Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Simon Açıqgözyan (erm. Սիմոն Աչիկգյոզյան; 6 fevral 1939, Qalas – 30 aprel 1991, Qarabulaq, Dağlıq Qarabağ Respublikası) – Birinci Qarabağ müharibəsi və Çaykənd

Simon Açıqgözyan

  • Ana Səhifə
  • Vikipediya
  • Simon Açıqgözyan

Simon Açıqgözyan (erm. Սիմոն Աչիկգյոզյան; 6 fevral 1939, Qalas – 30 aprel 1991, Qarabulaq, Dağlıq Qarabağ Respublikası) – Birinci Qarabağ müharibəsi və Çaykənd əməliyyatında iştirak etmiş erməniəsilli hərbi komandir. Azərbaycanda terrorçu, Ermənistanda milli qəhrəman hesab olunur. Xidmətlərinə görə Ermənistanda Qəhrəman medalı ilə təltif olunmuşdur.

Simon Açıqgözyan
erm. Սիմոն Աչիկգյոզյան
Şəxsi məlumatlar
Ləqəbləri Դեդ (Ded, "Baba")
Doğum tarixi 6 fevral 1939
Doğum yeri Qalati, Rumıniya
Vəfat tarixi 30 aprel 1991 (52 yaşında)
Vəfat yeri Qarabulaq, Azərbaycan SSR
Vətəndaşlığı
  •  Ermənistan
Təhsili
  • İrəvan Dövlət Universiteti
Hərbi fəaliyyəti
Mənsubiyyəti erməni
Xidmət illəri 1989–1991
Döyüşlər Birinci Qarabağ müharibəsi
Çaykənd əməliyyatı

Həyatı

Açıqgözyan 1939-cu ilin 6 fevral tarixində Rumıniyanın Qalati şəhərində anadan olmuşdur. Valideynləri Hovannes və Siranuş əslən Osmanlı imperiyasından idi. 1946-cı ildə Açikgyozyan ailəsi Ermənistan Sovet Sosialist Respublikasına mühaciət edir. Simon 1960-cı ildə İrəvan Dövlət Universitetində mühəndis-geoloq ixtisası üzrə məzun olur. 1961–1990-cı illər ərzində Ermənistan Milli Elmlər Akademiyasının Geologiya institutunda işləmişdir. Ermənistanın mineral ehtiyatlı ilə bağlı bir necə əsərin müəllifidir.

Birinci Qarabağ müharibəsində iştirakı

1988-ci ildə Ermənistanda Qarabağ hərəkatı başlanan zaman Simon Açıqgözyan separatçı fəaliyyətə başlayır. Qarabağda olan gərgin vəziyyət qısa zamanda Birinci Qarabağ müharibəsinə çevrilir. 1989-cu ildə Simon XX əsrin əvvəllərində Cənubi Qafqaz və Türkiyənin şərqində törətdiyi qətliamlarla ad çıxaran Daşnaksütun partiyasına bağlı Arabo dəstəsinə qoşulur. 1990-cı ildə İrəvan şəhər şurasına seçilir. 1991-ci ilin əvvəllərində Qarabağda silahlı toqquşmaların şiddətlənməsi ilə müxtəlif erməni terrorçu qruplarında fəaliyyəti genişlənir.

1991-ci ilin 30 aprel tarixində OMON tərəfindən keçirilən və tarix ədəbiyyatlarında Çaykənd əməliyyatı kimi daxil olan döyüşlərdə Simon Açıqgözyan Tatul Krpeyan ilə birlikdə yaratdıqları dəstələrlə döyüşürlər. Rəsmi olaraq "pasport yoxlanılma əməliyyatı" adlanan əməliyyat, Sovet İttifaqının daxili və müdafiə nazirliklərinin əsas məqsədi erməni hərbi dəstələrinin "silahsızlaşdırması" idi. Əməliyyatda Sovet Quru Qoşunları hərbi nəqliyyat vasitələri, artilleriya və vertolyotlarla müşayiət olunurdu və özünü erməni fədai sayan hərbçilərin məhv etməli idi.

Simon Açıqgözyan 1991-ci ilin 30 aprel tarixində indiki Göygöl rayonuna daxil olan Qarabulaq kəndində aparılan döyüşlərdə öldürülür. Açıqgözyan ölümündən 15 gün sonra Çaykənd əməliyyatı erməni silahlı terrorçularının məğlubiyyəti ilə başa çatır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Simon Açıqgözyan haqqında məlumat. Simon Açıqgözyan nədir? Simon Açıqgözyan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Mixail Qlinka

  • Fevral 28, 2026

    Futzal

  • Mart 01, 2026

    Xalisə

  • Fevral 27, 2026

    Elektromaqnit induksiyası

  • Mart 01, 2026

    Didaktika

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst