Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Beşiktaş (türk. Beşiktaş) — İstanbul ilinin ilçəsi. Adını İstanbulun ən qədim səmtlərindən bir olan Beşiktaş səmtindən alır. 8,4 km uzunluğunda sahili olduğu Bo

Beşiktaş

  • Ana Səhifə
  • Vikipediya
  • Beşiktaş

Beşiktaş (türk. Beşiktaş) — İstanbul ilinin ilçəsi. Adını İstanbulun ən qədim səmtlərindən bir olan Beşiktaş səmtindən alır. 8,4 km uzunluğunda sahili olduğu Bosfor boğazının Rumeli tərəfində olan rayon qərbdən Şişli və Kağıtxana, cənub-qərbdə Bəyoğlu, şimalda Sarıyer ilçələri ilə həmsərhəddir. Ərazisi 11 km², əhalisi isə 2014 ADNKS məlumatlarına görə 188.793 nəfərdir.

Beşiktaş
Beşiktaş
41°04′31″ şm. e. 29°01′39″ ş. u.HGYO
Ölkə
  •  Türkiyə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1 sentyabr 1930
Sahəsi
  • 18,04 km²
  • 18 km² (2014)
Mərkəzin hündürlüyü 21 m
Saat qurşağı
  • UTC+03:00
Əhalisi
Rəsmi dili
  • türk dili
Digər
besiktas.bel.tr
Xəritəni göstər/gizlə
Beşiktaş xəritədə
Beşiktaş
Beşiktaş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Etimologiya

Beşiktaş tarix boyu bir çox adla anılmışdır. Bunun əsas səbəbi Osmanlı dövrünə qədər daimi yaşayış yeri xarakteri qazana bilməməsidir. Bu səbəbdən zaman içində müxtəlif hadisələrə, buradakı əhəmiyyətli tikililərə və ya abidələrə görə adlar almışdır.

Müxtəlif tarixçilərin və Beşiktaşın sakinləri arasında geniş yayılan və yazılı mənbələrlə də dəstəklənən bir tezisə görə Beşiktaş adının əsli Beştaş sözündən gəlir; Xeyrəddin Barbarossa Paşanın gəmilərini bağlamaq üçün tikdirdiyi beş daş dirək ilə əlaqəlidir.

Beşiktaşın adına münasibətin ən ciddi monitorinqi aparan akademik tarixçi Mehmet Cavid Dursun isə qədim mənbələrdə bu adın "Beşiktaşı" formasında keçdiyinə diqqəti çəkərək "Topqapısı"-nın "Topqapı"-ya çevrilməsi kimi "Beşiktaşı"-nın da xalq ağzında "Beşiktaş"-a çevrildiyini bildirmişdir.

Beşiktaşın, Osmanlı öncəsi dövrdə, Kune Petro (daş beşik), İasonion, Sergion, ya da Dafna (Dəfnə) adlandırıldığı iddia edilir. Bundan başqa, Beşiktaşın digər bir qədim adının qoşa sütun mənasında Diplokionion ola biləcəyi də irəli sürülməklə yanaşı müasir tarixçilərə görə bu adı yaraşdırmaq düzgün olmazdı.

Mərkəzi və bazarın yerləşdiyi bölgə, bəzi Beşiktaşlılarca bu gün də Köyiçi adı ilə anılır.

Tarixçə

Beşiktaş bir yaşayış yeri kimliyini Osmanlı dövründə qazanıb. Bizans dövrü ərzində Boğaziçi xüsusilə Qara Dənizdən gələn Gürcü talançıların basqınlarına məruz qalmış, bunların yaratdığı təxribat və saldıqları qorxu burada məskunlaşmanın inkişafını ləngitmişdir. Beşiktaşın Osmanlı dövründə bir yaşayış yeri vəsiqəsini qazanması Qara Dənizin geniş ölçüdə Osmanlı Dövlətinin nəzarəti altına alması sayəsində baş tutmuşdur.

Beşiktaş, Kaptan-ı dəryası Xeyrəddin Barbarossa Paşa dövründə məhz dənizçilik baxımından böyük əhəmiyyət qazandı. Beşiktaşın yerləşdiyi region o vaxtlar liman kimi istifadə edilməyə uyğun bir kənd idi. Barbarossa Xeyrəddin, Osmanlı donanmasının gəmilərini dəmirləmək üçün istifadə edirdi. Həmçinin burada özünə bir yalı tikdirərək İstanbulda olduğu zamanlar Beşiktaşda yaşamışdır. Eyni bölgədə öz adına bir məscid, bir mədrəsə, bir də uşaq məktəbi inşa etdirdi. 1546-ci ildə vəfat etdiyi zaman Barbarossa Beşiktaşda dəfn olunub.

Beşiktaşın əhalisi 1935-1985 illəri arasında, 50 il içərisində yavaş amma ardıcıl artım göstərmişdir. 1980-ci illərdən etibarən 180 min-200 min arasında uzun müddət qalmışdır. Bunun səbəbi rayondakı mənzil sahələrinin böyük ölçüdə ilçənin sərhəd nöqtəsinə çatması idi.

Beşiktaş Rayonunun əsasını təşkil edən Beşiktaş, Ulduz, Ortaköy, Quruçeşmə, Arnavutköy, Bebek kimi tarixi səmtləri və başqa yaşayış yerləri 1950-ci illərdən etibarən ortaya çıxmışdır. 1950-ci ildə tarixi Levent Fermasının ərazisi üzərində bağçalı evlər sistemində açılan toplu iqamətgah tətbiq etməsilə Levent məhəlləsinin əsası qoyulmuş, daha sonra Etiler, Konaklar, Akatlar, Nisbetiye, Ləvazım və Kültür məhəllələri yaradılmışdır. 1980-ci illərdən etibarən Boğaziçi sahili boyu uzanan yamaclardakı qoruqların abadlığa açılması, Beşiktaşın təbii yaşıl örtüyünün xeyli təxribata məruz qalmasına səbəb olmuşdur.

Coğrafiyası

Beşiktaş Rayonunun yer üzü formaları ikili xüsusiyyət daşıyır. Birinci xüsusiyyəti, İstanbul Boğazının biçimlədiyi sahil təbəqəsi, ikincisi art bölgələrdir. Sahil hissəsi dənizə paralel uzanan yamaclar formasındadır. Bu yüksətlilər yer-yer vadilərlə bölünmüş və hər dərə bazasında da bir dərənin yatağı yaranmışdır. Art bölgələr isə qərbdə Bəyoğlu yaylası xarakterli, az əyri-üyrü düzənliklər ilə şimalda və şərqdə vadilərin biçimlədiyi kiçik düzənliklərdən ibarətdir.

Qardaşlaşmış şəhərlər

  • ABŞ Bruklin, Nyu-York, ABŞ
  • Almaniya Erlangen, Almaniya
  • Şimali Kipr Türk Respublikası Gözəlyurd, ŞKTR
  • Albaniya Şkoder, Albaniya
  • Böyük Britaniya Luisham, London, Böyük Britaniya
  • Cənubi Koreya Songpa, Seul, Cənubi Koreya
  • Slovakiya Trençin, Slovakiya
  • Yunanıstan Xanti, Yunanıstan

Şəkilləri

  • Beşiktaş Meydanı
    Beşiktaş Meydanı
  • Akaretler sıra evləri
    Akaretler sıra evləri
  • Sinan Paşa məscidi
    Sinan Paşa məscidi
  • İstanbul Dəniz Muzeyi
    İstanbul Dəniz Muzeyi
  • Ulduz Parkı
    Ulduz Parkı
  • Ihlamur Kasrı
    Ihlamur Kasrı
  • Ulduz Hamidiyə məscidi
    Ulduz Hamidiyə məscidi
  • Esma Sultan Yalısı
    Esma Sultan Yalısı
  • Xıdiva Sarayı
    Xıdiva Sarayı
  • Beşiktaş İskelesi
    Beşiktaş İskelesi
  • Ortaköy Hamamı
    Ortaköy Hamamı
  • Beşiktaş Bələdiyyəsi
    Beşiktaş Bələdiyyəsi
  • Ulduz Fabrikası
    Ulduz Fabrikası
  • Dolmabağça Saat Qülləsi
    Dolmabağça Saat Qülləsi

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Beşiktaş haqqında məlumat. Beşiktaş nədir? Beşiktaş nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    İsfahan

  • Fevral 24, 2026

    Qvineya

  • Fevral 23, 2026

    Qoryo

  • Fevral 17, 2026

    Albaniya

  • Fevral 25, 2026

    II Tiqran

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst