Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İlham Zakir oğlu Qasımov (20 avqust 1977, Bakı) — televiziya aparıcısı, aktyor, rejissor, ssenari müəllifi, Oğlan evi və Oğlan evi 2 filmlərinin ssenari həmmüəl

İlham Qasımov

  • Ana Səhifə
  • Vikipediya
  • İlham Qasımov

İlham Zakir oğlu Qasımov (20 avqust 1977, Bakı) — televiziya aparıcısı, aktyor, rejissor, ssenari müəllifi, Oğlan evi və Oğlan evi 2 filmlərinin ssenari həmmüəllifi, "Bomba Awards" mükafatını almış rejissor, Kintamani Filmin yaradıcısı, rəhbəri, Yuxu filmində "Əliabbas" obrazı ilə ekranlarda məşhurlaşan aktyor, Planet Parni İz Baku KVN teatrı və komandasının əvvəlki üzvü, Heydər Əliyev Sarayının direktoru (2023-cü ildən).

İlham Qasımov
Doğum tarixi 20 avqust 1977(1977-08-20) (48 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Həyat yoldaşı Ayla Qasımova
Atası Zakir Qasımov
Fəaliyyəti aktyor, kino aktyoru, kinorejissor, film ssenaristi[d], film prodüseri
IMDb ID2957257

Mündəricat

Həyat və fəaliyyəti

İlham Qasımov 20 avqust 1977-ci ildə Bakı şəhərində dünyaya gəlib. 261 saylı məktəbdə oxuyub. Məktəbdə oxuyarkən İlham müxtəlif səhnəciklər hazırlayıb və çıxış edirmiş. Məktəbi bitirəndən sonra İlham Azərbaycan Texniki Universitetinə daxil olub. Universitet illərində də sənətə maraq göstərən İlham "Azərbaycan Dövlət İqtisad Universiteti"nin KVN komandasında (Biz biznesdənik) çıxış edib və komandayla 1994 və 1995-ci ildə Azərbaycan çempionu olub. Yaradıcılığına "Bakılı oğlanlar" ŞHK komandasında əvvəlcə aktyor, sonralar isə ssenari müəllifi və rejissor qismində davam edib. Gənc yaşında 1994-cü ilin mayında "Yuxu" filmində Əliabbas rolunda çəkilib. İlhamə Quliyevanın "İncitmə qəlbimi" klipində rejissorluq edib. Aparıcı qismində isə ABA TV-də "Məhəbbət Üçbucağı", "Music ball", "Nərdivan" verilişlərində çıxış edib. Daha sonra Space telekanalında "Piramida", "Zəfər Zəngi" və "Auksion" verilişlərini aparıb. 2001–2006-cı illərdə "Planet Parni iz Baku" KVN teatrının üzvü olub. "Məhəllə 1" və "Məhəllə 2" filmlərində Ruslan (Rusik) obrazını canlandırıb. Bir çox baxımlı verilişlərin müəllifi və rejissoru olub. Hazırda İlham Qasımov reklam çəkilişləri və kommersiya filmləri istehsalı ilə məşğul olan şirkətin rəhbəridir. Özü isə son zamanlar ssenarist, rejissor və prodüser kimi fəaliyyət göstərir. 2015-ci ildə Tural Sevdimalı və DJ Fateh-lə birgə rejissorluğunu elədiyi Oğlan evi kinokomediyası ekranlara çıxıb. 2016-cı ildə isə filmin 2-ci hissəsi [[Oğlan evi 2] təqdim olundu. 2017-ci ildə İranla Azərbaycanın müştərək istehsalı olan qurluşçu rejissor Babək Şirinsefat baş prodüser isə İlham Qasımov olan "Tayson" kinokomediyası ekranlara çıxdı.

02 may 2025-ci il tarixində İlham Qasımov Azərbaycan Respublikasının Kino Agentliyinin Müşahidə Şuraya üzv təyin edilib

Ailəsi

İlham Qasımov 2014-cü ilin martında Ayla xanımla ailə həyatı qurmuşdur.

Filmoqrafiya

  1. Yuxu (film, 2001)
  2. Məhəllə (film, 2003)
  3. Məhəllə 2 Moskvada (film, 2004)
  4. Xəyallar gündəliyi (film, 2008)
  5. Oğlan evi
  6. Oğlan evi 2
  7. Tayson (film, 2017)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İlham Qasımov haqqında məlumat. İlham Qasımov nədir? İlham Qasımov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Təkbir

  • Fevral 24, 2026

    Səs

  • Fevral 27, 2026

    Braziliya realı

  • Fevral 27, 2026

    Çormoqun

  • Fevral 27, 2026

    Keşlə FK

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst