Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hopak (ukr. гопак, гоцак, козак, kazaçok, trepak) — Ukrayna milli rəqsi. Rəqsin müxtəlif: solo, cüt, qrup növləri vardır. Hopak rəqsinin musiqi ritmi 2/4-dir.

Hopak

  • Ana Səhifə
  • Vikipediya
  • Hopak

Hopak (ukr. гопак, гоцак, козак, kazaçok, trepak) — Ukrayna milli rəqsi. Rəqsin müxtəlif: solo, cüt, qrup növləri vardır. Hopak rəqsinin musiqi ritmi 2/4-dir.

Hopak
ukr. гопак, гоцак, козак
"Hopak". XVIII əsrin sonlarının naməlum rəssamı
"Hopak". XVIII əsrin sonlarının naməlum rəssamı
Tempi 2/4
Mənşəyi oğlanların çevikliyinin nümayişi
Yaranma tarixi XVI-XVIII əsrlər Zaporojye Ordusu
Əlaqəli rəqslər
tetyana, trepak, kazaçok
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Gündəlik versiyası

Rəqs XVI-XVIII əsrlərdə Zaporojye kazakları dövründə yaranıb, öncə solo ifa edilirdi. Hopak kazaklara cəsarət, güc, cəsarət, çeviklik və döyüş bacarıqlarını nümayiş etdirmək imkanını verirdi. Buna görə də, əvvəlcə bu, yalnız kişi rəqsi idi.

Zamanla rəqsdə dəyişikliklər oldu və rəqs cüt ifa olunan rəqsə çevrildi. Əvvəlki kimi, spesifik kompozisiya olmadan ifa edilir. Gənc oğlan dairəni gəzərək seçdiyi qızın qarşısında dayanır və onu rəqsə dəvət edir. Sonra rəqs başlayır. Qız, oğlana zərif baxışları ilə baxaraq təvazökarlıqla rəqs edir. Oğlan qızın ətrafında dövrə vuraraq, öz cəsarət və bacarığını nümayiş etdirməyə çalışır. Qız oğlandan qaçıb, onu qabaqlamağa çalışsa da, oğlan təslim olmur və onun yolunu kəsməyə çalışır.

Kazak rəqslərinin tədqiqatçısı Vadim Kuplenikanın fikrincə, hopakın sələfi "Kazak" rəqsi idi və yalnız II Yekaterina tərəfindən kazakların adının qadağan edilməsi səbəbindən rəqsin adı dəyişilib. Bəzən hopak "Ukrayna kazak"ı da adlanır. Иногда гопак называют «украинским казачком»

Hopaqların müxtəlif melodiyaları var. Onlardan bəziləri "Kiyevdən Lubneyə" (ukr. Від Києва до Лубен) və ya "Hop, my greçaniki" (ukr. Гоп, мої гречаники) kimi mahnı melodiyalarıdır. Əhəmiyyətli hissəsi isə sözsüz instrumental musiqidir.

Səhnə versiyası

Hopak

Rəqsin səhnə versiyasının meydana gəlməsi 1937-ci ildə Ukrayna SSR xalq rəqs ansamblını yaradan və 1955-1975-ci illərdə Ukrayna SSR Dövlət Xalq Rəqs Ansamblının bədii rəhbəri olmuş P.P.Virskinin fəaliyyəti ilə bağlıdır. Klassik və ənənəvi folklor ənənələrini yaşatmış akademikin adını daşıyan Ukraynanın Akademik Rəqs Ansamblının hələ də konsertlərinin bağlanış rəqsi "hopak" olur. Səhnə ifasında, xalq rəqsinin xarakterik xüsusiyyətlərini daşımağına baxmayaraq Hopak, adətən qoşalaşmış kütləvi rəqs kimi qurulur. Ehtimal olunur ki, hopak üçün istifadə olunan kişi geyimləri (qırmızı şalvar, rəngli kəmər, tikmə köynək, sivri çəkmələr) mahiyyətcə o dövrün kazak formasıdır, qadınların səhnə geyimləri isə Ukraynanın mərkəzi hissəsinin tarixi geyimlərinə (naxışlı köynək, zapaska və ya plaxta, kirribot) bənzəyir. Bununla belə, Nikolay Savoyskinin sözlərinə görə, rəqqaslar adətən "heç kəsin görmədiyi və xalqımızın xəyalına belə gətirmədiyi paltarları – qadınların ağ çəkmələri, dizə qədər yubka və qadın belindən asılan boyunbağı geyinirdilər". Rəqsi ifa edən qadınlar klassik rəqs və folklor əsasında kompozisiyanı qurmuş Pavel Virskinin səhnə versiyası sayəsində meydana çıxırlar.

"Viorika" ansamblının ifasında Hopak

Səhnə rəqsinin xarakterik xüsusiyyəti gücün, çevikliyin, qəhrəmanlığın və nəcibliyin nümayiş etdirilməsidir. Rəqsdə improvizasiyalar da olur. Bir dairədə cüt-cüt hərəkət edərək, oğlanlar çeviklikdə biri-birləri ilə yarışırlar. Qızlar onları yeni fəndləri sınamağa təşviq edir, sonra isə lirik hissəni birgə rəqs edirlər. Finalda isə hopak yenə fırtınalı, parlaq və temperamentli olur. Hopaqın spesifik xüsusiyyətlərinə ayaqlar və qolların müxtəlif istiqamətlərə yayılması, sıçrayaraq sanki səmada şpaqat açmaqda daxildir.

SSRİ markası: Ukrayna rəqsi Hopak (tullanış). Seriya: İqor Moyseyev adına Dövlət Akademik Xalq Rəqs Ansamblı (10/II 1937-ci ildə yaradılmışdır)
SSRİ markası: Ukrayna rəqsi Hopak (tullanış). Seriya: İqor Moyseyev adına Dövlət Akademik Xalq Rəqs Ansamblı (10/II 1937-ci ildə yaradılmışdır)

Səhnə versiyalarından nümunələr

P. P. Virski adına Ukraynanın Milli Əməkdar Akademik Rəqs Ansamblı. Donetskdə tamaşadan. 30 aprel 2006-cı il
Operada
  • Nikolay Rimski-Korsakovun "May gecəsi" operası
  • Modest Musorqskinin "Soroçinskaya yarmarkası" operası
  • Pyotr Çaykovski "Mazepa" operası
  • Qulak-Artemovski, Semyon Stepanoviçin "Dunaydan kənarda Zaporojye" operası
  • Nikolay Lısenkonun "Eneida" operası
Baletdə
  • Sezar Puninin "Balaca Donqar at" baleti
  • Vasili Solovyov-Sedoyun "Taras Bulba" baleti
  • Anatoli Sveçnikovun "Marusya Boquslavka" baleti

İdman

2017-ci il mayın 25-də Ali Radanın ikinci oxunuşda "Milli idman növləri haqqında" qəbul etdiyi qanuna əsasən, Ukraynada hopak rəsmi idman növü kimi tanınır ("döyüş hopaq"). Deputatların qeyd etdiyi kimi, qanun layihəsi milli dirçəlişin inkişafına, milli-mədəni ənənələrin bərpasına və vətənpərvərlik tərbiyəsinə yönəlib.

Ədəbiyyat

  • Гопак // Гопак. М. 2007. 416–417.
  • Германов В. Г. Гопак // Танцевальный словарь : танцы балов и дискотек. Уфа: АСТА. В. Г. Германов. 2009. ISBN 978-5-9901591-1-2.
  • Гопак // Українська музична енциклопедія. Том 1. К.: Видавництво Інституту мистецтвознавства, фольклористики та етнології НАН України. 2006. 498.
  • Дорошенко В. Ф. Роль хореографа-постановщика П. П. Вирского в процессе возникновения и развития народно-сценического хореографического искусства Украины // Вестник славянских культур . 32 (журнал). № 2. Институт славянской культуры. 2014. 171—179. ISSN 2073-9567. 2015-05-24 tarixində .

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hopak haqqında məlumat. Hopak nədir? Hopak nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Nəhəcir

  • Fevral 27, 2026

    Furye sıraları

  • Fevral 27, 2026

    Tavuş

  • Fevral 27, 2026

    Kornell Universiteti

  • Fevral 27, 2026

    Lider TV

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst