilə Sosyal Bilimler Enstitüsündə müəllimlik etmişdir.

1972-ci ildə Türk və İslam Əsərləri Muzeyində Xalça və Kilim şöbələrinin rəhbəri kimi çalışmağa başlamışdır.

1974-cü ildə həmin muzey içində ayrıca bir bölüm olaraq Etnoqrafya şöbəsini yaratmışdır. 1978–2003-cü illəri arasında həmin muzeyin müdiri olmuşdur.

1981-ci ildə muzeyin içərisində Türkiyənin yeganə Xalça və Tekstil Restavrasiya Laboratoraiyasını qurmuşdur. Süleymaniyyə Camisinin külliyəsindəki kiçik bir imarət binasında fəaliyyət göstərən müzeyi Sultanahmet bölgəsindəki İbrahim Paşa Sarayına köçürmüşdür. Önun müdir olduğu dönəmdə muzey 1984-cü ildə Avropa Şurasının düzənlədiyi İlin muzeyi yarışmasında jüri özəl ödülü almşdır. Növbəti il Avropa Şurası və YUNESKO tərəfindən gənc nəsillərə insanlığın ortaq mirasını ən gözəl yansıtan muzey seçilmışdır. Daha sonra "Avropa Şurası İlin Muzeyi" mükafatını qazanmışdır. Onun təşəbbüsü ilə muzeydə Kilim Sərgisi, Alman Ekspressionizmi Sərgisi, İtalyan Renessansı Sərgisi kimi önəmli sərgilər düzənlənmışdır.

2005-ci ildə Türk və İslam Əsərləri Muzeyi müdirliyindən təqaüdə çıxan Ölçər, Sakıp Sabancı Muzeyinin müdiri olmuşdur. Ənənəvi sənətlər, mədəniyyət dəyişimləri, Türk sənətinin müxtəlif janrları və muzeyçilik mövzusunda müxtəlif dillərdə əsərləri vardır. Bir çox beynəlxalq sərginin və sempoziumun təşkilat komissiyasında yer almış, kataloqlarını hazırlamış və həmin tədbirləri yönləndirmişdir.

Əsərləri

  • Türk ve İslam Eserleri Müzesi. İstanbul: Eren Yayıncılık, 1988
  • Kilims-Museum Of Turkish And Islamic Arts. İstanbul: Eren yayıncılık, 1989, 208 s.
  • Kilims-Museum Für Türkishche Und İslamische Kunst. İstanbul: Eren Yayıncılık, 1989, 208 s.
  • In Pursuit of Excellence: Works of Art from the Museum of Turkish and Islamic Arts. 1993, 224 s. (with Oleg Grabar)
  • Anatolian Carpets. İstanbul: Borusan Külter ve Sanat Yayınları, İstanbul: 1999, 295 s. (with Walter Denny)
  • Image of the Turks in the 17th century Europe. İstanbul: Sakıp Sabancı Müzesi yayınları, 2005, 311 s.
  • Blind Date Istanbul: İstanbul'da Habersiz Buluşma. İstanbul: Sakıp Sabancı Müzesi yayınları, 2007, 252 s. (with Arianne Grigoteit)
  • Louvre Koleksiyonlarından Başyapıtlarla İslam Sanatının 3 Başkenti İstanbul, İsfahan, Delhi. İstanbul: Sakıp Sabancı Müzesi yayınları, 2008, 338 s. (Selmin Kangal və Filiz Çağmanla birlikdə)
  • Bizantion'dan İstanbul'a bir başkentin 8000 yılı. İstanbul: Sakıp Sabancı Müzesi yayınları, 2010, 511 s.

Mükafatları

  • 1989-cu ildə Türkiyə Cumhuriyyəti tərəfindən Mədəniyyət Nazirliyi mükafatı
  • 1991 ildə Fransa Mədəniyyət Nazirliyi tərəfindən Sənət və Ədəbiyyat sahəsində Cəngavərlik Nişanı
  • 1994-cü ildə Almaniya Prezidenti tərəfindən I dərəcəli Ləyaqət Nişanı
  • Polşa prezidenti tərəfindən "Bəyaz Kartal Nişanı"
  • 1996-cı ildə İtaliya Prezidenti tərəfindən Cəngavərlik Nişanı
  • 2005-ci ildə İtalya Prezidenti tərəfindən Ordinella della Stella mükafatları
  • 2006-cı ildə Türkiyə Prezidenti Xarici İşlər Nazirliyi tərəfindən Üstün Xidmət mükafatı
  • 2012-ci ildə Almaniya Prezidenti tərəfindən Yüksək Xidmət Ləyaqət Nişanı
  • 2012-ci ildə Fransa Prezidenti tərəfindən Şərəf Nişanı
  • 2003-cü ildə İsveçrənin Bern Universiteti tərəfindən ona "Mədəniyyətlərarası dialoq çalışmaları və beynəlxalq muzeyçilik sahəsindəki böyük xidmətlərindən görə" şərəf doktoru adı verilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nazan Ölçər haqqında məlumat. Nazan Ölçər nədir? Nazan Ölçər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Misir heroqlifləri

  • Fevral 27, 2026

    S:Müəllif:Qətran Təbrizi

  • Mart 01, 2026

    Vüqar Rəhimov

  • Fevral 27, 2026

    Səfərəlibəyovlar

  • Fevral 27, 2026

    Yanuş Kaminski

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst