Səfərəlibəyovlar — Azərbaycan xalqının soylarından biri.
| Səfərəlibəyovlar | |
|---|---|
| Titul | Şeyx |
| Mənşəyi | Bakı |
| Təbəəliyi | |
Soyun yaranması
Səfərəliyevlər nəslinin başçısı Səfərəli bəy köklü Bakılı olub. Pirşağının kəndxudası olan Səfərəli bəy yerli əhali arasında böyük nüfuza malik olub.
Səfərəli bəyin nəvəsi – Kövkəb xanımın ulu babası Hacıağa Hüseynqulu bəy Səfərəliyev çar II Nikolay tərəfindən "bəy" titulu almışdı. Hacıağa Hüseynqulu bəyin ailəsində 5 oğul böyümüşdü: İsmayıl bəy, Dadaş bəy, Ağa Rəhim bəy, İbrahim bəy və Tağı bəy.
Soyun tanınmış nümayəndələri
- Səfərəli bəy — Pirşağının kəndxudası
- Tağı bəy Səfərəlibəyov — mühəndis.
- İsmayıl bəy Səfərəliyev — məşhur Azərbaycan xeyriyyəçisi, milyonçu, Müsəlman Xeyriyyə Cəmiyyətinin türk hərbi əsirlərə nəzarət üzrə təyin edilmiş nümayəndəsi.
- Kamil bəy Səfərəliyev
- Kövkəb Səfərəliyeva — pianoçu, pedaqoq, professor, Azərbaycanın ilk pianoçu-pedaqoqu, metodist, publisist, maarifçi və təşkilatçı (1972), Azərbaycan SSR xalq artisti (1972).
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səfərəlibəyovlar haqqında məlumat. Səfərəlibəyovlar nədir? Səfərəlibəyovlar nə deməkdir?