Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vasif Zülfüqar oğlu Adıgözəlov (28 iyul 1935, Bakı – 2006[…] və ya 15 sentyabr 2006, Bakı) — Azərbaycan bəstəkarı, pedaqoq, musiqi xadimi, professor, Azərbaycan

Vasif Adıgözəlov

  • Ana Səhifə
  • Vikipediya
  • Vasif Adıgözəlov

Vasif Zülfüqar oğlu Adıgözəlov (28 iyul 1935, Bakı – 2006[…] və ya 15 sentyabr 2006, Bakı) — Azərbaycan bəstəkarı, pedaqoq, musiqi xadimi, professor, Azərbaycan SSR xalq artisti (1989), "Şöhrət" və "İstiqlal" ordenləri laureatı.

Vasif Adıgözəlov
Vasif Zülfüqar oğlu Adıgözəlov
Ümumi məlumatlar
Doğum tarixi 28 iyul 1935
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 15 sentyabr 2006 (71 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Uşağı
  • Yalçın Adıgözəlov
Atası Zülfü Adıgözəlov
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, müəllim
Janr opera
Musiqi aləti piano
Təhsili
  • Bakı Musiqi Akademiyası
Mükafatları
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19891989 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1973 Azərbaycan SSR Dövlət mükafatı — 19901990
  • "İstiqlal" ordeni — 20052005 "Şöhrət" ordeni — 19951995

Mündəricat

Həyatı

Vasif Zülfüqar oğlu Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Bəstəkarlıq üzrə Qara Qarayevin , fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirir. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirir.

  • Muğam xanəndəsi Zülfü Adıgözəlovun oğludur.
  • Müğənni Rauf Adıgözəlovun qardaşıdır.
  • Dirijor Yalçın Adıgözəlovun atasıdır.

Əmək fəaliyyəti

Əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlamışdır. Sonralar Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının baş musiqi redaktoru, A. Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru və s. vəzifələrdə çalışmışdır. 1972-ci ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında əsas işçi kimi müəllimlik edirdi. 1990-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilmişdir.

1989-cu ildən professor adını almışdır. Bakı Musiqi Akademiyasında "xor dirijorluğu" kafedrasına rəhbərlik etmişdir.

Təltif və mükafatları

  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 noyabr 1973
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 21 mart 1989
  • 1990-cı il üzrə Azərbaycan SSR Dövlət mükafatı — 1991
  • "Şöhrət" ordeni — 3 noyabr 1995
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002
  • "İstiqlal" ordeni — 27 iyul 2005

Əsərləri

  • 2 opera: "Ölülər (opera)", "Natəvan (opera)"
  • 5 musiqili komediya: "Hacı Qara (operetta)" (həmmüəllifi R. Mustafayev), "Nənəmin şahlıq quşu", "Boşanaq - evlənərik", "Lənət şeytana"
  • 4 oratoriya: "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı"
  • 3 kantata: "Novruzum", "Təntənəli"
  • 4 simfoniya
  • 6 instrumental konsert
  • kamera-instrumental musiqinin, kino-teatr musiqisinin, romans və mahnıların müəllifidir.

Xatirəsi

2020-ci ilin fevralında bəstəkarın yaşadığı mənzilin qarşısında barelyefi açılmışdır. Əsərin müəllifi heykəltaraş Aslan Rüstəmovdur.

Filmoqrafiya

  1. Aktrisanın təbəssümü (film, 1974)
  2. Balaca çoban (film, 1985)
  3. Bir tale naxışı. Vasif Adıgözəlov (film, 2012)
  4. Cazibə Qüvvəsi (1964)
  5. Həyat bizi sınayır (film, 1972)
  6. Keyfiyyət nişanı (film, 1974)
  7. Kədərimiz... Vüqarımız...
  8. Kişi sözü (film, 1987)
  9. Qaraca qız (film, 1966)(film, kinoalmanax)
  10. Qəribə əhvalat (film, 1960)
  11. Lahıc (film, 2004)
  12. Maestro (film, 2002)
  13. Mahnı qanadlarında (film, 1972)
  14. Məhəbbət oratoriyası (film, 2003)
  15. Mətbuat fədaisi (film, 2007)
  16. Nəriman Əliyev (film, 2005)
  17. Skripkanın sərgüzəşti (film, 1972)
  18. Sovet Azərbaycanı (film, 1972)
  19. Sovet Azərbaycanı (film, 1977)
  20. Şərikli çörək (film, 1969)
  21. Zülfü ocağı (film, 2002)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vasif Adıgözəlov haqqında məlumat. Vasif Adıgözəlov nədir? Vasif Adıgözəlov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Aminturşular

  • Fevral 24, 2026

    Yardımlı rayonu

  • Fevral 25, 2026

    Monocots

  • Fevral 25, 2026

    Tuvalu

  • Fevral 24, 2026

    Dairə

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst