Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Eşnunna — Şumer (sonralar Akkad) şəhəri və şəhər-dövləti idi. O, Mesopotamiyanın mərkəzində Tell Əğrəb şəhərindən 20 km, Tell İşhali şəhərindən isə 24 km şimal-

Eşnunna

  • Ana Səhifə
  • Vikipediya
  • Eşnunna

Eşnunna — Şumer (sonralar Akkad) şəhəri və şəhər-dövləti idi. O, Mesopotamiyanın mərkəzində Tell Əğrəb şəhərindən 20 km, Tell İşhali şəhərindən isə 24 km şimal-qərbdə yerləşirdi. Diyala çayından şimal-qərbdə yerləşməsinə baxmayaraq, Eşnunna Şumer mədəniyyətinə daxil idi. Arxeoloji məqalələrdə bu şəhər bəzən Aşnunnak və ya Tuplias da adlandırılır.

Qədim şəhər
Eşnunna
33°45′ şm. e. 44°45′ ş. u.HGYO
Ölkə
  •  İraq
Salınma tarixi E.ə. III minillik
İlk xatırlanma E.ə. III minillik
Digər adı Aşnunnak və ya Tuplias
Dağılma tarixi E.ə. VI əsr
Milli tərkibi Şumerlər
Eşnunna xəritədə
Qırmızı nöqtə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhərin himayəçi tanrısı Tişpak (Tišpak) idi. Bununla yanaşı, Sin, Adad və İştar da Eşnunnada ibadət olunan tanrılar arasında yer alıb. Hakimlərin şəxsi ilahələri isə Belet-Şuhnir və Belet-Terraban olub.

Mündəricat

Tarixi

Erkən Tunc dövrü

Eşnunnada məskunlaşma təxminən e.ə. 3000-ci ilə aid olan Cəmid Nəsr dövründən başlayıb. O, Mesopotamiyanın Erkən Sülalə dövründə əsas şəhərlərdən biri olub. Mixi yazılar və qazıntılar göstərir ki, şəhər Akkad dövründə də mövcud olub. Lakin III Ur dövründəki qədər geniş olmayıb. Şimal Sarayına aid ərazilər bu dövrə aiddir və özəl evlərdə tualetlər də daxil olmaqla erkən kanalizasiya mühəndisliyinin nümunələrini göstərir.

Şəhərin ilk məlum hökmdarları Üçüncü Ur sülaləsindən asılı olub. Eşnunna Üçüncü Ur sülaləsi üzvləri ilə xüsusi əlaqələrə malik ola bilərdi. Məsələn, Şulqinin həyat yoldaşı Şulgi-Simtum Eşnunnadakı hökmdar sülaləsi ilə bağlı iki tanrıya ibadət edib, Şu-Sinin əmisi Babati isə bir müddət Eşnunnada yaşayıb.

Orta Tunc dövrü

III Ur imperiyası süqut etdikdən sonra Akkadda qarışıqlıq dövrü başlayıb. Bu zaman bir çox şəhər-dövlətlər hakimiyyət uğrunda mübarizə aparırdı. Eşnunna qısa müddətə Subartu tərəfindən ələ keçirildi, lakin İsin şəhərindən İşbi-Erra Subartunu məğlub edərək Nur-ahumu Eşnunnanın yeni hökmdarı təyin etdi. Nur-ahum özünü Tişpak tanrısının sevimlisi adlandıraraq, şəhərdə böyük inşa işləri həyata keçirib.

Son Tunc dövrü

E.ə. XII əsrdə Elam hökmdarı Şutruk-Nahunte Eşnunnanı fəth edib və Akkad dövründən Babil dövrünə qədər bir çox heykəli Sus şəhərinə aparıb. Şəhərin yerləşməsi ona Mesopotamiya və Elam mədəniyyətləri arasında ticarət qapısı funksiyası verib. Ticarət yolları vasitəsilə şəhər şimaldan atlar, mis, qalay, digər metallar və qiymətli daşlar kimi nadir məhsullara çıxış əldə edirdi. Eşnunnada tapılan bir məzarda Zənzibardan gətirilmiş kəhrəbadan hazırlanmış bir asma aşkar edilib. Bundan əlavə, Hind çayı adisi sivilizasiyasına aid bir neçə möhür və muncuq da tapılıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Eşnunna haqqında məlumat. Eşnunna nədir? Eşnunna nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Levçay

  • Mart 01, 2026

    Tordyliinae

  • Fevral 27, 2026

    Türkiye (qəzet)

  • Fevral 27, 2026

    Brahmaputra çayı

  • Fevral 27, 2026

    Məşhurluq

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst