Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Valid Sənani (tam adı: Valid Möhsün oğlu Sənani; d.12.5.1935 İçərişəhər - v. 23.1.2011, Bakı) — televiziya işçisi, ssenarist.

Valid Sənani

  • Ana Səhifə
  • Vikipediya
  • Valid Sənani

Valid Sənani (tam adı: Valid Möhsün oğlu Sənani; d.12.5.1935 İçərişəhər - v. 23.1.2011, Bakı) — televiziya işçisi, ssenarist.

Valid Sənani
Valid Möhsün oğlu Sənani
Doğum tarixi 12 may 1935
Doğum yeri İçərişəhər, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 23 yanvar 2011 (75 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Ofeliya Sənani
Atası Möhsün Sənani
Fəaliyyəti Ssenari müəllifi
Mükafatları "Azərbaycan SSR əməkdar jurnalisti" fəxri adı — 1989

Mündəricat

Həyatı

1935-ci il mayın 12-də İçərişəhərdə, məşhur aktyor Möhsün Sənaninin ailəsində anadan olub. Atası Möhsün Sənani məşhur aktyor olub. 1952-ci ildə 7 nömrəli orta məktəbi qurtarıb və Bakı Dövlət Universitetinin geologiya fakültəsinə daxil olmuş, 1957-ci ildə BDU-nun geoloji-coğrafiya fakültəsini bitirmişdir. 1955-ci ildə Azərbaycan radiosunda diktor işləməyə başlayıb. 23 yanvar 2011-ci ildə vəfat edib.

Ailə həyatı

1961-ci ildə Ofeliya Sənani ilə ailə qurub. 1 oğlu, 1 qızı, 3 nəvəsi, 1 nəticəsi var.

  • Aktyor Möhsün Sənaninin oğludur.
  • Aktrisa Ofeliya Sənaninin həyat yoldaşıdır.

Fəaliyyəti

1958-ci ildən 1967-ci ilədək radionun "Xəbərlər" baş redaksiyasında redaktor, böyük redaktor, baş redaktorun müavini, 1967-1991-ci illərdə baş redaktor, proqram baş redaksiyasının direktoru vəzifələrində işləyib. 1991-ci ilin martında Azərbaycan Jurnalistlər Birliyi sədrinin müavini seçilib. Bu vəzifədə qalmaqla 1998-2001-ci illərdə AzTV-nin "Səhər" redaksiyasında redaktor, 2001-2005-ci illərdə "Lider" televiziyasında dublyaj redaktoru, 2005-ci ilin may ayından ömrünün sonunadək "Space" televiziyasında redaktor işləyib.

Azərbaycan televiziyasının ilk futbol şərhçisidir. Bir sıra radiooçerklərin, radiokompozisiyaların müəllifidir. Bakıda keçirilən mühüm dövlət tədbirlərinin, habelə keçmiş sovet respublikalarında Azərbaycanla bağlı tədbirlərin radio və televiziya ilə canlı yayımlarının aparıcısı olub.

Respublika qəzetlərində müasir radio və televiziyanın aktual problemləri barədə məqalələri dərc edilib. Onun hazırladığı aparıcılar müxtəlif televiziya kanallarında uğurla işləyirlər. Qərb Universitetində jurnalistlərə "Azərbaycanda radio və televiziyanın yaranması və inkişafı tarixi" və "Nitq mədəniyyəti" fənlərindən dərs deyir. Beynəlxalq Jurnalistlər İttifaqları Konfederasiyası Şurasının üzvüdür.

Mükafatları

1989-cu ildə "Əməkdar Jurnalist" fəxri adına layiq görülüb.

Filmoqrafiya

  1. Sual-reportaj (film, 1985)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Valid Sənani haqqında məlumat. Valid Sənani nədir? Valid Sənani nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tofiq Quliyev

  • Fevral 27, 2026

    İmdadiyyə dərnəyi

  • Fevral 25, 2026

    Şvabiya

  • Mart 01, 2026

    Arrietty

  • Fevral 19, 2026

    Subantarktika qurşağı

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst