Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rafiq Hüseyn oğlu Əlizadə (19 fevral 1949, Bakı, Azərbaycan SSR, SSRİ – 7 yanvar 2021, Moskva, Rusiya) — sovet və Azərbaycan futbolçusu və məşqçisi, SSRİ idman

Rafiq Əlizadə

  • Ana Səhifə
  • Vikipediya
  • Rafiq Əlizadə

Rafiq Hüseyn oğlu Əlizadə (19 fevral 1949, Bakı, Azərbaycan SSR, SSRİ – 7 yanvar 2021, Moskva, Rusiya) — sovet və Azərbaycan futbolçusu və məşqçisi, SSRİ idman ustası, Rusiya əməkdar məşqçisi. Hücumçu mövqeyində çıxış edib.

Rafiq Əlizadə
Ümumi məlumatlar
Doğum tarixi 19 fevral 1949
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 7 yanvar 2021 (71 yaşında)
Vəfat yeri Moskva, Rusiya
Vətəndaşlığı SSRİ SSRİ →
Rusiya Rusiya
Boyu 162
Çəkisi 60 kq
Mövqeyi hücumçu
Klub haqqında məlumat
Klub klubsuz
Karyerası
Klub karyerası
1966 SSRİ Lokomotiv ? (?)
1966—1972 SSRİ Neftçi 68 (2)
1973—1974 SSRİ Tiraspol ŞK ? (?)
1975 SSRİ Çernomorets 17 (1)
1976—1982 SSRİ Neftçi 109 (5)
1989 SSRİ Termist GOHM 8 (1)
Məşqçisi olduğu klublar
1988—1989 SSRİ Termist GOHM
Təltif və medalları

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Mündəricat

Həyatı

Futbol

Rafiq Əlizadə "Neftçi" komandasının Olimpiya Ehtiyatları Respublika Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. Karyerasını 1966-cı ildə Bakının "Lokomotiv" komandasında başlayıb. Elə həmin il Bakının digər təmsilçisi "Neftçi"yə keçib. "Neftçi"nin heyətində ilk görüşünü SSRİ Kubokunun 1/16 final mərhələsi çərçivəsində Çelyabinskin "Lokomotiv" komandasına qarşı keçirib. Əlizadə 1968—1973 və 1976—1982-ci illərdə formasını geyindiyi "Neftçi" komandasının heyətində ümumilikdə çempionat və Kubok oyunlarında 209 oyun keçirib, 13 qol vurub. 1973-cü ildə hərbi xidmətdə olan zaman "Tiraspol şəhərinin komandası"nın heyətində çıxış edib.

1975-ci ildə baş məşqçisi azərbaycanlı Əhməd Ələsgərov olan Odessanın "Çernomorets" komandasına keçib. Bu komandanın heyətində SSRİ yüksək liqasında 17 oyun keçirib, 1 qol vurub. Bundan əlavə o, 17 sentyabr 1975-ci ildə UEFA Kuboku çərçivəsində İtaliyanın "Latsio" komandasına qarşı keçirilmiş və Odessa təmsilçisinin 1-0 hesablı qələbəsi ilə başa çatmış oyunda 69 dəqiqə meydanda olub. Bununla da Əlizadə, UEFA Kubokunda çıxış edən ilk azərbaycanlı kimi tarixə düşüb.

1989-cu ildə — yeddi illik fasilədən sonra futbolçu karyerasını bərpa edib və "Termist GOHM"un heyətində SSRİ ikinci liqasında 8 oyun keçirib, 1 qol vurub.

Futzal

1991-ci ildə futzal üzrə SSRİ çempionatında Bakının "Neftçi" komandasının heyətində 4 oyun keçirib, 8 qol vurub. O, həmçinin futzal üzrə SSRİ yığmasının heyətində 2 görüş keçirib.

1999-cu ildə tarixində ilk və hələ ki, sonuncu dəfə Avropa çempionluğunu qazanan futzal üzrə Rusiya yığmasının köməkçi məşqçisi olub.

1992-2008-ci illər aralığında Rusiyanın "Dina" futzal klubunun idman direktoru, 2010-2017-ci illər aralığında isə maddi-texniki təminat üzrə vitse-prezidenti olub.

2019-cu ildə Rusiya mini-futbol Assosiasiyası tərəfindən "İşinə sədaqətə görə" medalı ilə təltif edilib.

Şəxsi həyatı

Rafiq Əlizadə 1991-ci ildən Rusiyanın paytaxtı Moskva şəhərində yaşayır. İki övladı və 4 nəvəsi var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rafiq Əlizadə haqqında məlumat. Rafiq Əlizadə nədir? Rafiq Əlizadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Forbes (jurnal)

  • Fevral 27, 2026

    Dağlılar Respublikası

  • Mart 01, 2026

    Əlaqəli siyahı

  • Fevral 27, 2026

    Çhattisqarh

  • Fevral 25, 2026

    III Fridrix

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst