Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Emin Əzizov 2006-cı ildə Rusiyada Avropa Çempionatını 12-ci, 2007-ci ildə Bolqarıstanda Avropa Çempionatını isə 5-ci pillələrdə başa vurdu.

Emin Əzizov

  • Ana Səhifə
  • Vikipediya
  • Emin Əzizov

Emin Əzizov (29 dekabr 1984, İmişli) — Azərbaycanı təmsil edən sərbəst güləşçi.

Emin Əzizov
Şəxsi məlumatlar
Tam adı Emin Əzizov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 29 dekabr 1984 (41 yaş)
Doğum yeri İmişli, Azərbaycan SSR
Boyu 172 sm. (5 ft 6 in)
İdman növü Güləş
Karyera illəri 1996—2014
Məşqçisi Qalib Zülfüqarov
Medallar
Avropa Çempionatı
Bürünc 2008 Tampere66 Kq.

Karyerası

Emin Əzizov 2006-cı ildə Rusiyada Avropa Çempionatını 12-ci, 2007-ci ildə Bolqarıstanda Avropa Çempionatını isə 5-ci pillələrdə başa vurdu.

2008-ci ildə Emin Əzizov Finlandiyanın Tampere şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin ilin iyununda Qızıl Qran-Pri beynəlxalq turnirini gümüş medalla başa vuran Emin Əzizov avqustda olimpiadada mübarizə apardı.

Emin Əzizov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil etdi. Olimpiadanın təsnifat mərhələsində Emin Əzizov İsveçrə nümayəndəsi Gregori Sarrasin ilə üz-üzə gəldi. Həmin görüşün birinci hissəsində rəqibinə 1:0 hesabı ilə qalib gələn Emin Əzizov növbəti hissədə rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazandı və olimpiadanın 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Qazaxıstan nümayəndəsi Leonid Spiridonov oldu. Həmin görüşdə Emin Əzizov rəqibinə 0:2 (0:2, 0:2) hesabı ilə məğlub oldu. Rəqibi final görüşünə vəsiqə qazanmadığına görə Emin Əzizov təsəlliverici qrupda da mübarizə aparmadı və olimpiadanı 12-ci pillədə başa vurdu.

Bundan sonra o, nüfuzlu beynəlxalq turnirlərdə uğurlara imza ata bilmədi. Emin Əzizov 2009-cu ildə Qızıl Qran-Pri beynəlxalq turnirini 20-ci pillədə, 2010-cu ildə Qızıl Qran-Pri beynəlxalq turnirini gümüş medalla, 2011-ci ildə Qızıl Qran-Pri beynəlxalq turnirini isə 12-ci pillədə başa vurdu.

2012-ci ildə Emin Əzizov Kiyev Turnirini 10-cu, Avropa Çempionatını 8-ci pillələrdə, Qızıl Qran-Pri beynəlxalq turnirini isə gümüş medalla başa vurdu.

2013-cü ildə İranda Taxti Cup beynəlxalq turnirini 12-ci, Polşada Poland Open beynəlxalq turnirini 8-ci, Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirini 8-ci pillələrdə başa vuran Emin Əzizov, 2014-cü ildə Yaşar Doğununun Turnirinin gümüş medalına sahib oldu, Əli Əliyev Turnirini isə 12-ci pillədə başa vurdu. İyulda Qızıl Qran-Pri beynəlxalq turnirinin gümüş medalına sahib olan Emin Əzizov, 30 yaşında idmanla vidalaşdı.

Nəticələri

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
2006
Avropa Çempionatı Rusiya Rusiya
12.
2
2007
Avropa Çempionatı Bolqarıstan Bolqarıstan
5.
3
2008
Avropa Çempionatı Finlandiya Finlandiya
3.
4
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
2.
5
Olimpiya Oyunları Çin Çin
12.
6
2009
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
20.
7
2010
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
2.
8
2011
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
12.
9
2012
Kiyev Turniri Ukrayna Ukrayna
10.
10
Avropa Çempionatı Serbiya Serbiya
8.
11
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
2.
12
2013
Taxti Cup İran İran
12.
13
Poland Open Polşa Polşa
8.
14
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
8.
15
2014
Yaşar Doğu Turniri Türkiyə Türkiyə
2.
16
Ə. Əliyev Turniri Rusiya Rusiya
16.
17
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
2.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Emin Əzizov haqqında məlumat. Emin Əzizov nədir? Emin Əzizov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hematit

  • Fevral 27, 2026

    Desiderius Erasmus

  • Fevral 28, 2026

    Adilə Səfərova

  • Fevral 27, 2026

    Plantaginaceae

  • Fevral 27, 2026

    Qiraət

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst