Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Novolak (keçmiş adı: Banayaul, sonra Banay-aux, çeç. Бони-Эвла) — Dağıstan Respublikası, Novolak rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Novolak rayo

Novolak

  • Ana Səhifə
  • Vikipediya
  • Novolak

Novolak (keçmiş adı: Banayaul, sonra Banay-aux, çeç. Бони-Эвла) — Dağıstan Respublikası, Novolak rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Novolak rayonunun və Novolak kənd sovetliyinin mərkəzidir. Novolak kənd inzibati vavidliyinin yeganə yaşayış məntəqəsidir.

Novolak
Новолакское
Бони-Эвла
43°07′10″ şm. e. 46°28′58″ ş. u.HGYO
Ölkə
  •  Rusiya
Tarixi və coğrafiyası
Əsası qoyulub 1850
Mərkəzin hündürlüyü 428 m
Əhalisi
Əhalisi
  • 7.057 nəf. (2025)
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 87242
Poçt indeksi 368160
Xəritəni göstər/gizlə
Novolak xəritədə
Novolak
Novolak

Mündəricat

Coğrafiya

Kənd Xasayurtdan 16 km cənub-qərbdə,yarıq-su çayının sol sahilində, Çapayevo kəndinin qarşı tərəfində yerləşir.

Tarixi

Kənd 1850-ci ildə salınmışdır. 1883-cü ildə Banayaulda 270 həyət vardı. Hansı ki, burada 1129 nəfər yaşayırdı (milli tərkib baxımıəndan çeçenlərdən ibarət idi). Kənddə 3 məsid mövcud idi.

22 noyabr 1928-ci il Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Mərkəzi İcraiyə Komitəsinin 4-cü isesiyasında respublikanın yeni rayonlaşdırma layihəsi hazırlanır. Bunun əsasında rayonların və bölgələrin bölünməsi, 26 kanton və 2 subkontonun yaradılması barədə qərar qəbul edilir. Xasavyurt kantonu 1921-ci ildə Terek bölgəsindən Dağıstan Muxtar Sovet Sosialist Respublikasına verilmiş keçmiş Xasavyurt dairəsi ərazisinin bir hissəsində təşkil olunmuşdur. Yeni bölgələşməyə əsasən, kanton 18 kənd icmasından ibarət idi. Bura o cümlədən Banayaul, Banayyurt, Bezen 1, Bezen 2, Visi-İrza, Qencik-Erze daxil olurdu.

23 fevral 1944-cü ildə çeçenlərin deportasiyası zamanı köğçürülmüş əhalinin yerinə bura Lak rayonuna daxil olan Turçi, Burtni, Varay, Kurxi, Uri, Keqarçi, Xalaki, Kamaşa, Quymi, Xuti, Şahuva, Baqilka, Kuma, Kundı, Kumar kəndlərindən əhali köçürülür.

Hal-hazırda lakların Novolak rayonundan, Mahaçqaladan şimala köçürülməsi və Auxov rayonunun bərpası üçün bir layihə hazırlanır.

5 sentyabr 1999-cu ildə Dağıstan əməliyyatı zamanı kənd Şamil Basayev və [[Əmir Xəttab]ın döyüşçüləri tərəfindən ələ keçirilir. 14 sentyabr 1999-cu ildə isə ağır və qanlı keçən döyüşlərdən sonra isə federal qüvvələr çeçen mücahidlərini kənddən çıxara bilir. Döyüşlər nəticəsində kənd tamamən dağılır.

Əhalisi

2002-ci il siyahıya alınmaya görə əhalinin milli tərkibi.: çeçenlər — 33 %, laklar — 64 %

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
laklar 40307 68 %
çeçenlər 1716 29 %
digərləri 205 3 %

Təhsil

  • Novolak 1 nömrəli kənd orta məktəbi.
  • Novolak 2 nömrəli kənd orta məktəbi.

Tanınmış şəxsiyyətlər

  • Mutyev İsa — Rusiya Federasiyasının Qəhrəmanı, milis çavuşu.


vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Novolak haqqında məlumat. Novolak nədir? Novolak nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    37 (say)

  • Fevral 27, 2026

    Alman markası

  • Fevral 27, 2026

    Mitilini

  • Fevral 27, 2026

    Lizosom

  • Fevral 27, 2026

    Mark Çepmen

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst