Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qlisin — (H2NCH2COOH) (qlisin, qlikokol, yaxud aminoetan turşusu) aminturşularının ilk nümayəndəsidir.

Aminosirkə turşusu

  • Ana Səhifə
  • Vikipediya
  • Aminosirkə turşusu

Qlisin — (H2NCH2COOH) (qlisin, qlikokol, yaxud aminoetan turşusu) aminturşularının ilk nümayəndəsidir.

Qlisin
Kimyəvi quruluşun şəkli
Molekulyar modelin şəkli
Ümumi
Sistematik adı Aminosirkə
Kimyəvi formulu H2NCH2COOH
Fiziki xassələri
Molyar kütlə 78,11 q/mol
Sıxlıq 1,607 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 232 °C °C
Qaynama nöqtəsi 236 °C °C
Kimyəvi xassələri
Turşunun dissosasiya sabiti p K a {\displaystyle pK_{a}} {\displaystyle pK_{a}} 2,35
Təsnifatı
CAS-da qeyd. nöm. 56-40-6
PubChem 750, 5257127
EINECS-də qeyd. nöm. 200-272-2
SMILES
 
  • C(C(=O)O)N
InChI
 
  • InChI=1S/C2H5NO2/c3-1-2(4)5/h1,3H2,(H,4,5)
    DHMQDGOQFOQNFH-UHFFFAOYSA-N
E nömrəsi E640
ChEBI 15428, 57305
ChemSpider 730
Məlumatlar normal şərait (25 °C, 100 kPa) üçün verilmişdir.

Mündəricat

Alınması

O 1820-ci ildə Brakonno tərəfindən zülal kleyinin hidrolizindən alınıb, hansı ki, 25% qlisin tərkiblidir və özünün şirin, dadlı olmasına görə qlikakol adlandırılıb (yunanca qlikos-şirin, kolla-kleydir). Qlisin heyvanların ən ibtidai tiplərinin əzələlərində rast gəlir.

Çoxlu sayda (36% ilkin xammalının kütləsindən) ipəyin zülal maddəsinin hidrolizi zamanı əmələ gəlir, kleyin hidrolizindən, su və sulfat turşusu ilə qaynaması zamanı, həmçinin gippur turşusunun hidrolizindən, hazırda isə qlisin sintetik yolla karbon turşularının xlorlaşdırılmasından, sonradan xlorsirkə turşusunun ammonyakla qarşılıqlı təsirindən alınır.

15 yanvar 2016-cı ildə yeddi illik səyahətdən sonra kosmik gəmi geriyə qayıdarkən ulduz tozundan olan nümunə kapsulasını yerə atır. Bu nümunələrdə qlisinin izləri tapılmışdır. Maddə yer şəraitində əmələ gəlmədiyindən onda yerdəki qlisinə nisbətən daha çox C13 izotopu aşkar olunmuşdur.

2016-cı ilin mayında alimlər qlisinin 67P/ Чурюмова-Герасименко kametin ətrafındakı bulud qazında olmasını elan edilib. Belə ki, aminosirkə turşusunda amino qrupu karboksilinin qonşuluğundakı karbon atomunda yerləşdiyinə görə, bu turşu amino turşulara aiddir.

Fiziki xassələri

Aminosirkə turşusu bütün başqa aminoturşulardan fərqli olaraq optiki aktivliyə malik deyildir. Aminosirkə (aminoetan) turşusu xalq arasında qlisin kimi məlum olan ağ və ya açıq-boz rəngli toz halında kristallik, iyi az, sadə alifatik amino turşulara aiddir. Maddə isti suda yaxşı, efirdə, spirtdə və başqa üzvü həlledicilərdə pis həll olur. Aminosirkə turşusu şirin, rəngsiz, kristal halında kristallaşır, 2280C-də tunc rəngini alır, 2320C-də əriyir.

Kimyəvi xassələri

Burada təqdim olunan aminosirkə turşusu (qlisin) ən sadə amino turşudur. Belə birləşmə həm turşu, həm də əsasi xassələrə malik olduğu üçün amfoter birləşmə adlanır.

Qlisin turşu kimi metal ionları ilə mürəkkəb duzlar əmələ gətirir (qlisenatlar, yaxud xelatlar), natrium qlisinat, dəmir qlisinatı, mis qlisinatı, marqans və s.

Tətbiq sahələri

Qlisin bir çox zülalların və bioloji aktiv birləşmələrin tərkibinə daxildir. Qlisindən diri hüceyrələrdə porfirinləri və purinli əsasları sintez edirlər.

Qlisin həmçinin ikili təsirə malik olan neyromediator aminoturşudur. Qlisin resseptorları baş və bel iliyinin çox hissəsində olur Antioksidləşdirici, antitoksik, antidepressiv xassələrinə görə aminosirkə turşusundan bir çox dərmanların tərkibində istifadə olunur;

  1. yuxunun normallaşması və yatmanın yüngülləşməsi;
  2. əhvalının yaxşılaşması;
  3. əqli fəaliyyətin yüksəlməsi;
  4. sakitləşməyə təsir etməsi;
  5. psixoloji-emosional gərginliyin azalması;
  6. yaddaşın və diqqətin yaxşılaşması;
  7. saçın bərpa olunması və işıldaması;
  8. şirniyyata olan istəyin azalması
  9. dərinin vaxtsız qocalmasının qarşısını alır və s.

Serobrolizin çoxlu miqdarda qlisin tərkiblidir. Özünün xeyirli xassələrinə görə idman yeməklərinə daxildir. Aminosirkə turşusu müxtəlif kübrələr, boyalar, sulfat turşusunun və s. alınmasında istifadə olunur. Raket yanacaqlarında oksidləşdirici kimi istifadə edilir. Fotoqrafiya işlərində baha olmayan aydınlaşdırıcı kimi istifadə olunur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aminosirkə turşusu haqqında məlumat. Aminosirkə turşusu nədir? Aminosirkə turşusu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Makintoş

  • Fevral 27, 2026

    Kassel

  • Fevral 24, 2026

    Magister equitum

  • Fevral 28, 2026

    Eulipotyphla

  • Fevral 27, 2026

    ABŞ kinemotoqrafiyası

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst