Sətif və ya Setif (ərəb. سطيف, fr. Sétif) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. Dəniz səviyyəsindən təxminən 1096 m yüksəklikdə yerləşir.
| Sətif | |
|---|---|
| سطيف | |
| |
| 36°11′24″ şm. e. 5°24′36″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Sahəsi |
|
| Mərkəzin hündürlüyü | 1.096 ± 1 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | 19000 |
![]() Sətif | |
Şəhərin tikililərinin çoxusu Fransa müstəmləkəçiliyi dövrünə aiddir, lakin yaxınlıqda Qədim Roma dövründən qalma nekropol və Bizans qalasının xarabalıqları qorunub saxlanılmışdır. 2013-cü ilin məlumatına görə, şəhərin əhalisi təxminən 324 min nəfərdir.
Tarixi
Numidiya mənşəli şəhər romalılara Sitifis kimi tanınırdı. 97-ci ildə imperator Nerva öz veteranlarını burada məskunlaşdırmışdır. İki yüz il sonra Sitifen bölgəsi inzibati olaraq Mavretaniyadan ayrılmışdır. Ərəblərin işğalından sonra şəhər əvvəlki əhəmiyyətini itirmişdir. 1838-ci ildən Fransa qarnizonunun yerləşdiyi şəhər böyük bir kənd təsərrüfatı rayonunun mərkəzinə çevrilmişdir.
İqtisadiyyat
Setifdə kimya, elektrotexnika, tikinti maternalları və yeyinti sənayesi müəssisələri var. Xalçaçılıq inkişaf etmişdir.
Nəqliyyat
8 may 2018-ci il tarixində Setifdə tramvay sistemi fəaliyyətə başlamışdır. 11 dekabr 1960-cı ildə 22,4 km uzunluğunda bir xətt açılmışdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Setif haqqında məlumat. Setif nədir? Setif nə deməkdir?
