Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ramiz Ənvər oğlu Mehdiyev (17 aprel 1938, Bakı) — Azərbaycan ictimai-siyasi və elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (2019–2022), Azərba

Ramiz Mehdiyev

  • Ana Səhifə
  • Vikipediya
  • Ramiz Mehdiyev

Ramiz Ənvər oğlu Mehdiyev (17 aprel 1938, Bakı) — Azərbaycan ictimai-siyasi və elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (2019–2022), Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri (1995–2019), Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının prezidenti, AMEA-nın həqiqi üzvü (2007); Azərbaycan Respublikasının Həqiqi Dövlət Müşaviri.; Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvü (2019–2025(?)); Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin (1993–05.03.2021) və Veteranlar Şurasının üzvü (05.03.2021–h.h.); Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin birinci müavini (2004–2024) və üzvü (2004–2025), Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası sədrinin müavini (2001–2025)

Ramiz Mehdiyev
Mehdiyev 2013-cü ildə
Mehdiyev 2013-cü ildə
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
23 oktyabr 2019 – 14 fevral 2022
ƏvvəlkiAkif Əlizadə
Sonrakıİsa Həbibbəyli
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
7 fevral 1995 – 23 oktyabr 2019
SonrakıSamir Nuriyev
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ümumi şöbəsinin müdiri
4 fevral 1994 – 7 fevral 1995
SonrakıMail Rəhimov
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi
8 dekabr 1983 – 31 may 1988
Birinci katibKamran Bağırov
Əbdürrəhman Vəzirov
ƏvvəlkiHəsən Həsənov
SonrakıRafiq Zeynalov
Azərbaycan Kommunist Partiyası 26 Bakı Komissarı Rayon Komitəsinin birinci katibi
oktyabr 1978 – 30 sentyabr 1980
ƏvvəlkiHəsən Həsənov
SonrakıHeydər İsayev
Şəxsi məlumatlar
Doğum tarixi 17 aprel 1938(1938-04-17) (87 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Dövlət Dəniz Akademiyası,
  • Bakı Dövlət Universitetinin Tarix fakültəsi,
  • Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsi[d]
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı
  • Qalina Mehdiyeva
Uşaqları
  • Teymur Mehdiyev,
  • Kamilə Əliyeva[d]
Elmi fəaliyyəti
Elm sahəsi sosiologiya, politologiya
Elmi dərəcələri
  • fəlsəfə üzrə fəlsəfə doktoru[d],
  • fəlsəfə elmləri doktoru
Təltifləri "Şərəf" ordeni "Dostluq" ordeni "Qırmızı əmək bayrağı" ordeni — 1980 "Qırmızı əmək bayrağı" ordeni — 1986 "Heydər Əliyev" ordeni "İstiqlal" ordeni — 2008 "Şərəf" ordeni "Şöhrət" ordeni
Nizami Gəncəvi adına Qızıl medal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2025-ci ilin oktyabrında Cinayət Məcəlləsinin dövlətə xəyanət, dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib və barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Azərbaycan hakimiyyətyönümlü mediasında Ramiz Mehdiyevin 18 oktyabr 2025-ci ildə Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvlüyündən azad edildiyi iddia edilib.

Mündəricat

Erkən həyatı və təhsili

Ramiz Mehdiyev 1938-ci il aprelin 17-də Bakı şəhərində anadan olub.

1957-ci ildə Bakı Dənizçilik Məktəbini bitirmişdir. Buradakı təhsilini başa vurduqdan sonra 1961-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1968-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspiranturasına daxil olub.

1972-ci ilin mayında Moskva Dövlət Universitetinin Müdafiə Şurasının iclasında fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiyasını müdafiə edib.

Fəaliyyəti

Əmək fəaliyyəti

1957-ci ildə Bakı Dənizçilik Məktəbini bitirdikdən sonra "Xəzərdənizneftqazsənaye" Ümumittifaq İstehsalat Birliyinin "Xəzərneftdonanma" İdarəsində işləyib. 1965-ci ildə V kurs tələbəsi ikən Azərbaycan LKGİ MK-nın tələbə gənclər şöbəsində təlimatçı vəzifəsinə təyin edilib, 1967–68-ci illərdə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komsomol Komitəsinin ikinci katibi vəzifəsində çalışıb.

1972-ci ildən Azərbaycan Dövlət Universitetinin Elmi kommunizm kafedrasında əvvəl müəllim, sonra isə baş müəllim vəzifəsində çalışıb.

23 oktyabr 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilib. AMEA-ya rəhbərliyi dövründə akademiyanın bir sıra üzvləri və heyəti tərəfindən bir sıra tənqidlərlə üzləşib.

2022-ci ilin fevralında Azərbaycanda bir sıra akademik və siyasətçilər Ramiz Mehdiyevin AMEA-dakı vəzifəsindən istefa etməsini tələb etmişdilər. AMEA Tarix İnstitutunun direktoru Kərim Şükürov hesab etmişdir ki, Mehdiyevin 2019-cu ilin oktyabrında AMEA prezidenti seçilməsi ilə "Akademiya tarixinin ən uğursuz dövrünə qədəm qoyulmuşdur". Millət vəkili Etibar Əliyev də Mehdiyevin istefasını tələb etmişdir. Ramiz Mehdiyev cavab olaraq AMEA-nın ümumi yığıncağı tərəfindən seçildiyini və Prezident İlham Əliyev tərəfindən təsdiqləndiyini qeyd etmiş, istefa verdirmək səlahiyyətinin "yalnız dövlət başçısına aid olduğunu" vurğulamışdır. Mehdiyev şəxsi sağlamlığında heç bir problem olmadığını və işinin başında olduğunu bildirmiş, həmçinin bəzi şəxslərin "dövlət başçısının səlahiyyətlərinə müdaxilə etməyə cəhd etmələrini qəbuledilməz saydığını" ifadə etmişdir. AMEA-nın mətbuat xidməti Mehdiyevə qarşı səsləndirilən tənqidlərin sifarişli olduğu və diqqəti ölkə gündəmindəki əhəmiyyətli məsələlərdən yayındırmağa yönəldiyi iddia etmişdir. Buna baxmayaraq, 14 fevralda Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında istefa verəcəyini və istefa ərizəsini Azərbaycan Prezidentinə təqdim edəcəyini açıqlamışdır. 19 fevralda Ramiz Mehdiyev həmin ay AMEA-dakı vəzifəsindən istefa vermişdir. Analitiklər hesab etmişdilər ki, Mehdiyev ölkədəki nüfuzunu həmişəlik aradan qaldırmaq üçün istefaya getməyə məcbur edilmişdir. Siyasi müşahidəçi Elman Fəttahın fikrinə görə, Ramiz Mehdiyev hələ də "təyin etdiyi dövlət məmurları arasında müəyyən nüfuz və nüfuzunu qoruyub saxlaymış və siyasətə təsir etməyə cəhd göstərmişdi". Fəttah bildirmişdir ki, bu, "hakimiyyəti istər-istəməz qıcıqlandırmışdır" və onlar hesab etmişdilər ki, Ramiz Mehdiyev "təsir göstərmək üçün əlində olan bütün imkanlardan məhrum edilməlidir". 1 oktyabr 2025-ci ildə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Ramiz Mehdiyevin rəhbərliyi ilə 2020–2023-cü illərdə baş vermiş qanun pozuntuları ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasında hərtərəfli araşdırma aparıldığını elan etmişdir.

Siyasi fəaliyyəti

1974-cü ilin mayında Azərbaycanda KP MK aparatında Təbliğat və təşviqat şöbəsində mühazirəçi vəzifəsinə təyin edilib. 1976-cı ilin iyununda Azərbaycan KP MK Elm və tədris müəssisələri şöbəsinin müdir müavini vəzifəsinə təsdiq olunub. 1978-ci ilin oktyabrında Azərbaycan KP 26 Bakı komissarı adına Rayon Komitəsinin birinci katibi seçilib.

1980-ci ilin iyununda Azərbaycan KP MK-nin Elm və təhsil müəssisələri şöbəsinin müdiri, 1981-ci ilin yanvarında isə Azərbaycan KP MK-nin Təşkilat-partiya işi şöbəsinin müdiri təyin edilib. Həmin dövrdə Ramiz Mehdiyev Azərbaycanda ateizmin təbliği ilə aktiv şəkildə məşğul olurdu.

1983-cü ilin dekabrında Azərbaycan KP MK-nin katibi seçilib. 1988-ci ilin mayında MK-nin plenumunda respublika rəhbərliyinin dəyişməsi ilə əlaqədar Azərbaycan KP MK katibi vəzifəsindən azad olunmuş və 1988-ci ilin iyununda Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri təyin olunmuşdur.

1980–1990-cı illərdə iki çağırış Azərbaycan Ali Sovetinin deputatı, 1995-ci ildə isə Azərbaycan Milli Məclisinin üzvü seçilib. 4 fevral 1994-cü ildən 7 fevral 1995-ci ilədək Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ümumi şöbəsinin müdiri vəzifəsində işləyib.

7 fevral 1995-ci ildən – 23 oktyabr 2019-cu ilədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olmuşdur. Həmin vəzifə 2009-cu ildə Azərbaycan Respublikası Konstitusiyasına edilmiş dəyişikliklərlə əlaqədar qəbul edilmiş Referendum Aktına qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri adlanırdı. Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən sonra Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının üzvü təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. 2021-ci ilin mart ayına qədər YAP İdarə Heyətinin üzvü olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında" sərəncamda dəyişiklik edilməsi barədə 8 sentyabr 2020-ci ildə imzaladığı sərəncama əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sədri Ramiz Mehdiyev vəzifəsindən azad edilmiş, onun əvəzinə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev sədr təyin edilmişdir.

Jurnalist Eynulla Fətullayev Ramiz Mehdiyevin bir dövr Azərbaycan Kommunist Partiyası üzvü olduğunu iddia etmişdir.

Ramiz Mehdiyev Azərbaycandakı siyasi proseslərin mərkəzində olan fiqurlardan biri hesab edilmiş və "boz kardinal" olaraq tanınmışdır. "Azadlıq Radiosu"na görə, Mehdiyev sistemə çox güclü şəkildə nüfuz etmiş şəxs olmuşdur. O, uzun müddət ölkənin daxili işlərində mühüm rol oynamış və bəzi analitiklər tərəfindən "dəyişdirilə bilməz" kimi qiymətləndirilmişdir. Politoloq Elman Telmanoğlu bildirmişdir ki, Ramiz Mehdiyev uzun illər ərzində Azərbaycanın siyasi sistemində formalaşdırdığı əlaqələr şəbəkəsi, ideoloji və informasiya sahəsindəki təsiri Rusiyanın postsovet məkanında fiquru kimi qiymətləndirilmişdir. "Meydan TV"də qeyd olunmuşdur ki, Ramiz Mehdiyev seçki saxtakarlığı etmək, mətbuatı hakimiyyətdən asılılaşdırmaq və xalqdan oğurladıqları ittihamları ilə bağlı uzun müddət tənqid olunmuşdur. "OC Media" nəşrinin məlumatına görə, Ramiz Mehdiyevin Azərbaycanda vətəndaş cəmiyyətinə və müstəqil jurnalistikaya qarşı həyata keçirilən təzyiqlərdə mühüm rol oynamışdır. O, 2014-cü ildə etdiyi çıxışında vətəndaş cəmiyyəti nümayəndələri və müstəqil jurnalistləri "beşinci kolon" adlandırmışdır. Bu bəyanatdan sonra ölkədə bir sıra repressiv addımların atıldığı bildirilmişdir. Həmin dövrdə "Azadlıq Radiosu"nun Bakı bürosunun bağlanması, araşdırmaçı jurnalist Xədicə İsmayılın həbs edilməsi, qeyri-hökumət təşkilatlarının fəaliyyətini məhdudlaşdıran qanunun qəbul edilməsi və hakimiyyətdən asılı olmayan mediaya qarşı cinayət işlərinin başlanması bu prosesin tərkib hissəsi kimi qiymətləndirilmişdir. 2015-ci ildə Mehdiyev xarici jurnalistlərin Azərbaycanda fəaliyyətinə dörd il müddətinə qadağa qoyulması qərarının qəbulunda rol oynamışdır. Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu Etibar Məmmədova görə, "Azərbaycanda siyasi sistemin ölü vəziyyətə salınmasının müəllifi Ramiz Mehdiyevdir". Bundan əlavə, Mehdiyev İkinci Qarabağ müharibəsində dəstək xarakterli çıxış etmədiyi üçün də mətbuatda tənqid edilmişdir. Hətta iddia edilmişdir ki, Mehdiyev Azərbaycanın əldə etdiyi qələbə barədə mənfi fikirlər də səsləndirmişdir.

Elmi fəaliyyəti

"V. İ. Lenin millətçiliyin və opportunizmin qarşılıqlı əlaqəsi haqqında" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Doktorluq dissertasiyasının mövzusu isə "Millətlərarası münasibətlər: nəzəriyyə və siyasət problemləri" olmuşdur. Həm namizədlik, həm də doktorluq mövzuları sosial fəlsəfə sahəsinə aiddir.

Müxtəlif vəzifələrdə işlədiyi müddətdə elmi fəaliyyətini də davam etdirən Ramiz Mehdiyev 1993-cü ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib. 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının üzvü seçilən Ramiz Mehdiyev 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 23 oktyabr 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti təyin olunmuşdur.

Ramiz Mehdiyev həmçinin, Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası tərəfindən nəşr edilən "Fəlsəfə, Sosial və Siyasi Elmlər" jurnalının redaksiya heyətinin sədridir.

Elmi dərəcəsi fəlsəfə elmləri doktoru, elmi rütbəsi professor olan Ramiz Mehdiyev postsovet Azərbaycanının inkişafına fokuslanan 250-dən çox elmi məqalənin müəllifidir. Onun məqalələrinin əsas mövzusu sosial fenomen, iqtisadi inkişaf, fəlsəfə və dialektikadır. O, həmçinin 26 kitabın müəllifidir. Kitablarından 7-i müxtəlif xarici dillərə tərcümə olunmuşdur. 7 kitab, 81 məqaləsi həmçinin, xaricdə nəşr edilmişdir. Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrinin sayı isə 39-dur.

Şəxsi həyatı

O, Qalina Mehdiyeva ilə evlidir. Professor Kamilə Əliyevanın və fövqəladə hallar nazirinin müavini Teymur Mehdiyevin atasıdır.

Mehdiyev ateistdir.

Həbsi

14 oktyabr 2025-ci ildə Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193–1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib və Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. İstintaqı Dövlət Təhlükəsizlik Xidməti aparır. 2026-cı il 10 fevralda ev dustaqlığı qətimkan tədbiri 4 ay uzadılıb.

Əsərləri

  • Azərbaycanın inkişaf dialektikası. Bakı: Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, 2000. 288 s.
  • . Bakı, 2000.
  • . Azərbaycan Milli Ensiklopediyası Nəşriyyatı, 2001.
  • XXI əsrdə milli dövlətçilik: Demokratik inkişaf və müxalifət. Bakı: XXI-Yeni Nəşrlər Evi, 2003.- 248 s.- Mətn Azərbaycan və rus dillərində.
  • Azərbaycan: qloballaşma dövrünün tələbləri: keçmişin dərsləri, bu günün reallıqları və gələcəyin perspektivləri . Bakı: XXI-Yeni Nəşrlər Evi, 2005.-464 s.
  • . Bakı, 2006.
  • Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə: , . Bakı, 2006.
  • . Bakı: "Şərq-Qərb", 2008.
  • "XX əsrin sonunda millətlərarası münasibətlər" (Bakı, 1995), (rus dilində)
  • "Azərbaycanın inkişaf dialektikası" (Bakı, 2000),
  • "Fəlsəfə" (Bakı, 2003),
  • "Azərbaycan: qloballaşma dövrünün tələbləri" (rus və Azərbaycan dilində, Bakı, 2004),
  • "Azerbaycan: küreselleşmenin talepleri" (türk dilində, İstanbul, 2005),
  • "2005-ci il parlament seçkilər i: ilkin təhlil" (Azərbaycan və rus dilində, Bakı, 2006),
  • Yeni siyasət: inkişafa doğru: İkicildlik. Bakı, 2008..- 344 s.
  • Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti. Bakı: Şərq-Qərb, 2008.- 216 s.-Mətn Azərbaycan, ingilis və rus dillərində.
  • "Modernləşmə xətti yenə də gündəlikdədir" (Azərbaycan, rus və ingilis dilində, Bakı, 2008),
  • "Azərbaycan – 2003–2008: zaman haqqında düşünərkən" (Azərbaycan, rus və ingilis dilində, Bakı, 2009)
  • "Fəlsəfə" (Bakı, 2010),
  • Gorus-2010: absurd teatrı mövsümü. Bakı: Şərq-Qərb, 2010.- 77, [1] s., [16] s.
  • İctimai və humanitar elmlər: zaman kontekstində baxış. Bakı: [s. n.], 2010.- 413, [1] s.
  • Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində. Bakı: Şərq-Qərb, 2014.- 77, [3] s.- Mətn paralel Azərbaycan və rus dillərindədir.
  • Шах Исмаил Сефеви : портрет правителя и воина Ч. 1.-Баку: "Şərq-Qərb", 2014.-253, [3] с.
  • İkili standartların dünya nizamı və müasir Azərbaycan. Bakı: Şərq-Qərb, 2014.- 125, [3] s.-Mətn paralel olaraq Azərbaycan və rus dilindədir.
  • Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti: Dünya nizamından "nizamsızlığa" doğru. /Ramiz Mehdiyev.- Bakı: Şərq-Qərb, 2015.- 197, [3] s.
  • İkili standartların dünya nizamı və müasir Azərbaycan. Bakı: Şərq-Qərb, 2015.- 221, [3] s.-Mətn paralel olaraq Azərbaycan və rus dilindədir.
  • Tarixi idrakın elmiliyi problemlərinə dair. Bakı: Şərq-Qərb, 2015.- 317, [3] s.- Mətn paralel olaraq Azərbaycan və rus dillərindədir.
  • Yeni dünya nizamı və milli ideya. Bakı: Şərq-Qərb,2016.- 277, [3] s.- Mətn Azərbaycan və rus dillərində paralel verilmişdir.

Mükafatları

  • 1980, 1986 — SSRİ "Qırmızı əmək bayrağı" ordeni
  • 17.04.2008 — Azərbaycan "İstiqlal" ordeni
  • 14.05.2008 — Rusiya "Dostluq" ordeni
  • 21.09.2011 — Polşa Polşa Milli Təhlükəsizlik Bürosunun xatirə medalı
  • 17.04.2013 — Azərbaycan "Şərəf" ordeni
  • 16.04.2018 — Azərbaycan "Şöhrət" ordeni
  • 26.04.2018 — Rusiya "Şərəf" ordeni
  • 23.10.2019 — Azərbaycan "Heydər Əliyev" ordeni
  • 22.12.2021 — Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ramiz Mehdiyev haqqında məlumat. Ramiz Mehdiyev nədir? Ramiz Mehdiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Qərbi ermənicə

  • Fevral 25, 2026

    Qərbi Benqaliya

  • Fevral 13, 2026

    Florida

  • Fevral 25, 2026

    Nikolay Ge

  • Fevral 25, 2026

    Ekzabayt

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst