Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cəbəci sözü monqol dilindən tərcümədə "silah, zireh" mənasını verən cəbə sözündəndir. Yeniçəri ocağı üzvlərini ox, kaman, qılınc, zireh, tüfəng, barıt, güllə ki

Cəbəcilər

  • Ana Səhifə
  • Vikipediya
  • Cəbəcilər

Cəbəcilər Ocağı (Türkcə: Cebeci Ocağı) — Osmanlı ordusunu təşkil edən Qapıqulu ocaqlarından biri.

Cəbəci ocağına bağlı qapıqulu əsgəri, XVII əsrə aid miniatür

Haqqında

Cəbəci sözü monqol dilindən tərcümədə "silah, zireh" mənasını verən cəbə sözündəndir. Yeniçəri ocağı üzvlərini ox, kaman, qılınc, zireh, tüfəng, barıt, güllə kimi silah və döyüş sursatları ilə təmini, bunların istehsalı, təmiri və saxlanılması ilə məşğul olan ocağın adıdır. Quruluş tarixi dəqiq bilinməsə də, XV əsrin ortalarından mövcud olmuşdur.

Cəbəcilər ocağına üzvlər isə Yeniçəri ocağında olduğu kimi Əcəmi oğlanlarından seçilirdi. Ocağa yeni alınanlar öncə şagird, daha sonra isə usta adlanırdı. Ocaq nizamının pozulmasının ardından Əcəmi ocağından başqa, digər mənbələrdən də üzv seçilirdi. Hətta evlənməsinə icazə verilən cəbəcilərin övladları da qeyd olunurdu. Cəbəcilər ocağı da eynilə Yeniçəri ocağı kimi dəstələrdən ibarət olmuşdur. Bu dəstələrin sayı 66-ya çatırdı.

Ocağın ən yüksək rütbəli məmuru isə cəbəcibaşı adlanırdı. Ondan sonrakı rütbələr isə 4 kəndxuda və cəbəci başçavuşu idi. Ocaqdakı ən kiçik rütbəlilər isə ocağa bağlı dəstələrin rəhbərləri idi. Bundan başqa Cəbəcilər ocağında yazı işlərini aparan cəbəcilər katibi və maliyyə işlərini aparan kisədar da fəaliyyət göstərirdi.

Ordunun başında padşah vəya sərdar-ı əkrəm rütbəsiylə sədrəzəm səfərə çıxarsa, cəbəcilərin hamısı; əgər başqa biri sərdar rütbəsiylə səfərə çıxarsa, cəbəcilərin yalnız müəyyən qismi səfərə qatılırdı. Ocağa bağlı əsgər sayı dövr ərzində dəyişmişdir. Belə ki, I Süleyman dönəmində ocağa bağlı əsgər sayı 700, XVI əsrin sonlarında 4000, IV Murad dönəmində 7000-8000-ə çatsa da, daha sonra bu rəqəm 2500-ə düşmüşdür.

Cəbəcilər qış aylarında həftədə bir gün, yay aylarında isə həftədə iki gün tüfəng təlimi edirdilər. Maaşları digər qapıqulu ocaqlarında olduğu kimi ülufə adıyla 3 ayda bir verilən cəbəcilərin hər birinə əlavə olaraq ildə bir dəfə də 30 axcalıq "kaman pulu" adlanan maaş verilirdi. Cəbəcilərin qərargahları Aya Sofiya məscidinin önündə idi.

Cəbəcilər ocağı Yeniçəri ocağının ləğvi ilə birlikdə 1826-cı ildə ortadan qaldırıldı. Ancaq çox keçmədən yeni bir tərtibatla Cebehâne-i Âmire adıyla bərpa olundu. Hazırlanan qanunnaməyə görə, cəbəcibaşı rütbəsi, "cəbəxanabaşı" ilə əvəzlənmiş, ocağın maksimum üzv sayı 1054 nəfər təyin olundu. Seçilən üzvlər 15-30 yaşlar arasında olmalı idi. Cəbəxanabaşından sonrakı rütbə isə cəbəxana naziri idi. Yeni tərtibata görə, cəbəci əsgərlər hər gün qərargahlarında məşq etməli, bazar ertəsi və cümə axşamları isə Sultanəhməd meydanında tüfəng təlimi etməli idilər.

Cəbəxanada vəzifələndirilən bir şəxs 12 il çalışdıqdan sonra istərsə, təqaüdə çıxa bilərdi. Yaşlılıq vəya xəstəlik səbəbilə təqaüdə çıxanlar maaşlarının yarısı ilə, müharibədə yaralananlar 2/3-ü ilə vəya daha çox miqdarda pulla təqaüdə çıxa bilərdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cəbəcilər haqqında məlumat. Cəbəcilər nədir? Cəbəcilər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Nitsa

  • Fevral 27, 2026

    Vaterloo döyüşü

  • Fevral 27, 2026

    Polyaris (personaj)

  • Fevral 27, 2026

    Tigin

  • Fevral 27, 2026

    Sistova müqaviləsi

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst