Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Parnik qazlar - Atmosferdə bəzi qazlar, o cümlədən su buxarı parnik effekti yaratmaqla fərqlənir, onlar yer səthinə yüksək dərəcədə Günəş radiyasiyası buraxmağa

Parnik qazları

  • Ana Səhifə
  • Vikipediya
  • Parnik qazları

Parnik qazlar - Atmosferdə bəzi qazlar, o cümlədən su buxarı parnik effekti yaratmaqla fərqlənir, onlar yer səthinə yüksək dərəcədə Günəş radiyasiyası buraxmağa qabildirlər.

Mündəricat

Yaranması

Yer səthinin orta temperaturu +15 ° təşkil edir, pamik effekti olmasa idi o ,(- 18°) olardı. Odur ki, parnik effekti Yerdə həyatın mövcudluğu üçün əsas mexanizmlərdən biri sayılır. Parnik effekti yaratmaqda atmosferdə olan su buxarı aparıcı rol oynayır. Bu baxımdan, atmosferdə yüksək konsentrasiyada olan qazlar da böyük rol oynayır.

Parnik qazları

Əsas parnik qazları aşağıdakılardır: karbon 2 - oksid (CO2), azot oksidləri, xüsusilə NO2 metan (CH4) və troposfer ozonu (O3). Sonuncu yüz illərdə bu təbii qazların miqdarı artmışdır. Atmosferə əlavə olaraq qlobal ekosistemin təbii komponenti olmayan digər qazlar da daxil olur. Onlardan ən əsasları insan tərəfindən sintez edilən xlor - flüor üzvi birləşmələri, freonlar da bu katiqoriyaya aiddir.

Son 200 ildə , xüsusilə 1950 - ci ildən sonra , hazırda da davam edən insan fəailiyyəti atmosferdə pamik effektli qazların konsen- trasiyasmm artmasına səbəb olur.Bu qaz qarışıqları radiasiyanı udur və süni əks etdirir. Odur ki, Yerin iqliminə təsir etmək qabil- liyətine malikdir. Bu qazların rolu aşağıdakı kimidir.

Su buxarı - Ümumdünya miqyasında atmosferdə olan su buxarının parnik effekti daha yüksəkdir. İqlimin istiləşməsi atmosferdə pamik qazlarının miqdarını artıraraq pamik effektinin yüksəlməsinə səbəb olacaqdır.

Karbon qazı

Karbon qazı - hazırda parnik effektində payı 64 % - çatır. Bu miqdar ilbəil artmaqda davam edir. 1860 - cı ildən 1984 il arası qazıntı yanacaqlarından istifadə nəticəsində atmosferə (183 +. 15) 1015q karbon (C) daxil olmuşdur. 1984 - cü ildə CO2 - nin İİ ərzində miqdarı 5.2.10I5q (5.2.1015q C/il) olmuşdur.Bu dövr ərzində meşələrin qırılması və torpaqdan istifadə qaydasının dəyişməsi hesa¬bına atmosferə daxil olan CO2 - nin miqdarı (150+. 50)1015 q C, 1984-cü ildə isə (1.6+08) x 1015q C/il təşkil etmişdir. Hesablamalara görə qazıntı yanacaqlarından istifadə nəticəsində 2025 - ci ilə CO2 - nin artma intensivliyi 2 - dən 20 Q t/il olması gözlənilir. 1984 - cü ildə bu rəqəm5 Q t/il olmuşdur. Atmosferdə onun konsentrasiyasını aşağı salmaq üçun tullantıların azaltmaq vacibdir.

Metan bataqlıq qazı

Metan bataqlıq qazı - parnik effektində böyük rol oynayıb 19 % təşkil edir . Son 10 illərdə atmosferdə metanın miqdarının artması müşahidə olunur. Onun konsentra- siyasının çoxalması mənbələri sənaye tərəfindən (nefta¬yırma sənayesi), bataqlıqların qurudulması və meliorasiya, çəltik tarlalarının sahəsinin genişləndirilməsi, maldarlığın artması və s. hesab olunur. Metanın SO2 - dən olduqca az olmasına baxmayaraq infraqırmızı şüaların udulmasında yüksək effektli uducu sayılır. Lakin onun konsentrasiyası- nın illik artımı SO2 - yə nisbətən 2 dəfə çoxdur . Əhalinin sayının artması ilə atmosferdə metanın çoxalması müşahidə olunur. Hazırda onun artma sürəti ildə 1.3 - 1.5 % təşkil edir. Belə ki, əhali artdıqca çəltik tarlalarının sahəsi genişlənir , iribuynuzlu mal - qaranın sayı çoxalır. Neft, daş kömür, təbii qazm istehsalı zamanı havaya uçan qazların çoxalması da müşahidə edilir . xxı əsrin ortala¬rında metanın konsentrasiyasınm 2 - 2.5 dəfə artması gözlənilir.

Azot oksidləri

Azot oksidləri - ümumi pamik effektinin 6 % - ni təşkil edir. Onun da konsentrasiyası (miqdarı) atmosferdə artmaqda davam edir. Kənd təsərrüfatında azot kübrələrinin tətbiqinin artması və üzvü yanacaqlardan kütləvi istifadə edilməsi zamanı NO2 in miq¬darı artır. Hər il NO2 - in miqdarının artımı 0,3 % təşkil edir.2050 - ci ilə 0.35 - 0.40 miliyon ’* təşkil edəcəkdir.

Xlor flüor üzvi karbonlar

Xlor flüor üzvi karbonlar - bunlar tərkibində xlor, flor və brom olan maddələrdir. Bunlar yüksək effektli potensiala malik olub atmosferdə uzun müddət qalır. Onun miqdarı 7- % -ə çatır.

Ozon

Ozon (OJ - mühüm parnik qazı hesab olunur. O, həm stratosferdə , həm də troposferdə yerləşən qısadalğalı və uzundalğalı radiasiyaya təsir göstərir.

Xarici keçid

  • Atmosferin çirklənməsi və parnik effekti 2017-07-07 at the Wayback Machine

Həmçinin bax

  • Yer atmosferinin çirklənməsi
  • Atmosfer

İstinad

  1. Məmmədov Q.Ş., Xəlilov M.Y. Ekologiya və ətraf mühit Bakı 2003

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Parnik qazları haqqında məlumat. Parnik qazları nədir? Parnik qazları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tolvayarvi döyüşü

  • Fevral 25, 2026

    Enola Gay

  • Fevral 27, 2026

    Noradüz

  • Fevral 27, 2026

    Dənizli

  • Fevral 25, 2026

    Böyük böhran

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst