Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mavretaniya — Qədim Məğribdə yerləşən bir bölgənin latınca adıdır. Bölgə, müasir mərkəzi Əlcəzairdən başlayaraq qərbə, Atlantik okeana qədər uzanır, şimali Məra

Mavretaniya

  • Ana Səhifə
  • Vikipediya
  • Mavretaniya

Mavretaniya — Qədim Məğribdə yerləşən bir bölgənin latınca adıdır. Bölgə, müasir mərkəzi Əlcəzairdən başlayaraq qərbə, Atlantik okeana qədər uzanır, şimali Mərakeşi əhatə edir və cənuba, Atlas dağlarına qədər irəliləyirdi. Ərazinin yerli sakinləri, Bərbər əcdadlarından olan yarımköçəri maldarlar, Romalılar tərəfindən Maurilər (Mavrlar) və Masaesililər kimi tanınırdılar.

Mavretaniya
Dini Roma paqanizmi, yerli inanclar, Xristianlıq
Paytaxt Volyubilis
Şerşel
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eramızdan əvvəl 27-ci ildən 44-cü ilə qədər Mavretaniya kralları Roma vassalı oldu. E.ə. 44-cü ildə isə ərazi Romaya ilhaq edildi və iki əyalətə bölündü: Tinqitana Mavretaniyası və Çezerey Mavretaniyası. Bölgədə xristianlıq III əsrdən sonra yayılmışdır. Mülahizələrdən birinə görə, bölgədə xristianlıq, 7-ci əsrdə müsəlman ərəblər bölgəni ələ keçirdikdə zəifləmişdir. Başqa birinə görə isə, xristianlıq bundan sonra da mövcud olmağa davam etmişdir.

Mauri (Mavr) krallığı

Mavretaniya əvvəllər Bərbər Mauri xalqının qəbilə krallığı şəklində mövcud idi. Yevgeni Pospelovun qeydlərinə görə, Şimali Afrika sahillərini eramızdan əvvəl 900-cü illərdən bəri araşdırmış Finikiyalılar, özlərinə məlum olan dünyadan həddən artıq qərbdə yerləşən bu dövləti "Qərb ölkəsi " mənasını verən Mauharim kimi adlandırırdılar. I əsrin əvvəllərində Strabon, Pireney yarımadasının qarşısındakı bir xalqın doğma adını Maurousii (Μαυρούσιοι) olaraq qeyd etmişdir. Mauri, daha sonra eramızdan əvvəl 3-cü əsrdən etibarən, Şimali Afrikanın Aralıq dənizi sahillərində yaşayan Mavrlara öz adını vəsiyyət edəcəkdir. Mavretaniyanın Aralıq dənizi sahillərində eramızdan əvvəl 4-cü əsrdən əvvəl Karfagen ilə ticarət üçün ticarət limanları mövcud olsa da, ölkənin daxili, bölgədə dəmir dövrünndə məskunlaşmış Bərbər qəbilələri tərəfindən idarə edilirdi.

Kral Atlant, Mavretaniyanın əfsanəvi kralı idi və göy qübbəsini icad etdiyi düşünülürdü. Maurilərin ilk məlum tarixi kralı olan Baqa, ölkəni İkinci Pun müharibəsinə (e.ə. 218-201) qədər idarə etdi. Mavretaniya Numidiya ilə sıx əlaqədə idi. I Bokx yenidən qurulmuş Numidiya kralı Yuqurtanın qayınatası idi.

Mavretaniya eramızdan əvvəl 33-cü ildə Roma İmperiyasının vassalına çevrildi. Romalılar Numifiyalı II Yubanı öz vassal hökmdarları olaraq təyin etdilər. Yuba eramızın 23-cü ilində vəfat etdi və hakimiyyətdə onun Roma təhsilli oğlu Ptolemey gəldi. İmperator Kaliqula 40-cı ildə Ptolemeyi edam etdirdi. Roma İmperatoru Klavdi 44-cü ildə Mavretaniyanı Romanın əyaləti olaraq birbaşa ilhaq etdi və onun idarə edilməsi üçün imperator qubernatoru təyin etdi.

Krallar

Adı Hakimiyət dövrü Qeydlər Şəkil
Atlant e.ə. VI əsr Mavretaniyanın mifik kralı
Baqas e.ə.225
I Bokx təxm. e.ə. 110 – təxm. 80-ci illər
Mastanesos təxm. e.ə. 80-ci illər – 49
II Bokx e.ə. 49 – təxm. 33 Boqudla birlikdə idarə etmişdir
Boqud e.ə. 49 – təxm. 38 II Bokxla birlikdə idarə etmişdir
II Yuba e.ə. 25 – b.e. 23 Romanın vassal hökmdarı
Ptolemey 20 – 40 Mavretaniyanın son kralı

II Yuba ilə birlikdə hökmranlıq etməyə başlayıb

Kaliqula tərəfindən öldürülüb

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mavretaniya haqqında məlumat. Mavretaniya nədir? Mavretaniya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Şükürbəyli (Cəbrayıl)

  • Fevral 27, 2026

    S:Müəllif:Əliabbas Müznib

  • Fevral 27, 2026

    Dubna

  • Mart 01, 2026

    Şikoku

  • Mart 01, 2026

    Müharibə əsiri

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst