Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Jan-Pol Belmondo (fr. Jean-Paul Belmondo; 9 aprel 1933 - 6 sentyabr 2021) — fransız kinoaktyoru, fransız kinosunda "yeni dalğa"nın manifesti hesab olunan "Son n

Jan-Pol Belmondo

  • Ana Səhifə
  • Vikipediya
  • Jan-Pol Belmondo

Jan-Pol Belmondo (fr. Jean-Paul Belmondo; 9 aprel 1933 - 6 sentyabr 2021) — fransız kinoaktyoru, fransız kinosunda "yeni dalğa"nın manifesti hesab olunan "Son nəfəsdə" filmindəki Mişel Puakkar rolu ilə şöhrət qazanmışdır (1960). İlk filmlərində üsyankar gənc obrazı yaradaraq gənclər arasında böyük populyarlığa nail olmuş, sonrakı dövrlərdə komediyalarda və döyüş filmlərində kəskin xarakterli rolları canlandırmışdır. Ən yaxşı kişi roluna görə Sezar mükafatı laureatı (1989), Fəxri Legion ordeninin komandorudur.

Jan-Pol Belmondo
fr. Jean-Paul Belmondo
2011-ci il Kann Film Festivalında
2011-ci il Kann Film Festivalında
Doğum adı Jean-Paul Charles Belmondo[…]
Digər adı Bebel
Doğum tarixi 9 aprel 1933
Doğum yeri Neyi-sür-Sen, Fransa
Vəfat tarixi 6 sentyabr 2021 (88 yaşında)
Vəfat yeri Paris, Fransa
Vətəndaşlığı Fransa Fransa
Həyat yoldaşı Elodi Konstantin (1953–1965)
Natti Belmondo (2002–2008)
Fəaliyyəti Aktyor
Fəaliyyət illəri 1953–2015
Təhsili
  • Böyük Lüdovik Liseyi[d]
Boyu 1,78 m
Mükafatları "Xidmətlərə görə" ordeninin böyük zabit dərəcəsi — 2017 "Xidmətlərə görə" ordeninin komandor dərəcəsi — 1994 "Fəxri legion" ordeninin böyük zabit dərəcəsi — 2019 "Fəxri legion" ordeninin komandor dərəcəsi — 2007 "Fəxri legion" ordeninin zabit dərəcəsi — 1991 "Fəxri legion" ordeninin cəngavər dərəcəsi — 1980 "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi — 2006 Knight of the Order of Leopold — 2012
Qızıl Şir — 2016
IMDb ID0000901
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Parisin qərbində Neuilly-sur-Seinedə dünyaya gəldi. Sicilya əsilli olan atası Paul Belmondo tanınmış bir heykəltaraş idi. Amma Jan-Pol məktəb illərində incəsənətdən çox futbol və boksla maraqlanırdı. İyirmi yaşına çatanda aktyorluq marağını çəkməyə başladı. Paris konservatoriyasında (Conservatoire National Superieur d'Art Dramatique (CNSAD)) təhsil almışdır. Bəzi teatr oyunlarında kiçik rollarda oynadı. 1950-ci illərin ilk yarısını teatr ilə uğraşaraq keçirdi. 1956-cı ildə ilk filmində oynadı. Daha 8 filmdə oynadıqdan sonra, nəhayət, 1960-cı ildə özünü dünya çapında tanıdacaq film gəldi; Jean-Luc Godardın Sərsəri Aşiqləri (À bout de souffle). Belmondo bu günə qədər çoxu macəra və komediya filmləri olmaq üzrə 81 filmdə oynamışdır. Alain Delon kimi o da Cerito adlı öz film şirkətini qurdu. 2001-ci ildə iflic olduğu üçün filmlərinə fasilə verdi.

Üzündəki bənzərsiz çapqın ifadə, hiyləgər gülümsəmə, yumorlu, amma hüznlü performansı ilə kinoda dəyişik bir bir tip olaraq tanınan Belmondonun bir gözəlliyi də aksiyon filmlərində heç dublyordan istifadə etməməsidir. Bütün təhlükəli səhnələri özü oynamışdır. Ancaq 1985-ci ildə "Hold-Up" filminin çəkilişlərində bir qəza keçirdikdən sonra bunlardan vaz keçmişdir.

Fransız film tarixində özünəməxsus bir yerə sahib olan Belmondo 1963-cü ildə "Fransız Aktyorlar Birliyi" başçısı seçildi. 1988-ci ildə Claude Lelouchun rejissorluq etdiyi "Itinéraire d'un Enfant Gaté"dəki rolu ilə "Ən yaxşı aktyor" nominantı ilə Fransanın "Sezar" mükafatı verildi, ancaq o mükafatı geri qaytardı. Səbəbi isə bu mükafatın dizaynını və öz adını bu mükafata verən heykəltaraş Sezarın bir zamanlar Belmondonun heykəltəraş olan atasının əsərlərini pisləməsi idi.

Belmondo fransızların ən böyük qürur nişanı olan "Legion d'Honneur" ilə mükafatlandırıldı.

1963-cü ildə "30 il və 25 film" adlı otobiyografik kitabını yayımladı. "Cobra" və "Blueberry" kimi bəzi aksiyon cizgi romanlarındakı obrazlar ondan bəhrələnərək yaradılmışdır.

Filmoqrafiya

  1. Paris yanırmı? (film, 1966) / Paris brûle-t-il?

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Jan-Pol Belmondo haqqında məlumat. Jan-Pol Belmondo nədir? Jan-Pol Belmondo nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İvan Şişkin

  • Mart 01, 2026

    Riçard Metison

  • Mart 01, 2026

    Şeşgilan

  • Fevral 27, 2026

    Səfəvilərin vəzirləri

  • Fevral 27, 2026

    Gender bərabərliyi

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst