Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əhmədalılar — Azərbaycan Respublikası Füzuli rayonunun Əhmədalılar kənd inzibati ərazi dairəsində kənd.

Əhmədalılar

  • Ana Səhifə
  • Vikipediya
  • Əhmədalılar

Əhmədalılar — Azərbaycan Respublikası Füzuli rayonunun Əhmədalılar kənd inzibati ərazi dairəsində kənd.

Əhmədalılar
39°26′15″ şm. e. 47°20′08″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Qarabağ iqtisadi rayonu
Rayon Füzuli rayonu
Bələdiyyə Əhmədalılar bələdiyyəsi
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 151 m
Saat qurşağı
  • UTC+04:00
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ1920
Əhmədalılar xəritədə
Əhmədalılar
Əhmədalılar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Toponimikası

Muğan düzündədir. Etnotoponimdir. Kəndin ərazisində Arğalı türbəsi yerləşir.

Sosial məsələlər

2011-ci ildə ilk dəfə olaraq kəndə təbii qaz verilmişdir.

Kənddə Əhmədalılar kənd məscidi dini icması fəaliyyət göstərir.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.

Tarixi

"Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusundan 1886-cı il tarixində edilmiş ailə siyahılarından çıxarış" məlumatına görə, Yelizavetpol Quberniyasının Cəbrayıl qəzasının Ağalı kənd inzibati ərazi dairəsinin Əhməd-alılar (başqa adı Novruz-Alılar) kəndində 21 tüstü olmaqla 121 azərbaycanlı ("tatarlar" kimi göstərilib), dini etiqadına görə şiələr yaşayıb. Bütün bu əhali təhkimçi kəndlilərdən ibarət olub.

"Qafqaz təqvimi"nin 1912-ci il üzrə məlumatına görə, Karyagin qəzasının Əhmədalılar kəndində 205 nəfər, əsasən təqvimdə "tatarlar"kimi göstərilən azərbaycanlılar yaşayıb.

Sovet dövründə kənddə kolxoz fəaliyyət göstərib və həmin kolxoz Böyük Vətən Müharibəsi illərində Müdafiə Fonduna 120 kq yun ianə edib.

Birinci Qarabağ Müharibəsi zamanı 1993-cü ilin avqustunda hərbi əməliyyatlar zonasının yaxınlığında yerləşən Əhmədalılar kəndi Ermənistan Ordusunun hərbi birləşmləri tərəfindən işğal edilərək, dağıdılıb, sakinlər isə kəndi tərk ediblər.

1994-cü ilin yanvarında qış əks-hücumu zamanı Azərbaycan Ordusu Əhmədalılar kəndində nəzarəti bərpa etməyə və sakinləri oraya qaytarmağa nail oldu.

Birinci Qarabağ Müharibəndoindən sonra Əhmədalılar kəndində orta məktəb bərpa edilib.

07.12.1999-cu il tarixli 771-IQ nömrəli Qanunla təsdiq edilmiş Siyahı əsasında Füzuli rayonunun Əhmədalılar bələdiyyəsi yaradılıb.

Onun birinci nizanmnaməsi Bələdiyyənin 12.09.2000-ci il tarixli 09 nömrəli Protokolunda təsbit edilmiş Qərarı ilə, ikinci Nizamnaməsi 05.03.2024-cü il tarixli 06 nömrəli Protokolu ilə təsbit eidlmiş Qərarı ilə təsdiq edilmiş, 28.04.2025-ci il tarixli 06 nömrəli Protokolu ilə təsbit eidlmiş Qərarı ilə isə Nizamnaməsinə dəyişiklik edilərək, yeni əraziləri göstərilmişdir.

Əhmədalılar Bələdiyyəsi 2000-ci ildən “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında Əsasnaməyə” uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvüdür.

"Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, Əhmədalılar Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvüdür.

2011-ci ildə Əhmədalılar kəndi qazlaşdırılıb.

18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun 18.2-ci bəndinə əsasən "18.2. Arayatlı, Babı, Əhmədalılar, Qazaxlar və Mollaməhərrəmli bələdiyyələrinin əhatə etdiyi Arayatlı, Babı, Əhmədalılar, Qazaxlar, Mirzənağılı və Mollaməhərrəmli kəndlərində Əhmədalılar bələdiyyəsi" yenidən təşkil edilib.

Həmçinin bax

  • Füzuli rayonu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əhmədalılar haqqında məlumat. Əhmədalılar nədir? Əhmədalılar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Vaza sülaləsi

  • Fevral 27, 2026

    Magnoliaceae

  • Fevral 27, 2026

    Adıq dili

  • Mart 01, 2026

    Cəbəcilər

  • Fevral 27, 2026

    Pforshaym

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst