Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Seymur Vasif oğlu Talıbov (18 yanvar 1988, Naxçıvan) — Azərbaycan (Naxçıvan MR) siyasətçisi və sahibkar; Naxçıvan Muxtar Respublikası Ali Məclisinin V və VI çağ

Seymur Talıbov

  • Ana Səhifə
  • Vikipediya
  • Seymur Talıbov

Seymur Vasif oğlu Talıbov (18 yanvar 1988, Naxçıvan) — Azərbaycan (Naxçıvan MR) siyasətçisi və sahibkar; Naxçıvan Muxtar Respublikası Ali Məclisinin V və VI çağırış deputatı. O, Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğludur.

Seymur Talıbov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin V və VI çağırışlarının deputatı
Vəzifədədir
2015-ci ildən
    Seçki dairəsi2015 — 25 saylı Naxçıvan şəhər
    2020 — 25 saylı Naxçıvan şəhər
    ƏvvəlkiÜlviyyə Həmzəyeva
    Şəxsi məlumatlar
    Doğum tarixi 18 yanvar 1988(1988-01-18) (38 yaş)
    Doğum yeri
    • Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
    Partiya
    • Yeni Azərbaycan Partiyası
    Təhsili
    • Bakı Dövlət Universiteti (2003–2007),
    • London Şəhər Universiteti (2009–2010)
    Fəaliyyəti siyasətçi
    Atası Vasif Talıbov

    O, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti olub.

    Mündəricat

    Həyatı

    Seymur Vasif oğlu Talıbov 18 yanvar 1988-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 2003-cü ildə 15 yaşında Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasına qəbul olmuş, 2007-ci ildə həmin ixtisasın bakalavr pilləsini, 2007–2010-cu illərdə isə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq magistratura pilləsini bitirmişdir. 2009–2010-cu illərdə magistratura təhsilini London City Universitetində Beynəlxalq siyasət üzrə davam etdirmişdir. O, 2013-cü ildə isə Böyük Britaniyanın Oksford Universitetində Said Biznes Məktəbinin Executive Eduation Liderlik və İdarəçilik proqramından məzunu olub.

    2011-ci ilin yanvar ayından Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasında müəllim, 2013-cü ildən isə baş müəllim vəzifəsində çalışır. 2012-ci ildə NDU-da beynəlxalq hüquq ixtisası üzrə qiyabi doktorantura təhsili alıb.

    2014-cü ildə "Regional enerji təhlükəsizliyinin beynəlxalq hüququi problemləri" mövzusunda dissertasiya müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.

    2016-cı ildən 2023-cü ilə qədər Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru olub. 14 iyun 2017-ci ildən isə universitetin "Beynəlxalq münasibətlər" kafedrasının dosentidir.

    Ailəsi

    O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun kiçik oğlu, məmur Rza Talıbovun isə qardaşıdır.

    O, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Fazil Ələkbərovun qızı ilə 2015-ci ildə nişanlanmış, 15 sentyabr 2017-ci ildə isə evlənmişdir.

    İctimai-siyasi fəaliyyəti

    O, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyası Şurasının üzvüdür.

    2024-cü ilə qədər Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri, 2025-ci ilə qədər isə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti olub.

    O, Naxçıvan Ali Məclisinin V və VI çağırışlarının deputatıdır. O, 2020-ci ildə 25 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə seçicilərin 3942-nin və ya 91,1 faiz səsini toplayaraq deputat seçilmişdir.

    O, hal-hazırda Naxçıvan Ali Məclisinin İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Seymur Talıbov haqqında məlumat. Seymur Talıbov nədir? Seymur Talıbov nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 28, 2026

      Yeni Culfa

    • Fevral 27, 2026

      Qavqamel döyüşü

    • Fevral 27, 2026

      Santos FK

    • Mart 02, 2026

      Toyohaşi

    • Fevral 27, 2026

      Nyasa

    Trend Mahnılar
    • Fevral 21, 2026

      Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    • Fevral 17, 2026

      Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

    • Fevral 25, 2026

      Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst