Teymur Heydər oğlu Salahov (20 oktyabr 1880, Bakı – 26 mart 1938) — Azərbaycan SSR-nin siyasi və dövlət xadimi
| Teymur Salahov | |
|---|---|
| Teymur Heydər oğlu Salahov | |
| 1935 – may 1936 | |
| 1931 – 1932 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 20 oktyabr 1880 |
| Doğum yeri | |
| Vəfat tarixi | 26 mart 1938 (57 yaşında) |
| Partiya |
|
| Uşağı | |
Fəaliyyəti
1906-cı ildə məşhur Balaxanı üsyanında iştirak edib. 1919-cu ildə bolşeviklər sırasına daxil olub. O, Ali Partiya Məktəbinin ilk məzunlarındandır.
Bir müddət Daşkəsən rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışıb. Ardınca Laçın rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin edilmiş, 1936-cı ilin sonunda Mircəfər Bağırovun əmri ilə vəzifəsindən azad edilmişdir. 1937-ci ilin yanvarında Bakı Şəhər Partiya Komitəsinin qərarı ilə partiya sıralarından kənarlaşdırılmışdır.
Teymur Salahov 26 mart 1938-ci ildə güllələnərək öldürülüb.
Ailəsi
Ailəli idi. Tahir Salahovun atasıdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Teymur Salahov haqqında məlumat. Teymur Salahov nədir? Teymur Salahov nə deməkdir?