Puşandar (fars. بوشن دار) — orta əsrlər türk-monqol ordularının ağır zirehlənmiş süvari cəngavəri. Azərbaycan dövlətlərindən Qaraqoyunlu, Ağqoyunlu kimi türkman mədəniyyətinə xas hərbi təşkilatlarda ağır zirehli süvari qüvvələri üçün mənbələrdə adətən bu termindən istifadə olunur.
Strateji əhəmiyyəti
Ağır zirehlə təchiz olunmuş süvari qüvvələr olan puşandarlar düşmənə qarşı qəfil hücumların həyata keçirilməsində yüksək effektivlik göstərməklə yanaşı, yüngül süvarilərin taktiki müdafiəsini təmin edir və türkman döyüş üslubuna xas olan saxta geri çəkilmə manevrləri zamanı müdafiəni təşkil edirdilər.
Silah və geyimləri
Döyüşçülərin əsas silahları ağır başlıqlı nizələr, əyritiyəli qılınclar, xəncərlər, habelə ikinci silah kimi istifadə edilən ox və yaydan ibarət idi. Müdafiə təchizatına isə cövşən tipli, metal halqa toxumasından hazırlanmış və üzəri metal lövhələrlə möhkəmləndirilmiş zirehlər, tülbənd və ya türkman tipli konus formalı dəbilqələr, qolçaqlar, dizliklər, halqa toxumalı əlcəklər, eləcə də seçilmiş döyüşçülər üçün nəzərdə tutulan, metal döymə üsulu ilə hazırlanmış üz maskaları daxil idi.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Puşandar haqqında məlumat. Puşandar nədir? Puşandar nə deməkdir?