Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gəray Fəzli (14 noyabr 1925, İlisu, Zakatala qəzası, Azərbaycan SSR – 26 dekabr 1995, Bakı) Azərbaycan şairi, nasir, publisisti, radio-telejurnalist.

Gəray Fəzli

  • Ana Səhifə
  • Vikipediya
  • Gəray Fəzli

Gəray Fəzli (14 noyabr 1925, İlisu, Zakatala qəzası, Azərbaycan SSR – 26 dekabr 1995, Bakı) Azərbaycan şairi, nasir, publisisti, radio-telejurnalist.

Gəray Fəzli
Doğum tarixi 14 noyabr 1925(1925-11-14)
Doğum yeri İlisu, Zakatala qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 26 dekabr 1995
Fəaliyyəti şair, nasir, publisist

Mündəricat

Həyatı

1925-ci il noyabrın 14-də Qax rayonunun İlisu kəndində anadan olmuşdur və İlisu kəndində boya-başa çatmışdı. Dünyaya payızda göz açsa da, ad gününü baharda, mayın 9-da qeyd edərdi. Səbəbi isə o idi ki, II Dünya Savaşında dəfələrcə ağır yaralansa da sağ qala bilmişdi. Müharibənin sonuna yaxın sağ qolundan və boğazından ağır yaralanır, və bununla məktəb illərində məlahətli səsi ilə ürəkləri fəth edən gəncin təkcə bədəni yox, səsi də gülləbaran edilir.

Müharibədən sonra Azərbaycan Pedaqoji İnstitutuna daxil olur. Soyadı Alimov olan kənd müəllimi, atası Fəzli kişinin adını özünə təxəllüs götürür. 1956-cı ildə Azərbaycan Dövlət Nəşriyyatı cəbhəçi-şairin "Mənim səsim" şeirlər kitabını çap etdi. Çox keçməyir ki, sözügedən kitabdakı "Mənim səsim" şeiri şairin ömür payının ən ağrılı məqamları haqqında ballada kimi dillərə düşür. Sonralar xalq şairi Nəriman Həsənzadə Gəray Fəzli haqqında "İtirilmiş səs" adlı poema da yazır...

1950-ci illərinin sonunda Azərbaycan Radio və Televiziya Komitəsinə işə dəvət edirlər. O, burada 40 ilə yaxın, yəni ömrünün sonuna kimi müxtəlif vəzifələrdə işləyir.

Əsərləri

Nəsr əsərləri

  • "İldırımlı dağlar" romanı (1972) - rus dilində
  • "Kəhrəba işığında"(1974)
  • "Yeddi ulduzlu səma"(1978)
  • "Gecə günəşi" (1981)
  • "Bir qəlbin asimanı" (1983)

Şeirləri

  • "Mənim səsim" kitabı (1956)

Şeirlərinə yazılmış mahnılar

  • Hüseynağa Hadıyev - "Sən olmuşam" mahnısı - musiqisi Emin Sabitoğlunundur
  • Kür boyunda - musiqisi Telman Hacıyevindir
  • Bariton və xor üçün "Dünya xalqları sülhün keşiyində" adlı vokal-simfonik poema - musiqisi Əfrasiyab Bədəlbəylinindir
  • "Xatirə" - musiqisi Süleyman Ələsgərovundur
  • "Ana kəndim" - musiqisi Adil Gərayındır
  • "Bağçada gül" - musiqisi Musa Mirzəyevindir

Filmoqrafiya

  1. Qırmızı qələm (film, 1971)
  2. "Ağ qızıl" ustası (film, 1972)

Qaynaq

  • 2015-ci il üçün əlamətdar və tarixi günlər təqvimi, səh. 301
  • Ələsgər Cabbarov - Güllələnmiş səsin həkayəti, Azərbaycan, səh. 6, 30 iyul 20009.
  • Əfrasiyab Bədəlbəylinin həyat yolu (xronologiya)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gəray Fəzli haqqında məlumat. Gəray Fəzli nədir? Gəray Fəzli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xuanxe

  • Fevral 27, 2026

    Aorta qövsü

  • Mart 01, 2026

    Fransa parlamenti

  • Fevral 24, 2026

    Paula Pareto

  • Mart 01, 2026

    İtil

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst