Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İbsen bu əsəri 1867-ci ildə tamamlamış və 24 fevral 1876-cı ildə səhnəyə qoymuşdur. Bu əsərə böyük uğur gətirən səbəblərdən biri tanınmış norveç bəstəkarı Edvar

Per Günt

  • Ana Səhifə
  • Vikipediya
  • Per Günt

Per Günt - norveç dramaturqu Henrik İbsen və norveç bəstəkarı Edvard Qriqin məşhur dram əsəri.

İbsen bu əsəri 1867-ci ildə tamamlamış və 24 fevral 1876-cı ildə səhnəyə qoymuşdur. Bu əsərə böyük uğur gətirən səbəblərdən biri tanınmış norveç bəstəkarı Edvard Qriqin əsərə bəstələdiyi musiqi olmuşdur. İbsen Per Günt dramını İtaliyada qələmə almışdır. Əsər ilk dəfə 1867-ci ilin 14 noyabr tarixində Kopenhagendə nəşr edilir. Əsərin tezliklə böyük uğur əldə etməsinə digər səbəb kimi İbsenin bundan bir az öncə qələmə aldığı Brənd dramını göstərirlər.

İbsenin sonrakı əsərlərindən fərqli olaraq Per Günt nəzm formasında yazılmışdır. Buna səbəb əsərin tamaşa üçün deyil, sadəcə bir yazılı ədəbiyyat nümunəsi kimi təqdim edilməsi idi. Əsərdə səhnələrin bir-birini sürətlə əvəzləməsi (əsərin bir pərdəsində isə hadisələrin tamamilə qaranlıqda cərəyan etməsi) əsərin səhnəyə qoyuluşunu mürəkkəbləşdirir. Bu əsəri İbsenin digər dram əsərlərindən fərqləndirən ən mühüm cəhətlərdən biri də Per Güntun realistik faciədən çox mistik-fantastik xarakter daşımasıdır.

Əsər 1876-cı ildə tamaşaya qoyularaq, bəstəkarın adını bütün Avropada məşhurlaşdırmışdır. Əsərdə Per Günt əsər qəhrəmanı olsa da, özü uydurulmuş personaj deyil. Çünki 1867-cı ildə bu əsəri yazan İbsen, Norveçdəki Qudbrand vadisində yaşamış Per Lauritsen adlı şəxsdən ilhamlanaraq bu personajı yaratmışdır. Dramda Per mənfi surət kimi heç bir əxlaqi, mənəvi sədd bilməyən eqoist kimi verilmişdir. Ona qarşı isə daxili təmizliyi, məhəbbəti tərənnüm edən Solveyq obrazı durmuşdur.

Əsərdə gənc kəndli Per Güntün həyat macəralarından söhbət açılır. Eyni zamanda əsərdə xalq həyatı və təbiət mənzərələri lirik və fantastik səhnələrlə uzlaşdırılmış şəkildə təsvir olunur. Əsərdə Per Günt , onun anası Oze, sevgilisi Solveyq kimi real insanlarla yanaşı, nağıl və əfsanə personajları da iştirak edir. 2 süita olmaqla 9 nömrədən ibarət olan əsərin birinci süitasında 4 nömrə - "Səhər" , "Ozenin ölümü" , "Anitranın rəqsi" və " Dağ kralının mağarasında" musiqi nömrələri verilir.

II süitada " İnqridin şikayəti" , "Ərəb rəqsi", "Per Güntün vətənə qayıtması", "Solveyqin mahnısı" öz əksini tapır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Per Günt haqqında məlumat. Per Günt nədir? Per Günt nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aykido

  • Fevral 27, 2026

    Əli Yusif

  • Mart 01, 2026

    Simpsonlar

  • Mart 01, 2026

    Pançasila fəlsəfəsi

  • Fevral 27, 2026

    Levitasiya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst