Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Teyt Makrey (ing. Tate McRae; 1 iyul 2003, Kalqari, Alberta) — Kanada müğənnisi. 13 yaşında olarkən o, ABŞ realiti televiziya şousu-rəqs müsabiqəsi "So You Thin

Teyt Makrey

  • Ana Səhifə
  • Vikipediya
  • Teyt Makrey

Teyt Makrey (ing. Tate McRae; 1 iyul 2003, Kalqari, Alberta) — Kanada müğənnisi. 13 yaşında olarkən o, ABŞ realiti televiziya şousu-rəqs müsabiqəsi "So You Think You Can Dance"-də finala qədər yüksələn ilk kanadalı iştirakçı kimi tanınma qazanıb. Teyt Makrey Forbes-in 2021-ci ildə tərtib etdiyi "30 Under 30" siyahısında yer alan ən gənc musiqiçi olmuşdur.

Teyt Makrey
ing. Tate McRae
Ümumi məlumatlar
Doğum tarixi 1 iyul 2003(2003-07-01) (22 yaş)
Doğum yeri
  • Kalqari, AB, Kanada
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, rəqqasə, mahnı yazarı[d], səsləndirmə aktrisası[d]
Fəaliyyət illəri 2012-ci ildən
Janrlar pop musiqisi, alternativ pop[d], dans-pop
Albom şirkəti RCA Records
tatemcrae.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Onun 2017-ci ildə çıxardığı "One Day" sinqlı viral hitə çevrilmişdir. 2019-cu ildə o, RCA Records ilə müqavilə bağlayıb. Debüt miksteypi olan "All the Things I Never Said"-i 2020-ci ilin yanvarında təqdim edib. Teytin 2020-ci ildə yayımladığı "You Broke Me First" sinqlı video paylaşma tətbiqi olan TikTok sayəsində dünyanın xeyli sayda ölkəsində hit olmuşdur. Bu mahnı Billboard Hot 100-də 17-ci pillədə qərarlaşmışdır.

Teytin 2021-ci ildə çıxardığı "Too Young to Be Sad" adlı ikinci minialbomu, Spotify-da qadın sənətçilərin yayımladığı digər minialbomlar arasında ən populyarı və dinləniləni olmuşdur. Onun 2022-ci ildə təqdim etdiyi debüt studiya albomu "I Used to Think I Could Fly" tənqidçilər tərəfindən müsbət rəylərlə qarşılanmış və eyni zamanda kommersiya baxımından yaxşı nəticə göstərərək ABŞ Billboard 200 hit-paradında 13-cü pilləyə çatmışdır. Teyt Makreyin 2023-cü ildə yayımladığı "Greedy" sinqlı həm Kanadada, həm də ABŞ-də hit-paradlara başçılıq etmişdir. Onun növbəti sinqlı "Exes" Kanada hit-paradlarında ilk onluğa, Billboard Global 200-də isə 23-cü sıraya düşmüşdür. Onun 2023-cü ildə işıq üzü görən ikinci studiya albomu "Think Later" bir çox ölkələrdə ilk beşliyə daxil olub.

Mündəricat

Həyatı

Teyt Rozner Makrey 1 iyul 2003-cü ildə Alberta əyalətinin Kalqari şəhərində, Kanadanın milli bayramı olan Kanada Günündə anadan olub. Onun atası əslən şotland, anası əslən almandır. Dörd yaşı olanda ailəsi atasının işi ilə əlaqədar Omana köçmüşdür. Anası orada rəqs dərsləri verirdi. Onlar üç il orada yaşayıblar. Teyt Omanda olarkən Maskatdakı Beynəlxalq Amerikan Məktəbində (The American International School Muscat) getmişdir. O, altı yaşında ikən hobbi kimi rəqslə məşğul olur və dərslər alırdı. Səkkiz yaşında Kalqariyə qayıtdıqdan sonra o, rəqslə daha ciddi məşğul olmağa başlayıb. O, rəqs təlimləri və müsabiqələr təşkil edən rəqs şirkəti "Drewitz Dance Productions"-un müsabiqələrində iştirak edirdi. Teyt 11 yaşından başlayaraq, anasına məxsus bir rəqs şirkəti olan "YYC Dance Project"-də müxtəlif rəqs üslubları üzrə dərslər almışdır. O, həmçinin Alberta Balet Şirkətinin (Alberta Ballet Company) təlim müəssisəsi olan Alberta Balet Məktəbində (Alberta Ballet School) balet üzrə dərs alıb. Teyt Makrey "Western Canada High School"-da oxumuş və oradan 2022-ci ildə onlayn məzun olmuşdur.

Şəxsi həyatı

Teyt Makrey, Kalqari şəhərinin buzüstü hokkey komandası olan "Calgary Flames"-in fanatıdır və tez-tez onların oyunlarına baxmağa gedir.

O, 2021-ci ilin sonundan 2023-cü ilin əvvəlinə qədər Ohayonun hokkey komandası olan "Columbus Blue Jackets"-in oyunçusu Koul Sillincer[ing.] ilə münasibətdə olmuşdur. 2024-cü ilin aprelində avstraliyalı repçi The Kid Laroi?!, Teyt Makrey ilə romantik münasibətdə olduğunu bildirib.

Diskoqrafiya

Studiya albomları

  • I Used to Think I Could Fly (2022)
  • Think Later (2023)
  • So Close to What (2025)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Teyt Makrey haqqında məlumat. Teyt Makrey nədir? Teyt Makrey nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Konsepsiya

  • Fevral 27, 2026

    Məqsəd Qocamanov

  • Mart 01, 2026

    Nickelodeon

  • Fevral 27, 2026

    Robert Şiller

  • Fevral 28, 2026

    Hacı Hüsü

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst