Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mirzəcanzadə Azad Xəlil oğlu (29 sentyabr 1928, Bakı – 17 iyul 2006, Bakı) — Azərbaycanlı alim, mütəfəkkir, texnika elmlər doktoru, akademik.

Azad Mirzəcanzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Azad Mirzəcanzadə

Mirzəcanzadə Azad Xəlil oğlu (29 sentyabr 1928, Bakı – 17 iyul 2006, Bakı) — Azərbaycanlı alim, mütəfəkkir, texnika elmlər doktoru, akademik.

Azad Mirzəcanzadə
Şəxsi məlumatlar
Doğum tarixi 29 sentyabr 1928(1928-09-29)
Doğum yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 17 iyul 2006(2006-07-17) (77 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Təhsili
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Fəaliyyəti riyaziyyatçı, universitet müəllimi[d]
Elmi fəaliyyəti
Elm sahəsi hidroaeromexanika, neft sənayesi[d], qaz sənayesi[d]
Elmi dərəcəsi
  • texnika elmləri doktoru
Elmi adı
  • professor (1959)
Təltifləri "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "İstiqlal" ordeni — 1998 "Qızıl ulduz" ordeni
Azərbaycan SSR Dövlət mükafatı SSRİ Nazirlər Sovetinin mükafatı SSRİ-nin fəxri neftçisi — 1971 Azərbaycan SSR əməkdar elm və texnika xadimi — 1970

Mündəricat

Həyatı

Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1944–1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1959-cu ildə professor adını almış, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir. Azad Xəlil oğlu Mirzəcanzadə 2006-cı il iyulun 17-də, 78 yaşında vəfat etmişdir.

Elmi və pedaqoji fəaliyyətləri

Azad Mirzəcanzadə pedaqoji fəaliyyətə 1944-cü ildə Bakı şəhərində 44 nömrəli orta məktəbdə müəllim kimi başlamışdır. O, 1948–1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda və Neft Ekspedisiyasında baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışmış, 1958–1968-ci illərdə Azərbaycan Neft Sənayesi Nazirliyi nəzdində Elmi Tədqiqat Neftçıxarma İnstitutunda, həmçinin 1966–1969-cu illərdə SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda laboratoriya müdiri olmuş, 1969–1973-cü illərdə SSRİ Elmlər Akademiyası və Neft Sənayesi Nazirliyinin müştərək laboratoriyasının, 1973–1989-cu illərdə keçmiş Ümumittifaq Elmi Tədqiqat Neft İnstitutunun neft-qaz dinamikası laboratoriyasının müdiri, 1992-ci ildən isə Azərbaycan Neft Akademiyası nəzdində Neft-Qaz Geotexnoloji Problemləri və Kimya Elmi Tədqiqat İnstitutunun direktoru vəzifələrində işləmişdir.

Son dərəcə geniş maraq dairəsi olan Azad Mirzəcanzadə elmi yaradıcılığını pedaqoji fəaliyyətlə də məşğul olmuş, yüksək ixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf etmiş, Azərbaycan Respublikasının hazırkı inkişaf mərhələsində ölkə iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak etmişdir.

1951–1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin nəzəri mexanika kafedrasının dosenti, 1957–1959-cu illərdə professoru, 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri işləmişdir. Azad Mirzəcanzadə orta məktəblərdə dəqiq elmlərin tədrisi ilə bağlı bir sıra layihələrin də müəllifi idi.

1992–2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olmuş, 1993–2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik etmişdir.

Xidmətləri

Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan Azad Mirzəcanzadə Azərbaycanda tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə böyük şöhrət qazanmışdır. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlər onun tərəfindən fundamental elmin nəzəri məsələləri səviyyəsində araşdırılmışdır.

Alimin neft və qaz-kondensat yataqlarının mənimsənilməsi və istismarının əsaslarına həsr olunmuş tədqiqatlarında neft sənayesinin qazma, istehsal və neft maşınqayırması kimi sahələrinin aktual problemləri öz həllini tapmışdır. 400-ə yaxın elmi əsərin, 50-dən artıq ixtira və patentin müəllifi olan Azad Mirzəcanzadə özünün elmi fəaliyyətində neft və qaz çıxarılması proseslərinin qlobal optimallaşdırılmasına xüsusi diqqət yetirmişdir. Dəniz neft yataqlarının işlənilməsinin dinamik metodlarının hazırlanması və tətbiq edilməsi tanınmış alimin başlıca elmi nailiyyətləri sırasındadır. Yaradıcılığının son dövründə onun tədqiqatlarının əsas elmi istiqamətlərini neft-qaz yataqlarının sinergetik analizi təşkil edirdi.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Azad Mirzəcanzadə adına təqaüd” təsis edilib.

Elmi nailiyyətləri

  • Maye və qabların süzülməsində başlanğıc təzyiqlər qradiyenti nəzərə alınmaqla qanun təklif edilmişdir. Məsaməli mühitdə qazkondensat sistemlərinin süzülməsi və özlü plastik mayelərin hərəkətini təsvir edən differensial tənlik təklif edilmişdir.
  • Süzülmənin relaksasiya qanunu təklif edilməsi qazkondensat sistemləri və qeyri-Nyuton neft yataqlarının işlənməsinin metodik əsasları işlənilmiş və tətbiq edilmişdir.
  • Mürəkkəb şəraitdə quyuların qazılmasının hidrodinamik əsasları işlənilmişdir.
  • Quyuların qazılması, neft-qaz yataqlarının işlənməsi və neft nəqlinin iş rejimlərinin tənzimlənməsi üçün müxtəlif fiziki sahələr təklif və tətbiq edilmişdir.
  • Neftqazçıxarmanın texnoloji prosesləri üçün sistemli təhlil işlənilmişdir. Dəniz neft yataqlarının işlənilməsinin dinamik metodları yaradılmış və tətbiq edilmişdir.

Mükafatlar

  • Azərbaycan SSR Əməkdar elm və texnika xadimi (1970);
  • SSRİ-nin Fəxri neftçisi (1971);
  • SSRİ EA-nın Qubkin adına mükafatı (1977 və 1982);
  • SSRİ Qaz sənayesinin Fəxri işçisi (1978);
  • Azərbaycan SSR Dövlət mükafatı laureatı (1980);
  • 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni.
  • Azərbaycan Respublikasının "İstiqlal" ordeni

Kitabları

  1. Neftçıxarmada özlü elastik və özlü mayelərin hidrodinamikasının məsələləri. Azneftizdat, 1954.
  2. Fiziki proseslər mexanikası. MDU, 1976.
  3. Özlü elastik mühitlərin qeyri stasionar hərəkəti. MDU 1977.
  4. Dəniz yataqlarının işlənməsi fraqmentləri. "Elm", Bakı, 1977
  5. Neft-qaz layının fizikası. Monoqrafiya. "Nedra", Moskva 1992
  6. "Həkimlik və təbabət haqqında etüdlər". Bakı, "Ozan", 2005, 224 səh., 500 nüsxə. (Qurbanxan Müslümov və Xanbaba Hüseynov ilə ortaqlı)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azad Mirzəcanzadə haqqında məlumat. Azad Mirzəcanzadə nədir? Azad Mirzəcanzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sirri əs-Səqəti

  • Mart 01, 2026

    Trap (musiqi)

  • Mart 01, 2026

    Rəhim Rəisniya

  • Fevral 27, 2026

    Türkmanlar

  • Fevral 25, 2026

    Müşairə

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst