Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kamil Nəcəf oğlu Nəcəfzadə (29 dekabr 1929, Lənkəran – 29 iyun 2011) — Azərbaycan rəssamı, Azərbaycan SSR xalq rəssamı (1989), iki dəfə Azərbaycan SSR Dövlət mü

Kamil Nəcəfzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Kamil Nəcəfzadə

Kamil Nəcəf oğlu Nəcəfzadə (29 dekabr 1929, Lənkəran – 29 iyun 2011) — Azərbaycan rəssamı, Azərbaycan SSR xalq rəssamı (1989), iki dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1980, 1986), "Şöhrət" ordeni laureatı, Azərbaycan Kinematoqrafçılar İttifaqının və Rəssamlar İttifaqının üzvü.

Kamil Nəcəfzadə
Digər adı Kamal Nəcəfzadə
Doğum tarixi 29 dekabr 1929(1929-12-29)
Doğum yeri
  • Lənkəran, Azərbaycan
Vəfat tarixi 29 iyun 2011(2011-06-29) (81 yaşında)
Uşağı
  • Şamil Nəcəfzadə
Fəaliyyəti rəssam
Təhsili
  • Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti,
  • Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi
Mükafatları "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 19891989 "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 19761976 Azərbaycan SSR Dövlət mükafatı — 19801980 Azərbaycan SSR Dövlət mükafatı — 19861986
"Şöhrət" ordeni — 19991999

Mündəricat

Həyatı

Kamil Nəcəf oğlu Nəcəfzadə 29 dekabr 1929-cu ildə Lənkəran şəhərində doğulub.

1948-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirir.

1955-ci ildən təhsilini bitirərək Bakıya qayıdır və "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayır.

Kamil Nəcəfzadə kinofilmlərə verdiyi tərtibatlarla yanaşı, rəngkarlıq, qrafika və eləcə də teatr sənətində də öz sözünü demişdir.

1964-cü ildə Azərbaycan Milli Dram Teatrının səhnəsində Hüseyn Cavidin "Knyaz", 1974-cü ildə S. Vurğun adına Rus Dram Teatrının səhnəsində Səməd Vurğunun "Fərhad və Şirin" tamaşalarını göstərmək olar.

O, respublikamızda və xaricdə keçirilən bir çox rəssamlıq sərgilərinin iştirakçısı, fərdi sərgilərin müəllifidir.

Kamil Nəcəf oğlu Nəcəfzadə 29 iyun 2011-ci ildə vəfat etmişdir.

Kinorejossor Şamil Nəcəfzadənin atasıdır.

Azərbaycan Televiziyası tərəfindən Kamil Nəcəfzadənin yaradıcılığına həsr edilmiş "Rənglərdə yaşayan kino" adlı 38 dəqiqəlik veriliş istehsal edilmiş və 6 yanvar 2009-cu ildə AzTV-də efirə getmişdir. 2014-cü ildə Azərbaycan Televiziyasında ilk dəfə "Ağ kətanın sehri… Kamil Nəcəfzadə" sənədli filmi ekranlarda çıxmışdır.

Təltif və mükafatları

  • "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 17 may 1989[⇨]
  • "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 23 dekabr 1976[⇨]
  • "Çeçen-İnquş MSSR əməkdar incəsənət xadimi" fəxri adı — 1964
  • 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı:
    • 22 aprel 1980 ("Ad günü" bədii filminin rəssamlığına görə)[⇨]
    • 26 aprel 1986 ("Birisigün, gecəyarısı…" bədii filminin rəssamlığına görə)[⇨]
  • "Şöhrət" ordeni — 28 dekabr 1999
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002

Filmoqrafiya

  • Abşeron ritmləri (film, 1970) (tammetrajlı musiqili-bədii film) — quruluşçu rəssam
  • Ad günü (film, 1977) (tammetrajlı bədii film) — quruluşçu rəssam
  • Ağ kətanın sehri... Kamil Nəcəfzadə (film, 2014)
  • Azərbaycan incəsənəti (film, 1970)
  • Bağ mövsümü (film, 1985)
  • Bayquş gələndə... (film, 1978)
  • Bir cənub şəhərində (film, 1969)
  • Bir məhəllədən iki nəfər (film, 1957)
  • Birisigün, gecəyarısı... (film, 1981)
  • Bizi bağışlayın (film, 1979)
  • Bizim küçə (film, 1961)
  • Cazibə qüvvəsi (film, 1964)(film, kinoalmanax)
  • Cırtdanın yeni sərgüzəşti (film, 1973)
  • Çardaş (film, 1973)
  • Doğma sahillər (film, 1989)
  • Dörd bazar günü (film, 1975)
  • Əllər və rənglər (film, 1974)
  • Əmək və qızılgül (film, 1962)
  • Ən vacib müsahibə (film, 1971)
  • Əsl dost (film, 1959)
  • Firəngiz (film, 1975)
  • Gecə qatarında qətl (film, 1990)
  • Hədiyyə (film, 1986)
  • Qanlı zəmi (film, 1985)
  • Qara daşlar (film, 1956)
  • Qızıl uçurum (film, 1980)
  • Qozbeli qəbir düzəldərmi? (film, 1972)
  • Lətifə (film, 1989)
  • Matteo Falkone (film, 1960)
  • Mən ki gözəl deyildim (film, 1968)
  • Molbertlə dünya ölkələrinə səyahət (film, 1965)
  • Od içində (film, 1978)
  • Səmt küləyi (film, 1973)
  • Sən niyə susursan? (film, 1966)
  • Su bulandıranlar (film, 1991)
  • Su ərizəsi (film, 1964)
  • Sürəyya (film, 1987)
  • Tənha narın nağılı (film, 1984)
  • Ulduz (film, 1964)
  • Uzaq sahillərdə (film, 1958)
  • Var olun, qızlar... (film, 1972)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kamil Nəcəfzadə haqqında məlumat. Kamil Nəcəfzadə nədir? Kamil Nəcəfzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Teofil-Aleksandr Steynlen

  • Fevral 27, 2026

    Neftida

  • Fevral 27, 2026

    Nailə Əsgərzadə

  • Fevral 27, 2026

    Köç Dastanı

  • Fevral 24, 2026

    Brazilia

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst