Mütəxəssislər Şurası (fars. مجلس خبرگان رهبری; Rom: Məclis-i Xubrigan-i Rəhbəri) — İranın Ali Rəhbərini seçən, onun fəaliyyətinə nəzarət edən və onu vəzifəsindən azad edə bilən yeganə konstitusiya orqanı.
| Mütəxəssislər Məclisi | |
|---|---|
| fars. مجلس خبرگان رهبری | |
| |
| Ümumi məlumatlar | |
| Qısaltma adı | Məclis-i Xubrigan-i Rəhbəri |
| Təsis tarixi | 1982 |
| İdarə heyəti | |
| Mütəxəssislər Şurasının sədri | Əli Müvəhhidi-Kirmani 21 may 2024 tarixindən |
| Mütəxəssislər Şurasının sədrinin birinci müavini | Haşim Hüseyn Buşəhri 21 may 2024 tarixindən |
| Mütəxəssislər Şurasının sədrinin ikinci müavini | Əlirza Ərafi 21 may 2024 tarixindən |
| Quruluşu | |
| Üzvlərin sayı | 88 (8 illik) |
|
| |
| Seçkilər | |
| Sonuncu seçkilər | 1 mart 2024 |
| Məclis binası | |
Mütəxəssislər Şurasının binası | |
| Sayt | |
| khobregan.ir majlesekhobregan.ir | |
Mütəxəssislər Şurası səkkiz ildən bir birbaşa xalq tərəfindən seçilən səksən səkkiz ruhanidən ibarətdir. Mütəxəssislər Şurasına seçiləcək namizədlərin lazımi keyfiyyətlərə malik olub-olmaması üzvlərinin yarısının İranın Ali Rəhbəri tərəfindən təyin olunduğu Konstitusiyanın Müdafiəsi Şurası tərəfindən yoxlanılır və təsdiq edilir. Məhz buna görə də, şura bu günə qədər Ali Dini Rəhbərin fəaliyyətinə heç bir vaxt nəzarət həyata keçirməmişdir. Mütəxəssislər Şurasının hal-hazırkı sədri 21 may 2024-cü ildən Əli Müvəhhidi-Kirmanidir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mütəxəssislər Məclisi haqqında məlumat. Mütəxəssislər Məclisi nədir? Mütəxəssislər Məclisi nə deməkdir?


