Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dayanıqlı enerji — "gələcək nəsillərin öz ehtiyaclarını ödəmək qabiliyyətindən ödün vermədən bu günün ehtiyaclarını qarşılayacaq" şəkildə istehsal olunan və ist

Dayanıqlı enerji

  • Ana Səhifə
  • Vikipediya
  • Dayanıqlı enerji

Dayanıqlı enerji — "gələcək nəsillərin öz ehtiyaclarını ödəmək qabiliyyətindən ödün vermədən bu günün ehtiyaclarını qarşılayacaq" şəkildə istehsal olunan və istifadə olunan enerji. Bu, onun ətraf mühitə olan təsirləri nəzərə alındıqda (baxmayaraq ki, dayanıqlı enerji konsepsiyası iqtisadi və sosial təsirləri də əhatə edir) yaşıl enerji və təmiz enerji konsepsiyaları yaxın olduğunu göstərir.

Bərpa olunan enerjilərdən istifadə son dövrlərdə sürətlə artsa da, kömür, neft və təbii qaz hələ də enerji istehsalının ilkin mənbələri olaraq qalmaqdadır.

Dünyanın elektrik, istilik, soyutma və transport gücünü dayanıqlı enerji vasitəsi ilə əldə etmək 21-ci əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük çətinliklərdən biri olaraq qəbul edilir. Enerji istehsalı və istehlakı insanın səbəb olduğu və qlobal istiləşməyə gətirib istixana qaz emissiyasının 70%-ni təşkil edir. Dünya üzərində 1 milyarda yaxın insanın elektrik çatışmazlığı ilə üz-üzədir və təxminən 3 milyad insan yemək bişirmək üçün odun, kömür və heyvan peyini kimi tüstülü yanacaqlardan istifadə edir. Bu və digər təbii yanacaqlar hər il təxmini 7 milyon insanın ölümünə səbəb olan hava çirkliliyini yaradan əsas faktorlardır.

Ümumilikdə, günəş, külək və hidroelektrik enerji kimi bərpa edilən enerji mənbələrinin dayanıqlı olduğu düşünülür. Ancaq bioyanacaq istehsalı üçün meşələrin təmizlənməsi kimi bəzi yenilənə bilən enerji layihə aspektləri təbii yanacaq istifadəsindən daha zərərli problemlərin yarana biləcəyini göstərir. Nüvə energetikasıAtom enerjisi daha az karbon tələb edən mənbədir və külək və günəşlə müqayisədə daha təhlükəsiz görünür, ancaq radioaktiv tullantılar və böyük əzariskləri bu texnologiyanın dezavantajlarıdır.

Dəyişən enerji mənbəyi olan orta miqdarda külək və günəş enerjisi şəbəkə enerjisi anbarı və tələbə cavab tədbirləri kimi əlavə infrastruktur olmadan elektrik şəbəkəsinə inteqrasiya edilə bilər. Bu mənbələr 2019-cu ildə dünya miqyasında elektrik enerjisinin 8,5%-ni istehsal etdi və bu rəqəm sürətlə böyüməyə başladı. Külək, günəş və batareyaların xərclərinin artan investisiyalardan gələn yenilik və miqyaslı iqtisadiyyatlar sayəsində azalmağa davam edəcəyi proqnozlaşdırılır.

Qlobal istiləşməni 1,5 °C-yə qədər məhdudlaşdırmaq üçün təklif olunan yollar elektrik və istilik enerjisi istehsalının aşağı emissiya üsullarının sürətli tətbiqini və nəqliyyat kimi sahələrdə elektrik enerjisindən daha çox istifadəyə doğru bir dəyişikliyi tələb edir. Həll yolarına enerji istehlakının azaldılması, bərpa olunan elektrik enerjisi və istehsal olunan hidrogen və ya karbon tutma və saxlamaya malik olan az karbonlu yanacaqların istifadəsi kimi tədbirlər daxildir. Bu hədəflərə çatmaq üçün karbon qiymətləri, enerjiyə istiqamətli siyasətlər və təbii yanacaq subsidiyalarının tədricən azaldılması da daxil olmaqla, dövlət siyasətləri tələb olunacaq.

Ədəbiyyat

  • Edenhofer, Ottmar. Climate Change 2014: Mitigation of Climate Change : Working Group III contribution to the Fifth Assessment Report of the Intergovernmental Panel on Climate Change. New York, NY: Cambridge University Press. 2014. ISBN 978-1-107-05821-7. OCLC 892580682.
  • Cozzi, Laura; Gould, Tim. World Energy Outlook 2020. International Energy Agency. 2020. ISBN 978-92-64-44923-7.
  • IPCC. Masson-Delmotte, V.; Zhai, P.; Pörtner, H.-O.; Roberts, D.; və b. (redaktorlar ). Global Warming of 1.5°C. An IPCC Special Report on the impacts of global warming of 1.5°C above pre-industrial levels and related global greenhouse gas emission pathways, in the context of strengthening the global response to the threat of climate change, sustainable development, and efforts to eradicate poverty (PDF). Intergovernmental Panel on Climate Change. 2018.
  • Kutscher, C.F.; Milford, J.B.; Kreith, F. Principles of Sustainable Energy Systems. Mechanical and Aerospace Engineering Series (Third). CRC Press. 2019. ISBN 978-0-429-93916-7.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dayanıqlı enerji haqqında məlumat. Dayanıqlı enerji nədir? Dayanıqlı enerji nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Timin

  • Mart 01, 2026

    Kimyəvi reaksiyalar

  • Fevral 27, 2026

    Dünya Məktəbi

  • Mart 01, 2026

    Parovoz

  • Fevral 27, 2026

    E.ə. 544

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst