Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Playboi Carti (əsl adı: Cordan Terrell Karter; 13 sentyabr 1996[…], Atlanta) — ABŞ repçisi; müğənni. Repçinin vokal ifası və geyim tərzi özünəməxsusdur. Hip-hop

Playboi Carti

  • Ana Səhifə
  • Vikipediya
  • Playboi Carti

Playboi Carti (əsl adı: Cordan Terrell Karter; 13 sentyabr 1996[…], Atlanta) — ABŞ repçisi; müğənni. Repçinin vokal ifası və geyim tərzi özünəməxsusdur. Hip-hop janrında fəaliyyət göstərir və "reyc" (orij. "rage") istiqamətinin formalaşmasında iştirak edib. İfaçılığında ənənəvi mətn quruluşundan daha çox səs effektlərinə və obraza önəm verir. "Uşaq səsi" (orij. "baby voice") kimi texniki üsullardan istifadə edir.

Playboi Carti
ing. Jordan Terrell Carter
Ümumi məlumatlar
Doğum adı Jordan Terrell Carter
Ləqəbi Playboi Carti
Doğum tarixi 13 sentyabr 1996(1996-09-13)[…] (29 yaş)
Doğum yeri
  • Atlanta
Partnyorları
  • İggi Azaliya (2018–2019)
Musiqiçi məlumatları
Fəaliyyəti repçi, müğənni, mahnı yazarı[d], musiqi prodüseri, model[d]
Fəaliyyət illəri 2011-ci ildən
Janrlar trep, klaud rep[d], rage rap[d], pank rep[d], alternativ hip-hop, plugg music[d], lou-fay
Albom şirkətləri AWGE[d], Interscope Records, Opium
playboicarti.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

C. Karter Atlanta şəhərində anadan olub, təhsilini də orada alıb. 2011-ci ildə "Sir Cartier" təxəllüsü ilə musiqi fəaliyyətinə başlayıb və ilk audio yazılarını "SoundCloud" platformasında yerləşdirib. 2014-cü ildə "Awful Records" şirkəti, 2016-cı ildə isə "Interscope Records" və ASAP Rocky-nin "AWGE" şirkəti ilə müqavilə bağlayıb. İlk miksteypi (2017) "Billboard 200" hit-paradında 12-ci pillədə qərarlaşıb. Həmin albomdan "Magnolia" və Lil Uzi Vert-lə birgə "Wokeuplikethis" kompozisiyaları yayımlanıb. İlk studiya albomu "Die Lit" (2018) "Billboard 200" hit-paradında 3-cü mövqedə yer alıb.

İkinci albomu olan "Whole Lotta Red" (2020) "Billboard 200" hit-paradında birinci yerə yüksəlib. "Rolling Stone" jurnalı bu albomu hip-hop janrında əhəmiyyətli nümunələr sırasına daxil edib. Trevis Skott ("Fein", 2024), Kanye Vest və Ty Dolla Sign ("Carnival", 2024) kimi sənətçilərlə əməkdaşlıqlar qurub. "Carnival" kompozisiyası "Billboard Hot 100"də birinci yerə çıxıb. 2025-ci ildə "Music" adlı üçüncü studiya albomunu təqdim edib. Albom müsbət rəylər alıb və "Billboard 200" hit-paradında növbəti dəfə birinci yerə yüksəlib. Albomdan çıxan "Evil J0rdan" sinqlı "Billboard Hot 100"də ikinci yerdən start götürüb.

İfa karyerasından əlavə, C. Karter 2019-cu ildə "Opium" adlı səsyazma şirkətini və rep qrupunu təsis edib. Ken Carson, Destroy Lonely, "Homixide Gang" və "ASAP Mob" qrupunun üzvü ASAP Nast kimi ifaçılar şirkətlə müqavilə bağlayıb.

Mündəricat

Erkən illəri

Cordan Terrell Karter 1995 və ya 1996-cı il sentyabrın 13-də Corciya ştatının Atlanta şəhərində doğulub. Riverdeyl qəsəbəsində yaşayıb. Ailəsində böyük qardaşı var. Sendi-Sprinqs şəhərindəki Nort-Sprinqs-Çarter məktəbində təhsil alıb. Anası tərəfdən həbəş əsilli olduğunu bildirib.

2016-cı ildə "Complex" nəşrinə verdiyi müsahibədə ali təhsilə və hərbi xidmətə marağı olmadığını, pul qazanmaq yolları axtardığını deyib. İlk vaxtlar peşəkar basketbolçu olmaq istəyib. "The Fader" nəşrinə bildirdiyinə görə, məşqçisi ilə anlaşmazlıq səbəbindən basketbolu buraxıb. Sonra daha çox musiqi ilə məşğul olmağa başlayıb, "H&M"də işləyib və bəzən dərslərdən yayınıb.

İlk musiqi təcrübəsini həmyaşıd qızlarla tanış olmaq üçün getdiyi məktəb xorunda qazanıb. Yeniyetməlik dövründə "Sir Cartier" təxəllüsü ilə rep ifaçılığına başlayıb. Wiz Khalifa, Currensy və "Odd Future"un təsiri ilə mahnılar yazıb. Atlanta şəhərində yerli səviyyəli layihələr və videolar hazırlayıb. İlk videoları Cənubi Atlantanın ticarət mərkəzlərində və dayanacaqlarda dostları ilə birgə çəkilib. Böyük qardaşı ona Gucci Mane və digər atlantalı repçiləri tanıdıb ki, bu da onun ilkin üslubuna təsir göstərib.

C. Karter musiqidən əlavə moda ilə də məşğul olub. Məhəlləsində dar şalvar geyinən və skeytbord sürən ilk şəxslərdən biri olub. Atlantanın "Historic Fourth Ward" skeytparkında rastlaşdığı pank geyim tərzini mənimsəyib. İkinci əl mağazalarından alış-veriş edib, həmyaşıdlarından fərqli geyimlər seçib. Bu səbəbdən bəzən tənqidə məruz qalıb. Məktəbin son illərində dərsləri az ziyarət edib, əsas vaxtını musiqi yazılışı və səsyazma müqaviləsi əldə etməyə sərf edib. Sinif yoldaşları arasında geyim tərzi ilə tanınsa da, məktəbdəki geyim müsabiqələrində iştirak etməyib. 18 yaşında Nyu-Yorka köçüb, qohum və dostlarının yanında qalaraq musiqi fəaliyyətini davam etdirib.

Şəxsi həyatı

C. Karter karyerasının ilk dövrlərində model və repçi Rubi Rouz ilə münasibətdə olub. R. Rouz "Migos" qrupunun "Bad and Boujee" klipində rol aldıqdan sonra məşhurlaşıb. İddialara görə, təyyarəyə minməzdən əvvəl R. Rouzun onun telefonlarını gizlətməsi səbəbindən C. Karter havaya atəş açıb. C. Karter bildirib ki, atəş açarkən R. Rouza xətər yetirmək məqsədi daşımayıb. C. Karterin xəyanəti səbəbindən münasibətləri başa çatıb. O, 2017-ci ildə amerikalı model Blek Çayna ilə qısamüddətli münasibətdə olub.

İggi Azaliya və C. Karterin münasibəti 2018-ci ildə konsert turu zamanı başlayıb. Cütlük Atlantanın Bakhed ərazisində məskunlaşıb. 2019-cu ilin sonunda ayrılıblar. 2020-ci ildə İ. Azaliya C. Karterdən olan oğlu Oniksi (orij. "Onyx") dünyaya gətirib. İ. Azaliya C. Karteri doğuş zamanı iştirak etməməkdə və xəyanətdə günahlandırıb. C. Karter övladının doğum haqqında şəhadətnaməsini imzalamayıb. 2023-cü ildə ikinci övladının - qızı İvin (orij. "Yves") olduğunu bildirib.

2019-cu ilin iyun ayından etibarən C. Karter Los-Ancelesdən Atlantaya köçüb. O, həmin ərazidə yaşayır və çalışır.

Astma xəstəliyindən əziyyət çəkir.

Diskoqrafiya

Studiya albomları

  • Die Lit (2018)
  • Whole Lotta Red (2020)
  • I Am Music (2024)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Playboi Carti haqqında məlumat. Playboi Carti nədir? Playboi Carti nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Museyon

  • Fevral 27, 2026

    Nüzgar

  • Fevral 27, 2026

    Naturalizm

  • Mart 01, 2026

    Qarışıq dil

  • Fevral 24, 2026

    Səhiyyə iqtisadiyyatı

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst